İndoneziyada sakinlər Prezidentə qarşı MƏHKƏMƏYƏ üz tutdu
Dünya 14 Oktyabr 2026, 09:51
522
İndoneziyanın Qərbi Kalimantan əyalətinin sakinləri meşə yanğınlarının yaratdığı tüstü və hava çirkliliyinə görə Prezident Prabovo Subianto və digər dövlət rəsmilərinə qarşı kollektiv iddia qaldırıblar. İddiaçılar hökuməti yanğınların qarşısını almaqda səhlənkarlıqda və əhalinin sağlamlığını qorumaq üçün yetərli tədbirlər görməməkdə ittiham edirlər.
Citypost.az AFP-ə istinadən xəbər verir ki, Borneo adasında yerləşən əyalətdə meşə yanğınları tüstünün yayılmasına, məktəblərin bağlanmasına və iqtisadi fəaliyyətin pozulmasına səbəb olub. Sakinlər təmiz hava və sağlam ətraf mühit hüquqlarının təmin edilməsini tələb edirlər.İddiaçılar hökumətdən milli fövqəladə vəziyyət elan etməyi, yanğınların söndürülməsinə daha çox vəsait ayırmağı, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərə pulsuz tibbi xidmət göstərməyi və ölənlərin ailələrinə kompensasiya ödəməyi istəyirlər. Onlar həmçinin torpaqların kənd təsərrüfatı və mədənçilik məqsədilə yandırılmasında şübhəli bilinən şirkətlərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Vəkillərin sözlərinə görə, hökumət El-Nino iqlim hadisəsi ilə əlaqədar güclü quraqlıq barədə əvvəlcədən xəbərdar olsa da, lazımi hazırlıq görməyib. Hakimiyyət isə məhkəmə iddiasına hörmətlə yanaşdığını və yanğınların söndürülməsi, əhaliyə tibbi yardım göstərilməsi, eləcə də 95 şirkətlə bağlı araşdırmaların aparılması istiqamətində tədbirlər gördüyünü bildirib.
Həmçinin oxuyun
İddiaçılar qeyd edirlər ki, oxşar fəlakətlər 2015 və 2019-cu illərdə də baş verib. Növbəti məhkəmə iclası oktyabrın 21-nə təyin olunub.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yaponiya Rusiyaya müraciət etdi: Həbsdəki jurnalistə qərəzsiz yanaşın!
Yaponiya Rusiyanı casusluqda şübhəli bilinərək həbs edilən yapon jurnalistə ədalətli və qərəzsiz münasibət göstərməyə çağırıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, həbs olunan şəxs Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiri Yuki İmaidir. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) jurnalistin Saxalin adasında saxlanıldığını və Rusiyanın müdafiəsi ilə bağlı məlumat toplamaqda şübhəli bilindiyini açıqlayıb.Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi bildirib ki, ölkənin Moskvadakı səfirliyi və Yujno-Saxalinskdəki baş konsulluğu Rusiya hakimiyyətinə müraciət edərək jurnalistlə təcili əlaqə yaradılmasını, onunla humanist davranılmasını və ədalətli rəftarın təmin edilməsini istəyib.“Hokkaydo Şimbun” qəzeti jurnalistin təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu açıqlayıb. Rusiya mediasının məlumatına...
14 Oktyabr 2026, 09:46
Taylandda ailələr evlərini xilas etmək üçün BORCA GİRİR
Tayland hakimiyyəti paytaxt Banqkok və sənaye zonalarını daşqınlardan qorumaq məqsədilə suyu çay kənarındakı kəndlərə yönəldir. Nəticədə ölkənin mərkəzi hissəsində yerləşən Ayutthaya əyalətinin sakinləri illərdir davam edən və getdikcə şiddətlənən daşqınlarla üzləşirlər. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,2011-ci ildə baş verən dağıdıcı daşqınlardan sonra hakimiyyət suyun axınını tənzimləmək üçün bəndləri, su qapılarını və digər infrastrukturu genişləndirib. Bu tədbirlər paytaxtın və sənaye zonalarının qorunmasına kömək etsə də, bəzi kəndlərdə suyun səviyyəsi evlərin damına qədər yüksəlir və çəkilməsi aylarla davam edir.Sakinlər evlərini dəfələrlə hündürə qaldırmağa, əşyalarını suyun üzərindən qorumağa, hətta qayıqla işə getməyə məcbur olurlar. Evlərin qaldırılması ölçüsündən və hündürlüyündən asılı olaraq...
