Tural İrfan AYNA-nı tənqid etdi: “Avtobuslarda vəziyyət acınacaqlıdır”
Cəmiyyət 22 İyun 2026, 08:40
336
Yerüstü ictimai nəqliyyata nəzarətiniz, tənzimləmə, əhaliyə xidmət çox nöqsanlıdır. Bir çox sürücülərinizin hansı formada, sanki sürücülük vəsiqəsi olmadan avtobus idarə etdiyini, sükan arxasında siqaret çəkdiyini, sərnişinlərlə pis davrandığını əgər bilmirsinizsə zəhmət çəkib təğyiri - libas olub bircə dəfə həmin avtomobillərə süvar olun.
Citypost.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan facebook hesabında yazarkən bildirib.
Onun sözlərinəg görə, çoxunda kondisioneri işlətmirlər ki, rəhbərlik icazə vermir. İctimai nəqliyyat elə gündədir ki, bircə nəfər qalstuklu adam avtobusa minmir. İctimai nəqliyyat elə gündədir ki, hamı borcla, kreditlə, sələmlə də olsa şəxsi avtomobil almağa üstünlük verir. Qoca arvadı səkidə avtobusunuz vurub öldürüb. Hər gün minlərlə təhlükəli vəziyyət yaradırlar, sərnişinləri incidirlər, camaat da ona görə şikayət etmir ki, xeyri yoxdur.Qəsəbələrə işləyən marşrutlarda daha dayanacaqda saxlamaq ənənəsi ləğv edilib. Kim harda dayanırsa, kim harada düşmək istəyirsə sifarişlə orada saxlayırlar. Avtobusların oturacaqlarının parçası keçinin dizi kimi qotur bağlayıb, qaysaq atıb kirdən, pasdan, mikrobdan. Qoyun şaqqıldağı kimi üfunət verir. Tozdan - torpaqdan burun tutulur, nəfəs almaq olmur avtobusların içində. İstifadəyə veriləndən içi yuyulmur, təmizlənmir, dezinfeksiya olunmur...
Turan İrfan bildiribki, Sürücülərin çoxu çox aqressiv, gərgin, laqeyddir. Hələ digər problemləri demirəm, özünüz yəqin ki, məlumatlısınız...Nəzarət etmək lazımdır, nəzarət... Lazım gəlsə zəhmət çəkib reyd keçirmək, yoxlama aparmaq, izləmək, diqqət göstərmək lazımdır. İctimai nəqliyyatı elə nizamlamaq lazımdır ki, işə, dərsə gedən şəxs maşını ilə yox, marşrutla getməyə həvəs göstərsin. Amma siz ictimai nəqliyyatı elə günə qoyubsunuz ki, marşrutla yalnız əlacsız adamlar gedir. Əgər bilsəniz ki, həmin avtobusda hər gün beş məmur gedir, hər avtobusa əlavə kondisioner qoyub xüsusi sürücü təyin edərsiniz. Şəhərdaxili avtobuslarda bəlkə nadir hallarda vəzifəli şəxslər gedə bilər, amma qəsəbələrə işləyən ictimai nəqliyyatda əbədi olaraq icra nümayəndəsinin özünü, müavinini, bələdiyyə sədrinin ikinci müavinini, məktəb direktorunu, bağça müdirini belə görə bilməzsiniz. Çünki avtobuslar normal işləmir, sərnişinlər üçün normal şərait yoxdur, natəmizlikdir, gigiyenik qaydalara əməl olunmur. İnterval düzgün tənzimlənmir, basabas yaranır. Bəzən avtobuslarda adamlar elə formada daşınır ki, heç malı-heyvanı, toyuq-cücəni o şəkildə aparmırlar ki, birdən boğular, havasızlıq yaranar.
Həmçinin oxuyun
Tural İrfan əlavə edib ki, Əslində avtobuslar heç olmasa 6 aydan bir dezinfeksiya olunmalıdır. Çünki ictimai nəqliyyata hər cür yoluxucu xəstəliyi olan adamlar da minir. Öskürən, asqıran, bəzən yerə tüpürən də olur.Bütün bu problemlər ona görə baş alıb gedir ki, normal nəzarət yoxdur. Bütün bu məsələlərə xırda məsələ kimi yanaşıb həll etmirsinizsə, heç olmasa sürücülərə diqqət edin, işə götürəndə araşdırın. Son zamanlar narazılıq həddən artıq çoxalıb.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
22 İyun 2026, 11:15
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycana dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib.Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.Dövlət başçıları rəsmi foto çəkdiriblər....
22 İyun 2026, 11:00
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar olub.Agentlikdən Citypost.az-a verilən məlumata görə, əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.Əhəd Məmmədov bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili" ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlayan Əhəd Məmmədov 2015–2021-ci illərdə müxtəlif təhsil müəssisələrində çalışıb. O, 93 nömrəli tam orta məktəbdə, eləcə də Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta...
22 İyun 2026, 10:26
Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.Citypost.az xəbər verir ki, bu münasibətlə komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezidentin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb. Komitənin...
22 İyun 2026, 10:10
FHN: Ötən həftə 42 nəfər xilas edilib
Ötən həftə 593 yanğına çıxış olub.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 42 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 7 nəfərin meyiti təhvil verilib....
22 İyun 2026, 09:36
Bakıda bu ərazilərdə qiymətlər 15 faiz qalxacaq
Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ...
22 İyun 2026, 09:18