Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başlayıb, çoxlu sayda texnika məhv edilib
Dünya 10 Dekabr 2024, 20:48
6971
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.
CityPost.az "TRT Haber"ə istinadən xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.
Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib.
Həmçinin oxuyun
Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.
MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Netanyahu: İsrail İranın sursat istehsalının 70%-ni məhv edib
İsrailin baş naziri Benyamin Netanyahu İranın hərbi-sənaye imkanlarına zərbələr endirildiyini açıqlayıb.Bu barədə o, “X” hesabında yazıb.“Sizə söz vermişdim ki, Tehranda mübarizəmizi davam etdirəcəyik və hazırda bunu edirik. Onların sursat istehsal potensialının 70%-ni məhv etdikdən sonra bu gün neft-kimya zavodlarına hücum etdik”, – deyə Netanyahu bildirib.O qeyd edib ki, İsrail Silahlı Qüvvələri İranın enerji obyektlərinə zərbələri davam etdirəcək.
05 Aprel 2026, 14:01
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
Moskvada aprelin 1-də Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlar səmimi və vacib olub.Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, Putin və Paşinya bir neçə saat söhbət ediblər.Kremlin sözçüsü danışıqları səmimi, faydalı və zəruri adlandırıb."Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər və gündəlikdəki əsas ticarət-iqtisadi əməkdaşlıq məsələləri kontekstində mövqelərini çatdırdılar", Peskov qeyd edib....
05 Aprel 2026, 13:47
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
Dağıstanın Kaspiysk şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb.TASS xəbər verir ki, bu barədə Dağıstan üzrə Rusiya İstintaq Komitəsi məlumat yayıb.Məlumata görə, 30-dan çox şəxs zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.İlkin ehtimala əsasən, onların vəziyyətinin pisləşməsi içməli sudan istifadə ilə bağlıdır.Hazırda hadisənin bütün halları, eləcə də səbəbləri araşdırılır. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
04 Aprel 2026, 22:46
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri İran və Livanda genişmiqyaslı hava əməliyyatı həyata keçirib.Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.Məlumata görə, eyni vaxtda həyata keçirilən zərbələr zamanı hər iki ölkədə ümumilikdə 200-dən çox hədəf vurulub.İranda SEPAH-a məxsus hərbi obyektlər, silah anbarları, raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.Livanda isə əsasən “Hizbullah”a aid obyektlər, o cümlədən raket buraxılış qurğuları, silah anbarları və “Raduan” xüsusi qüvvələrinin komanda mərkəzləri vurulub....
04 Aprel 2026, 22:29
Böyük Britaniyaya fırtına yaxınlaşır
Böyük Britaniyada Pasxa tətili ərəfəsində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, “Dave” adlı güclü fırtınanın şənbə günü ölkəyə çatacağı, bir sıra bölgələrdə güclü külək və qarla müşayiət olunacağı bildirilir.Xəbərdarlıqlara əsasən, Şotlandiyada, Şimali İrlandiyada, eləcə də Uelsin və İngiltərənin şimal bölgələrində güclü külək əsəcək. Şotlandiyanın şimal bölgələrində güclü küləklə yanaşı, intensiv qarın da yağacağı proqnozlaşdırılır.
03 Aprel 2026, 17:25
Avropa Komissiyasının prezidenti Qrenlandiyaya səfərini təxirə saldı
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Qrenlandiyaya planlaşdırılan səfəri Danimarkada növbədənkənar parlament seçkilərindən sonra koalisiya hökumətinin yaradılması ilə bağlı müzakirələrin davam etməsi səbəbilə təxirə salınıb.Citypost.az xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadla yazıb.Səfər ilkin olaraq mart ayına planlaşdırılsa da, Baş nazir Mette Frederiksenin həmin ayın 24-nə növbədənkənar seçkilər təyin etməsi planların dəyişdirilməsinə səbəb olub.Avropa Komissiyasının sözçüsü qrafikin yenidən nəzərdən keçirildiyini təsdiqləyərək bildirib ki, Arktika fon der Leyen üçün prioritet olaraq qalır.Hazırda Brüssel Kopenhagenlə koordinasiyalı şəkildə təxirə salınmış səfərin yeni tarixini mümkün qədər tez müəyyənləşdirməyə çalışır.Danimarka Baş naziri Administrasiyası və Qrenlandiya hökuməti məsələ ilə bağlı şərh verməkdən imtina edib....
03 Aprel 2026, 17:00