Bizə yazın

Baku

-°C

USD

-

Rus məmura Bakıya giriş qadağan edildi

Hadisə 10 Fevral 2025, 14:43

5119

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir.

Qeyd edilən deputatın Azərbaycan əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəyə girişinə qadağa qoyulub.


"Bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Bundan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib",-məlumatda vurğulanıb.

A.Hacızadə diqqətə çatdırıb ki, Azərbaycana qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir:

"Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şərurda yol qəzası nəticəsində qaz xətti zədələnib 

Şərurda qəza nəticəsində qaz xətti yararsız hala düşüb.Şərur rayonunda minik avtomobili paylayıcı yerli qaz kəmərinə çırpılıb, nəticədə kəmər zədələnib. Təhlükəsizliklə bağlı Alışar kəndində 322 abonentin qaz təchizatı dayandırılıb.Məlumata görə, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

29 Dekabr 2025, 11:08

Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb 

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki hərəkətdə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

29 Dekabr 2025, 10:27

İmişlidə keçmiş məhkum dəm qazından boğulub 

İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.Hadisə rayonun Çahar kəndində baş verib.Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.

27 Dekabr 2025, 21:50

DİN: Ötən gün 30 cinayətin üstü açılıb, 25 nəfər saxlanılıb 

Ötən gün ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstü açılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Həmçinin bildirilib ki, dekabrın 26-da cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

27 Dekabr 2025, 11:42

Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər ölüb 

Rusiyanın Xarkova idarə olunan aviabombalarla hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.CityPost.az  xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram"dakı bəyanatına istinadən məlumat yayıb.O, bombalanan rayonda yalnız mülki yaşayış infrastrukturu və təhsil müəssisəsinin yerləşdiyini, burada heç bir hərbi obyektin olmadığını qeyd edib."Üç nəfər qəlpə yarası alıb, onların arasında 9 aylıq qız uşağı da var. Həkimlər bütün zəruri yardımı göstəriblər. Təəssüf ki, iki kişi həlak olub", - Sineqoubovun məlumatında deyilir....

26 Dekabr 2025, 21:46

Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə məlumat yaydı 

03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılıb və təmin edilib.CityPost.az  xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumat yayıb.Bildirilib ki, mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilib və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb:“Qeydə alınan...

26 Dekabr 2025, 18:56