Nadir Azəri: WUF13 Bakını qlobal dialoq mərkəzinə çevrildiyini bir daha təsdiqlədi
Siyasət 25 May 2026, 09:55
321
“Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal təşəbbüslərdə artan rolunu bir daha nümayiş etdirdi. Forum yalnız şəhərsalma sahəsində mühüm platforma kimi deyil, eyni zamanda beynəlxalq dialoq, əməkdaşlıq və qlobal həmrəyliyin təşviqi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan tədbir kimi yadda qaldı”.
Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Nadir Azəri qeyd edib ki, WUF13 Bakının artıq beynəlxalq tədbirlərin keçirildiyi adi məkan deyil, qlobal qərarların, strateji yanaşmaların və mühüm müzakirələrin aparıldığı etibarlı siyasi platformaya çevrildiyini növbəti dəfə təsdiqlədi: “Azərbaycan paytaxtı bu forum vasitəsilə həm yüksək təşkilatçılıq qabiliyyətini, həm də beynəlxalq əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirdi. Tədbirin hazırlıq və təşkilati səviyyəsi göstərdi ki, Bakı bu gün dünyanın ən mühüm beynəlxalq forumlarına uğurla ev sahibliyi edən aparıcı şəhərlərdən biridir. Bu baxımdan, WUF13 gələcəkdə keçiriləcək oxşar tədbirlər üçün nümunəvi model hesab oluna bilər”.
Siyasi şərhçinin sözlərinə görə, forum çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti tədbirin siyasi çəkisini daha da artırdı və şəhərsalma məsələlərini qlobal siyasi gündəliyin əsas mövzularından birinə çevirdi: “Bu sammit Azərbaycanın beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin qlobal liderlik mövqeyinin növbəti təsdiqi oldu. Dünya bir daha şahidlik etdi ki, Azərbaycan yalnız regional deyil, beynəlxalq miqyasda da etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi çıxış edir”.
Nadir Azəri bildirib ki, forum zamanı Azərbaycanın şəhərsalma siyasətinin mahiyyəti və prioritetləri beynəlxalq ictimaiyyətə daha aydın şəkildə təqdim olundu: “Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Dünya ictimaiyyəti bir daha gördü ki, Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış yaşayış məntəqələri qısa müddət ərzində müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurulur. Azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, müasir infrastruktur layihələri və dayanıqlı inkişaf modeli Azərbaycanın gələcəyə hesablanmış strateji yanaşmasının mühüm göstəricisidir”.
Həmçinin oxuyun
CASCFEN sədri vurğulayıb ki, WUF13 forumu Azərbaycanın sülh, quruculuq və davamlı inkişaf siyasətinin beynəlxalq miqyasda təqdimatı baxımından da mühüm rol oynadı: “Forum bir daha göstərdi ki, Azərbaycan postmünaqişə dövründə dağıntıları inkişaf və tərəqqi modelinə çevirməyi bacaran nadir ölkələrdən biridir. Bu gün Azərbaycan şəhərsalma siyasətini yalnız infrastruktur layihəsi kimi deyil, həm də sosial rifahın, təhlükəsiz qayıdışın və uzunmüddətli inkişafın əsas komponenti kimi həyata keçirir”.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
M.Əsədullazadə: “Moskva Ukraynanın əsas strateji hədəfinə çevrilir”
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyanın Kiyev şəhərinə həyata keçirdiyi son kütləvi raket hücumlarını şərh edib.Citypost.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında yazıb ki, Rusiyanın “Oreşnik” və “İsgəndər” raketləri ilə Kiyevə endirdiyi zərbələr Ukraynanın son dövrlərdə intensivləşən hərbi hücumlarına cavab xarakteri daşıyır.Onun sözlərinə görə, Rusiyanın Kiyevdə mülki obyektləri hədəfə alması əsasən Ukraynanın artan hücumlarının qarşısını almağa və rəsmi Kiyevi müəyyən güzəştlərə məcbur etməyə hesablanıb.Məhəmməd Əsədullazadə bildirib ki, Qərbin dəstəyi fonunda Ukraynanın hücum imkanları daha da genişlənir. O qeyd edib ki, United States tərəfindən Ukraynaya yeni silah partiyalarının göndərilməsi müharibənin miqyasını və dağıdıcı potensialını artırır.üharibə artıq...
