FHN-də WUF13 ilə əlaqədar dəyirmi masa təşkil edilib
Cəmiyyət 14 May 2026, 16:00
423
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən "Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti" mövzusunda "dəyirmi masa" təşkil edilib.
Citypost.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin və müvafiq tabeli qurumlarının, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC, "Azəriqaz" İB, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və WUF13 Təşkilat Komitəsinin rəsmiləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd şəhərsalma fəaliyyəti zamanı vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə dair müzakirələrin aparılması və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsindən ibarət olub.
"Dəyirmi masa"da çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla əlaqədar aidiyyəti üzrə görülən işlər barədə ətraflı məlumat verib, şəhərsalma fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, sözügedən prosesin vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı rolundan bəhs ediblər.
Həmçinin oxuyun
Onlar, həmçinin hazırlıq ərəfəsində maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə FHN tərəfindən görülmüş işlərdən danışıblar.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qazax rayonunda “dəyirmi masa” keçirdi
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonunda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Qazax Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı aparatının sektor müdiri Azad Hümbətov tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rauf Abbasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə...
14 May 2026, 17:46
Xankəndi şəhər stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
"Xankəndi şəhər stadionu avqust və ya sentyabr aylarınadək tam hazır olacaq".Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, arenada III MDB Oyunlarına görə oxatma yarışları təşkil edildiyi üçün bərpa işlərində ləngimə olub.F.Qayıbov stadion üçün bəzi avadanlıqların ölkə xaricindən gətiriləcəyini vurğulayıb.
14 May 2026, 17:40
Paşinyan: "Robert Koçaryan həbs olunmalıdır"
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Robert Koçaryan həbs olunmalıdır.Citypost.az newsarmenia.am-a istinadən xəbər verir."1 mart işi" üzrə məhkum edilmiş və sonradan bəraət almış bir insan kimi deyə bilərəm ki, ədalət mühakiməsi zəfər çalmalıdır. Başqa cür ola bilməz. Şəxsən məsuliyyət daşıyan şəxslər var", - deyə Ermənistan lideri bildirib.Onun sözlərinə görə, "1 mart işi" 100% açılıb və Ermənistanın hüquq-mühafizə orqanları Robert Koçaryanı məsuliyyətə cəlb etməlidirlər və həbs olunmalıdır.Paşinyan bəyan edib ki, bu, baş verməyənə qədər hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə olduğuna inandıra bilməyəcək....
14 May 2026, 17:33
Bakıda yeni işıqforlar istifadəyə verilib
Paytaxt Bakının Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən işıqforlar istifadəyə verilib, hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra olunub.
14 May 2026, 17:16
AFFA "Zirə"ni cərimələdi
AFFA İntizam Komitəsi "Zirə" klubunu cərimələyib."Report" xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib."Qartallar"ın 5 futbolçusu "Sabah"a qarşı Azərbaycan Kubokunun final matçında sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə olunub.
14 May 2026, 17:07
Bakıda külək güclənəcək
Mayın 15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veriləcək.Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.Bərdə, Tərtər, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....
14 May 2026, 17:00