Vüsal Məmmədovdan Türkiyə ilə bağlı MESAJ: “Qardaş olduğumuzu unutmayaq”
Siyasət 14 Oktyabr 2026, 09:23
414
Jurnalist Vüsal Məmmədov Türkiyə ilə münasibətlərdə yaranan fikir ayrılıqları ilə bağlı mövqeyini açıqlayıb. O, cavabın həm yumşaq, həm də sərt formada verilə biləcəyini vurğulasa da, iki ölkənin qardaş olduğunu unutmamağa çağırıb.
Citypost.az xəbər verir ki, Vüsal Məmmədov bu barədə sosial şəbəkə hesabında yazıb:“Türkiyənin cavabını yumşaq şəkildə də, sərt formada da vermək olar və lazımdır. Amma bütün hallarda nəzərdə saxlanılmalıdır ki, biz qardaşıq və bu öcəşmələr iki qardaşın sözünün çəpləşməsindən savayı bir şey deyil”.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Alqış Musayevdən Kamal Kılıçdaroğluna SƏRT sözlər: “Örtün və danışma”
YAP İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Türkiyənin müxalif siyasətçisi Kamal Kılıçdaroğlu ilə bağlı paylaşım edib. O, paylaşımında Kılıçdaroğluna sərt ifadələrlə müraciət edib.Citypost.az xəbər verir ki, Alqış Musayev Kamal Kılıçdaroğlu haqqında bunları yazıb:“Kamal bəy, heç olmasa sən sus.Örtün və danışma. Çünki bu günlərdə örtünmək hamıdan çox sənə yaraşır”.Turan
14 Oktyabr 2026, 09:21
Aydın Quliyevdən AKP müşavirinə SƏRT MESAJ: “Əvvəl öz ölkənizə baxın”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist və politoloq Aydın Quliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin baş müşaviri Oktay Saralın Azərbaycanda hicabla bağlı müzakirələrə münasibətini tənqid edib.Citypost.az xəbər verir ki , Aydın Quliyev bu barədə fikirlərini bölüşüb.“AKP sədrinin baş müşaviri Oktay Saral hicabı üzünə tutaraq Azərbaycanda qadın haqlarını təftiş etməkdənsə, siyasi ittihamlarla həbsə atdıqları müxalif qadın bələdiyyə sədrlərini azad etdirsin”, – deyə jurnalist və politoloq bildirib....
14 Oktyabr 2026, 08:20
Türkiyə rəsmiləri Azərbaycanın daxili məsələlərinə qarışmamalıdır” – Jurnalistdən AÇIQLAMA
İTV-nin aparıcısı, jurnalist və siyasi şərhçi Nigar Sabirqızı Türkiyə rəsmilərinin Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirməsini tənqid edib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızı bildirib ki, Türkiyə Azərbaycan üçün əziz ölkə olsa da, nə bu ölkənin hakimiyyəti, nə də müxalifəti Azərbaycanın daxili işlərinə qarışa bilər.“Türkiyə bizim canımızdır, amma Türkiyədə nə iqtidar, nə müxalifət Azərbaycanın daxili işlərinə qarışa bilər. Hicab qərarı düz və ya səhv olsa belə, bu, yalnız Azərbaycanın işidir. Nə vaxtsa görmüsünüz ki, Azərbaycan rəsmilərindən kimsə Türkiyənin daxili işləri ilə bağlı açıqlama versin?” – deyə jurnalist qeyd edib.O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın açıqlamasının hakim Ədalət...
14 Oktyabr 2026, 08:18
Aydın Quliyev AKP tərəfdarlarını hədəfə aldı:“Dövlətimizdən üstün heç nə ola bilməz”
Hardasınız ,ay AKP - pərəstlər!Aylar öncə mən yazanda ki,AKP Azərbaycana qarşı kampaniya hazırlayır,mən yazanda ki, AKP başqadır, qardaşımız can Türkiyə dövləti başqadır,deyəndə ki, Azərbaycanda bəziləri hansısa xətlə AKP iqtidarının "süfrəsindən" asılı vəziyyətə düşüb,yarı türkcə, yarı Azərbaycanca əcaib bir lelsikonda üstümə gəlirdiniz...Uzatdığınız dillər indi hanı? Başqa dövlətin 1- ci xanımının yazdığı fb statusuna " Can annəm" deyib şərh yazan sifətsizlər, bir təriqətçi elitanın Azərbaycan prezidentinə daş atmasına, içimizi qarışdırmasına qarşı niyə bir kəlmə yazmırsınız?Qorxursunuz ki, AKP iqtidarından müxtəlif formalarda aldığınız mənfəətlərdən olarsınız?!Qorxmayın ,bir- bir adlarınızı çəkməyəcəyəm .Nə o əxlaqın sahibiyəm , nə də namərdəm .Onsuz da...
14 Oktyabr 2026, 08:10
Bahəddin Həzi Oktay Saralı tənqid edib: “Siz Türkiyə Cümhuriyyətinin danışmanısınız, SEPAH-ın deyil”
“Bizimyol” MMC-nin baş direktoru, jurnalist Bahəddin Həzi Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın açıqlamalarına münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb. Bahəddin Həzi Oktay Saralın açıqlamalarını tənqid edərək onun “böyük qardaş” ədası ilə danışdığını qeyd edib.O, paylaşımında Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə dünyəvi dövlət kimi qurulduğunu xatırladaraq, həmin dövrdə İstanbulda xəlifənin hakimiyyətdə olduğunu vurğulayıb.“Oktay Sarala demək istədiyim: biz 1918-ci ildə dünyəvi dövlət quranda İstanbuldakı taxtda xəlifə oturmuşdu. ‘Danışman’ olmaq – nə gəldi, danışmaq deyil”, – deyə jurnalist bildirib.Bahəddin Həzi Türkiyə rəsmisinə müraciətində onun Türkiyə Cümhuriyyətinin müşaviri olduğunu, SEPAH-ı təmsil etmədiyini vurğulayıb.Jurnalist, həmçinin Azərbaycan və Türkiyə...
14 Oktyabr 2026, 08:05
Azərbaycanla Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Azərbaycan və Laos parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin görüşündə müzakirə olunub.Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.Görüşdə Həmçinin,...
13 Oktyabr 2026, 20:25