Bizə yazın

Baku

-°C

USD

-

O maşını kim sürürdü?- 17 yaşı var imiş

Hadisə 19 Yanvar 2025, 12:47

6385

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, YPX avtomobilinin qarşısına çıxan  “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

Belə ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.  

Qeyd edək ki, hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə güclü yağış fəsadlar törədib 

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Qəsəbədə əsas küçələrindən birini sel basıb.Bunda başqa, sel sulları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə çətinliklər yaradıb.Qəsəbə sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, küçəyə dolan sel sulların evlərə ziyan vurub. Sakinlər bununla bağlı adiyyəti qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir....

10 Fevral 2026, 17:00

Yaşlıların təqaüd kartlarını talayan şəxs saxlanıldı 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.Citypost.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib.Faktlarla bağlı araşdırma aparılır....

10 Fevral 2026, 11:22

Lənkəranda ahıl şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.CityPost.az-ın  verdiyi xəbərə görə, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır....

10 Fevral 2026, 10:06

Samuxda evdə 26 yaşlı oğlanın meyiti tapılıb 

Samuxda evdə meyit tapılıb.Citypost.az-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Ölümün hansı səbəbdən baş verməsi məlum deyil.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

09 Fevral 2026, 13:47

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident - Video 

Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin...

09 Fevral 2026, 10:38

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb 

Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.APA-nın  məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, fevral ayının 4-ü Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin meyiti kənd ərazisində tapılıb....

08 Fevral 2026, 23:04