25 May 2026, 09:25
Taleh Şahsuvarlı: Özgür Özəl CHP-də yeni mərhələnin simvoluna çevrilir
Türkiyədə müxalif düşərgədə baş verən proseslər siyasi dairələrdə geniş müzakirə olunur. Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı siyasi şərhçi Taleh Şahsuvarlı sosial şəbəkə hesabında diqqətçəkən fikirlər səsləndirib.Onun sözlərinə görə, Kemal Kılıçdaroğlu yenidən partiya rəhbərliyindən uzaqlaşdırılmasa, Cumhuriyet Halk Partisi mövcud böhrandan çıxa bilməyəcək.Ekspert qeyd edib ki, qarşıdakı iki ay ərzində partiyanın yenidən qurultay keçirməsi və Kılıçdaroğlunun partiyadan uzaqlaşdırılması vacib görünür. Bununla belə, o, belə bir ssenarinin reallaşacağına inamın zəif olduğunu vurğulayıb.Taleh Şahsuvarlı bildirib ki, partiyanın bütün maddi-texniki resursları və hüquqi strukturları hazırda Kılıçdaroğlunun imzasından asılı vəziyyətdədir. Bu səbəbdən Özgür Özel komandasının qərargahlar, büdcə, nəqliyyat vasitələri və təbliğat imkanlarından istifadəsinin məhdudlaşdırılacağı...
25 May 2026, 08:02
Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər."Report"un Avropa bürosunun məlumatına görə, dünən axşam Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və "Euronest"dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.Xüsusilə, Avropa Parlamentinin "Euronest"dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə "Şərq tərəfdaşlığı" çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin...
22 May 2026, 09:56
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.Spiker Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox...
22 May 2026, 09:12
Kənan Rövşənoğlu: Trampın kürdlərə silah verilməsi ilə bağlı iddialar ətrafında suallar artır
Jurnalist Kənan Rövşən oğlu ABŞ Prezidenti Donald Trampın kürdlərlə bağlı səsləndirdiyi fikirlərə və silah tədarükü iddialarına münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, Trampın kürdləri qınayaraq onlara verilən silahların İrana qarşı müharibədə istifadə olunmaması ilə bağlı iradları diqqət çəkir. Jurnalistin sözlərinə görə, bu məsələnin arxasında suallar doğuran məqamlar və ziddiyyətli iddialar mövcuddur.Kənan Rövşən oğlu bildirib ki, Kürdüstan Azad Həyat Partiyası (PEJAK) yayılan iddialara reaksiya verərək silah və sursat aldıqları ilə bağlı deyilənləri təkzib edib və Trampdan silahların kimə verildiyini açıqlamağı tələb edib.O vurğulayıb ki, PEJAK sözçüsü partiyanın heç bir qüvvədən silah almadığını bəyan edib.Jurnalist həmçinin qeyd edib ki,...
22 May 2026, 08:51
Heydər Oğuz: “Makron yenə qulağının dibini gördü”
Dünən Fransa prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. İlham Əliyevin özünün bildirdiyinə görə, telefon danışığında əsasən 3 məsələ müzakirə olunub: Fransa ilə Azərbaycanın ikitərəfli münasibətləri, həmçinin regional və qlobal proseslər. Bəzi media qurumlarının iddialarına görə, Makron İlham Əliyevə əsasən Azərbaycanda həbsdə yatan erməni separatçılarının azad olunması məqsədilə zəng edib. Açığı, bu versiyanı da istisna etmək fikrində deyiləm. Baxmayaraq ki, erməni separatçılarının məsələsi nə Fransa-Azərbaycan münasibətlərinə, nə regional, nə də qlobal problemlərə daxildir. Separatizmlə mübarizə hər bir suveren dövlətin öz daxili işidir və kimsə buna qarışa bilməz. Amma həyat yoldaşı Brijit xanımdan yağlı bir şapalaq yemədən ağlı başına gəlməyən Makron qulağının...
22 May 2026, 08:06