Bizə yazın

Baku

-°C

USD

-

Rusiyanın hərbi gücünü puç edən balaca kənd 

Dünya 14 May 2026, 13:19

399

Son illərdə Rusiya-Ukrayna müharibəsində ən çox müzakirə olunan istiqamətlərdən biri də Malaya Tokmaçka kəndi istiqamətində dalana dirənən cəbhə xətti olub.

Modern.az xəbər verir ki, Zaporojye vilayətində yerəşən bu kiçik kənd uğrunda uzunmüddətli və nəticəsiz döyüşlər artıq sosial şəbəkələrdə və beynəlxalq mediada tarixi mühasirələrlə müqayisə edilir. Kənd uğrunda 2022-ci ilin ortalarından başlayan döyüşlər artıq 4 ildən çoxdur ki, nəticə vermir. Bununla bağlı hətta internetdə yayılan satirik qrafiklərdə Malaya Tokmaçka uğrunda əməliyyatların müddəti tarixdəki ən məşhur mühasirələri belə geridə qoymuş kimi təqdim olunur. 

Tarixdə uzunmüddətli mühasirələr dövlətlərin taleyini dəyişən hadisələr kimi yadda qalıb. Məsələn, 1779–1783-cü illərdə baş verən Cəbəllütariq mühasirəsi təxminən 1320 gün davam etmişdi. İspaniya və Fransa Britaniyanın nəzarətində olan bu strateji ərazini geri almağa çalışsa da, uğur qazana bilməmişdi. Bu hadisə hərb tarixində ən uzun klassik mühasirələrdən biri hesab edilir.

Roma ilə Karfagen arasında baş verən və təxminən 1100 gün davam edən Karfagen mühasirəsi isə qədim dünyanın siyasi xəritəsini dəyişdirmişdi. Nəticədə Karfagen tamamilə dağıdılmış, Roma Aralıq dənizi hövzəsinin əsas gücünə çevrilmişdi.

İkinci Dünya Müharibəsinin ən faciəli hadisələrindən biri sayılan Leninqrad mühasirəsi 872 gün davam etmişdi. Nasist Almaniyasının şəhəri blokadaya alması nəticəsində yüz minlərlə insan aclıq və bombardmanlardan həyatını itirmişdi. Buna baxmayaraq şəhər təslim olmamışdı.

Tarixdə xüsusi yer tutan hadisələrdən biri də 1453-cü ildə Konstantinopolun fəthidir. Osmanlı sultanı II Mehmetin rəhbərliyi ilə həyata keçirilən mühasirə cəmi 53 gün davam etsə də, nəticədə Bizans imperiyası süqut etmiş və dünya tarixində yeni mərhələ başlamışdı.

Qeyd edək ki, açıq ərazi və intensiv pilotsuz uçuş aparatlarının istifadəsi tərəflərin sürətli irəliləyişini çətinləşdirir. Bu səbəbdən Malaya Tokmaçka artıq sosial mediada “sonsuz döyüş” simvollarından birinə çevrilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiya vətəndaşları Ermənistanda həbs oluna bilər 

Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını xaricə səfər zamanı mümkün saxlanılma və ABŞ-yə ekstradisiya riskləri ilə bağlı xəbərdar edib.Modern.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə müsahibəsində Rusiya XİN-in İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev danışıb.Onun sözlərinə görə, təkcə Avropa İttifaqına daxil olan ölkələrdə deyil, daha geniş coğrafiyada bir sıra dövlətlərin ekstradisiya ilə bağlı öhdəlikləri mövcuddur və xaricə səfər edən şəxslər bu riskləri nəzərə almalıdırlar.Diplomat vurğulayıb ki, Rusiya XİN vətəndaşların hansı ölkəyə gedib-getməməsini müəyyən etmir. Nazirlik yalnız ABŞ və ya Avropa hakimiyyət orqanları ilə problemlə üzləşə biləcəyini düşünən şəxslərə müəyyən ölkələrə səfər etməməyi tövsiyə edə bilər.Rusiya XİN-in...

