Bizə yazın

Baku

-°C

USD

-

Mourinyo “Real Madrid”ə qayıdır - Peres qərarını verdi 

İdman 14 May 2026, 17:38

244

“Real Madrid”də baş məşqçi məsələsi yenidən gündəmə gəlib.

Citypost.az Teleqraf-a istinadən  xəbər verir ki, İspaniya nəhənginin prezidenti Florentino Peresin komandanın yeni çalışdırıcısı ilə bağlı qərarını verdiyi iddia olunur. Məlumata görə, Peres namizədlər arasında Joze Mourinyoya üstünlük verir.

İtaliyalı insayder Fabritsio Romanonun məlumatına görə, portuqaliyalı mütəxəssisin “Real Madrid”ə qayıdışı ilə bağlı danışıqlar son mərhələyə yaxınlaşıb. Mourinyonun Madrid klubuna qayıtmağa hazır olduğu, tərəflər arasında müzakirələrin isə müsbət məcrada davam etdiyi bildirilir.

“Real Madrid”in yekun qərarı mövsümün final oyunlarından sonra rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis Madrid təmsilçisi ilə La Liqa, İspaniya Kuboku və İspaniya Super Kubokunu qazanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polşa millisinin sabiq futbolçusu "Sabah"da - 3 illik müqavilə imzalandı  

"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb.Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, "bayquşlar" Polşa millisinin 27 yaşlı sabiq futbolçusunun transfer hüquqlarına sahib çıxıblar. Polşalı futbolçu ilə üçillik müqavilə imzalanıb.Xatırladaq ki, T.Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, iki qol vurub və 12 məhsuldar ötürmə edib....

14 May 2026, 17:58

AFFA  “Sumqayıt”ın prezidenti cəzalandırıb 

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun prezidenti Raid Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.Citypost.az xəbər verir ki, bununla bağlı qərar qurumun iclasında qəbul edilib.Riad Rəfiyev Premyer Liqanın XXX turunun “Kəpəz”lə matçından sonra hakimlərin otağına daxil olduğu üçün ikisi şərti olmaqla, beş oyunluq cəza alıb. Klub isə 5000 min manat ziyana düşüb.Baş məşqçi Saşa İliç isə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 oyunu buraxacaq. “Sumqayıt” serbiyalı mütəxəssisin davranışına görə 5000 manat cərimə edilib.Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb....

06 May 2026, 16:06

Aziz Yıldırım “Fənərbaxça” prezidentliyinə namizədliyini açıqlayıb 

“Fənərbaxça”nın keçmiş prezidentlərindən olan Aziz Yıldırım klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.Citypost.az xəbər verir ki, o, bu barədə yerli mətbuata danışıb.Yıldırım prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib.Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib. (Apasport.az)

06 May 2026, 13:18

"Qalatasaray" 16 futbolçusu ilə yollarını ayıracaq 

Türkiyənin “Qalatasaray” klubunun mövsümün sonunda yollarını ayıracağı futbolçular bəlli olub.Teleqraf “Akşam” nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” yayda 16 oyunçusu ilə sağollaşmağa hazırlaşır.İlkin mərhələdə ehtiyat qapıçı Günay Güvənç, Kaan Ayhan və Ahmed Kutucu ilə yolların ayrılması gözlənilir. Müqaviləsi başa çatan 33 yaşlı argentinalı hücumçu Mauro İkardiyə də yeni müqavilə təklif olunmayacaq.Mövsüm ərzində qeyri-sabit çıxışı ilə diqqət çəkən Lukas Torreyra, Davinson Sançes, Yakobs, İlkay Gündoğan və Mario Lemina da komandadan ayrıla biləcək futbolçular sırasındadır. Bu oyunçular üçün daxil olacaq təkliflər dərhal dəyərləndiriləcək.Roland Sallai, Barış Alper Yılmaz, Qabriel Sara və Vilfrid Singo ilə bağlı qərarda isə təkliflərin məbləği həlledici rol oynayacaq.Qış transfer...

04 May 2026, 17:12

Şimali Koreya klubu Cənubda nadir futbol matçı keçirəcək 

Şimali Koreyanın qadın futbol klubu 2018-ci ildən sonra ilk dəfə Cənubi Koreyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcək.Citypost.az FRANCE24-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi bazar ertəsi bildirib ki, Naegohyang Women’s Football Club mayın 20-də Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində Cənubi Koreyanın Suwon FC Women komandası ilə qarşılaşacaq.Məlumata görə, Şimali Koreya nümayəndə heyətinə 27 oyunçu və 12 klub rəsmisi daxil olacaq. Komandanın mayın 17-də Pekin vasitəsilə İnçxona gəlməsi planlaşdırılır.Nazirlik qeyd edib ki, bu səfər 2018-ci ildən bəri Şimali Koreya idman komandasının Cənubi Koreyada ilk oyunu olacaq. Qonşu ölkələr 1950-1953-cü illər müharibəsindən sonra formal sülh sazişi imzalamadıqları üçün texniki olaraq...

04 May 2026, 11:06

"Qarabağ" heyətinə bir neçə futbolçu qatacaq - Aralarında ulduz da var   

“Qarabağ FK bu mövsüm ölkə çempionluğunu qazana bilməsə də, klubun əsas hədəfi artıq Avrokuboklardakı çıxışa yönəlib. Komandada yeni mövsümün planlamasına indidən start verilib və transfer çalışmalarının kifayət qədər ciddi şəkildə aparıldığı bildirilir. Citypost.az-a etibarlı mənbələrdən verilən məlumata görə, heyətə bir neçə keyfiyyətli futbolçunun cəlbi gündəmdədir və bu istiqamətdə əvvəlki illərlə müqayisədə daha böyük maliyyə resursunun ayrılması gözlənilir. Məqsəd, daha güclü və rəqabətədavamlı kollektiv formalaşdıraraq Avropa arenasında uğurlu nəticələr qazanmaqdır.Klubun baş məşqçisi Qurban Qurbanov uzun illərdir peşəkarlığı və təcrübəsi ilə özünü təsdiqləmiş mütəxəssisdir. Onun rəhbərliyi altında komandanın yenidən iddialı çıxış edəcəyinə inam böyükdür. Gözləntilər odur ki, Qarabağ FK bu mövsüm də...

04 May 2026, 10:27