Evlərdən oğurluq edən iki qardaş tutulub
Hadisə 22 Yanvar 2026, 17:33
67
Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Citypost-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.
Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Həmçinin oxuyun
Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Narkotik satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı
Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.DİN-in Mətbuat xidmətinin regional qrupundan Citypost.az-a verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
22 Yanvar 2026, 16:21
Nizamidə 21 yaşlı oğlan infarktdan VƏFAT EDİB
Bakıda 21 yaşlı oğlan infarktdan ölüb.Citypost.az xəbər verir ki, hadisə yanvarın 21-də Nizami rayonundai baş verib. B.Nuriyev küçəsi ev 79-un qarşısında Lənkəran rayon sakini 2005-ci il təvəllüdlü Yaqub Yaqubov infarktdan ölüb.Araşdırma aparılır.
22 Yanvar 2026, 10:38
Bakıda 40 yaşlı qadın qətlə yetirilib
Bakıda 40 yaşlı qadın qətlə yetirilib."Report"un Muğan bürosunun məlumatına görə, qətlə yetirilən qadın Biləsuvar rayon sakini, 1986-ci il təvəllüdlü Günel Tapdıq qızı Abbasovadır.İlkin məlumata görə, onun qətlində əri şübhəli sayılır.Mərhumun nəşi doğulduğu Zəhmətabad kəndinə aparılıb.Faktla bağlı araşdırma aparılır.
21 Yanvar 2026, 19:54
Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb
Ağcabədi rayonunda 10 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev tutulub.Onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb. Y.Atakişiyevin narkotik vasitəni satmaq məqsədilə əldə etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Y.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib....
21 Yanvar 2026, 17:55
Ağstafada silahlı şəxs peyda olub: Sakinləri ölümlə hədələyən Hamlet KİMDİR?
Ağstafa rayonu Köçəsgər kəndinin bir qrup sakini CityPost.az saytına müraciət edərək kömək istəyiblər.Kənd sakinlərinin sözlərinə görə,əvvəllər müxtəlif cinayətlərə görə 6 dəfə məhkum edilmiş Hamlet Sabir oğlu Sadıqov kəndin küçələrində əlində silahla gəzərək insanlara təhlükə yaradır.Şikayətçilərdən biri Rövşən Hüseynovun dediklərinə görə,Hamlet Sadıqov onu və ailəsini silahla təhdid edir və onlardan əsassız olaraq pul tələb edir.Fotoda Hamlet Sadıqovdur"Bu adam bütün kəndi boğaza yığıb.Odlu silahla gəzir.Məni və ailəmi də təhdid edib.Qardaşı,anası da ondan şikayətçidir.Eşitdiyimizə görə,silahı ona kənd sakini Ələsgər Cabbarov verib.Bunu nə məqsədlə etdiyini bilmirik.Hüquq mühafizə orqanlarına rəsmi müraciətlər etmişik.Hazırda araşdırma gedir.Biz rahat yaşaya bilmirik.Uşaqlar da qorxu içərisindədir",deyə şikayətçi bildirib.Sözügedən şəxsdən narazı olanlardan...
21 Yanvar 2026, 16:55
“Range Rover” sürücü həbs edildi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.İdarədən Citypost-a verilən xəbərə görə, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəsulov inzibati qaydada həbs edilib."Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat...
21 Yanvar 2026, 12:14