14 May 2026, 13:08

İtaliyada tovuz quşu müharibəsi: Sakinlər iki düşərgəyə bölündülər  

İtaliyanın Adriatik dənizi sahilindəki kiçik Punta Marina sahil şəhəri gözlənilməz bir problemlə üzləşib: şəhər faktiki olaraq vəhşi tovuz quşlarının nəzarəti altına keçib və yerli hesablamalara görə, onların sayı təxminən 120-yə çatıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir vaxtlar yerli təbiətin mənzərəli bir hissəsi hesab edilən bu ərazi indi gündəlik münaqişə mənbəyinə çevrilib.Ərazidə aktiv şəkildə çoxalan tovuz quşları yol hərəkəti problemlərinə, avtomobillərə ziyan dəyməsinə və sakinlərin yuxusuz gecələrinə səbəb olub. Yaz xüsusilə çətin bir dövr hesab olunur, çünki quşların yüksək səslə cütləşmə səsləri sözün əsl mənasında insanların yatmasına mane olur.Vəziyyət yerli icmanı iki düşərgəyə bölüb. Bəziləri tovuz quşlarının təbiətin...

14 May 2026, 11:00

İranın xarici işlər naziri İsraillə "sui-qəsd" edən ölkələri təhdid etdi  

İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə "sui-qəsdə girən" dövlətlərin məsuliyyəti barədə xəbərdarlıq edib.Citypost.az xəbər verir ki, Əraqçi X sosial şəbəkədə yazıb: "Böyük İslam millətinə, İran millətinə qarşı düşmənçilik axmaq bir macəradır. Bu halda İsraillə sui-qəsd bağışlanmazdır. İsraillə parçalanma yaratmaq üçün sui-qəsdə girənlər məsuliyyətə cəlb olunacaqlar".Onun sözlərinə görə, "Netanyahu artıq İran təhlükəsizlik xidmətlərinin rəhbərliyimizə uzun müddətdir çatdırdığı məlumatları açıq şəkildə açıqlayıb".Əli...

14 May 2026, 10:59

ABŞ qoşunlarının Almaniyadan Polşaya çıxarılması ilə bağlı danışıqlar başlayıb.

Varşava ABŞ qoşunlarının Almaniyadan mümkün çıxarılması fonunda onların Polşaya yerləşdirilməsi ilə bağlı Vaşinqtonla danışıqlara başlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib. Məlumata görə, o, “Armenpress”ə istinadən TVP World-ə açıqlamasında iki ölkə arasında ikitərəfli danışıqların davam etdiyini qeyd edib.Zalevski bildirib ki, məsələ mayın 11-də ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə müavini Tomas DiNanno ilə görüşdə də müzakirə olunub.Onun sözlərinə görə, Polşa ABŞ hərbçilərinin ölkədə mövcudluğunun genişləndirilməsinə hazırdır və bu istiqamətdə siyasi konsensus mövcuddur. O həmçinin qeyd edib ki, Polşa həm rotasiya əsaslı hərbi iştirakın artırılmasına, həm də bunun...

14 May 2026, 10:55

Moldova MDB ilə bağlı sazişi ləğv etmək niyyətindədir

Moldova Parlamentinin Xarici Siyasət və Avropa İnteqrasiyası Komitəsi Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar əməkdaşlıq üzrə dövlətlərarası fondunun yaradılması haqqında sazişin ləğvi ilə bağlı parlamentə təklif təqdim etməyə hazırlaşır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşəbbüs Moldova Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülüb. Nazirlik sənədin effektiv olmadığını və Moldova üçün real fayda vermədiyini əsas gətirir.Saziş 2006-cı ildə MDB çərçivəsində mədəniyyət, təhsil, elm, idman, turizm, media və gənclər siyasəti sahələrində birgə layihələrin maliyyələşdirilməsi məqsədilə imzalanmışdı. Rəsmi məlumatlara əsasən, Moldova indiyədək fonda heç bir ödəniş etməyib və bu mexanizm çərçivəsində maliyyə fəaliyyəti həyata keçirilməyib.Nazirlik bildirir ki, ölkə hazırda beynəlxalq əməkdaşlığını daha çox Avropa İttifaqı...

14 May 2026, 10:53

Ukrayna məhkəməsi Yermakın həbsinə qərar verdi

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin mayın 14-də Prezident Volodimir Zelenskinin yaxın çevrəsinə daxil olan, onun keçmiş administrasiya rəhbəri Andriy Yermak barəsində qərar qəbul etdiyi bildirilir.Citypost.az Ukrayna mediasına istinadən xəbər verir ki, məhkəmə Yermakın həbsi barədə qərar çıxarıb və alternativ qətimkan tədbiri kimi 140 milyon qrivna (təxminən 3,19 milyon ABŞ dolları) məbləğində girov müəyyən edib.İddialara əsasən, Andriy Yermak Kiyev ətrafında elit yaşayış komplekslərinin tikintisi zamanı çirkli pulların yuyulması ittihamı ilə üzləşib.Əli...

14 May 2026, 10:51