14 Oktyabr 2026, 09:42
Hindistan 33 ildən sonra məşhur etiraz meydanını bağlayır
Hindistan hakimiyyəti Yeni Dehlinin mərkəzində yerləşən və 1993-cü ildən etiraz aksiyalarına ev sahibliyi edən Jantar Mantar ərazisinin nümayiş məkanı statusunu ləğv edib. Qərar fəallar arasında ölkədə demokratik azadlıqların məhdudlaşdırılması ilə bağlı narahatlıq yaradıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, illər ərzində həmkarlar ittifaqları, tələbələr, qadın hüquqları müdafiəçiləri və korrupsiyaya qarşı mübarizə aparan fəallar bu ərazidə mitinqlər keçiriblər. Etirazçılar meydanın parlamentə və dövlət qurumlarına yaxınlığının aksiyaların təsirini artırdığını bildirirlər.Hakimiyyət nümayişlər üçün üç alternativ məkan müəyyənləşdirib. Lakin fəallar yeni ərazilərin şəhər mərkəzindən uzaqda yerləşməsinin aksiyalarda iştirakı və medianın diqqətini azalda biləcəyini düşünürlər. Bəzi yerli sakinlər isə etirazlar zamanı yaranan səs-küy, zibil...
14 Oktyabr 2026, 09:39
Fransa tələbə etirazlarının yeni dalğasına hazırlaşır
Fransada məktəblərdə tədris şəraitinin pis olmasına etiraz edən tələbələri dəstəkləmək məqsədilə oktyabrın 13-də ölkə miqyasında yeni nümayişlər keçiriləcək. Həmkarlar ittifaqları və solçu müxalifət qüvvələrinin dəstəklədiyi aksiyalar fonunda hakimiyyət mümkün zorakılıq hallarından narahatdır. Citypost.az france24.com-a istinadən xəbər verir ki, ötən həftə keçirilən nümayişlərdə 70 mindən çox insan iştirak edib, təxminən 500 nəfər saxlanılıb. Etirazçılar müəllim çatışmazlığına, köhnəlmiş məktəb binalarına və siniflərdə sıxlığa etiraz edirlər. Bəzi məktəblərin girişləri bağlanıb, ayrı-ayrı hallarda nümayişçilərlə polis arasında toqquşmalar baş verib.Təhsil Nazirliyinin məlumatına görə, bazar ertəsi ölkədəki 3700 liseydən 130-u bağlanıb. Hakimiyyət etirazlarla əlaqədar müəllim və məktəb işçilərinin xəsarət aldığını da bildirib. Hüquq müdafiəçiləri və tələbələr...
13 Oktyabr 2026, 09:50
İndoneziyadakı meşə yanğınları Malayziya aviaşirkətinin uçuşlarını dayandırıb
Malayziyanın aşağıbüdcəli “Firefly” aviaşirkəti İndoneziyadakı meşə yanğınlarının yaratdığı sıx duman səbəbindən Kuala Lumpur–Sinqapur marşrutu üzrə uçuşların dayandırılmasını oktyabrın 14-dək uzadıb.Citypost.az AFP-ə istinadən xəbər verir ki, şirkət qərarın sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib. Uçuşların bərpası hava şəraitindən asılı olacaq.Məlumata görə, Borneo və Sumatra adalarında baş verən yanğınlar tüstünün qonşu ölkələrə yayılmasına, hava keyfiyyətinin pisləşməsinə və tənəffüs yolları ilə bağlı xəstəliklərin artmasına səbəb olub.Oktyabrın 13-də Sinqapurda Hava Keyfiyyəti İndeksinin göstəricisi 193-ə çatıb. Bu səviyyə sağlamlıq üçün zərərli hesab olunur. Duman səbəbindən Malayziyanın bəzi bölgələrində məktəblər də bağlı qalıb.Mütəxəssislər yanğınların güclənməsini quraqlıq və El Nino iqlim hadisəsi ilə əlaqələndirirlər.Turan...
13 Oktyabr 2026, 09:47
Yaponiyada uçan mobil rabitə qülləsi uğurla sınaqdan keçirilib
Yaponiyada dirijabl əsasında işləyən uçan mobil rabitə sisteminin sınaqları uğurla başa çatıb. Yeni texnologiya ənənəvi mobil qüllələrin və peyklərin alternativi kimi nəzərdə tutulur. Citypost.az “Techkult” a istinadən xəbər verir ki, Sceye şirkətinin hazırladığı sistem geniş ərazilərdə mobil rabitə və yüksək sürətli internet təmin etmək məqsədi daşıyır. Bildirilir ki, uçan platforma ənənəvi mobil qüllələrlə müqayisədə təxminən 500 dəfə geniş ərazini əhatə edə bilər. Bu texnologiyanın xüsusilə ucqar və infrastruktur qurulması çətin olan bölgələrdə tətbiqi planlaşdırılır.Sınaqlarda Yaponiyanın “SoftBank” telekommunikasiya şirkətinin əməkdaşları da iştirak ediblər. Sistemdə rabitə avadanlıqları ilə yanaşı, məlumatların emalı və zənglərin yönləndirilməsi üçün server də quraşdırılıb. Məlumata görə, bu yanaşma...
13 Oktyabr 2026, 09:45