Bizə yazın

Baku

-°C

USD

-

İSTİRAHƏT ZAMANI DÜNYASINI DƏYİŞƏN SİYASƏTÇİ...  

Cəmiyyət 13 May 2026, 13:11

2594

Sirus Xudadat oğlu Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində doğulub.  Ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi.

Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu - 90-cı illərin əvvəlində Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başlayır.

1992-ci ildə Sirus Təbrizlinin də daxil olduğu və tarixə "91-lər" olaraq düşən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.

Sirus Təbrizli 1995-ci il noyabrın 12-də Azərbaycan Milli Məclisinə I çağırış seçkilərində iştirak etdi.13 saylı Nizami rayonu II seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü olan Sirus Təbrizli majoritar yolla Milli Məclisin deputatı seçildi. Deputat fəaliyyəti dövründə o, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Sirus Təbrizli Milli Məclisdə fəaliyyət göstərdiyi zaman kəsiyində Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın mətbuat və informasiya naziri təyin edildi.Nazir təyin olunduğu üçün Sirus Təbrizlinin deputat mandatı ləğv edildi.

Sirus Təbrizli 2000-ci il noyabrın 5-də baş tutan Azərbaycan Milli Məclisinə II çağırış seçkilərinə qatıldı.13 saylı Nizami-Xətai rayonları seçim dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü olan Sirus Təbrizli majoritar seçimin nəticəsində növbəti dəfə Milli Məclisə seçildi. Sirus Təbrizli Milli Məclisdə səlahiyyətlərinə həmin il noyabrdın 25-dən sonra başladı.Həmin tarixdə o, Azərbaycanın mətbuat və informasiya naziri vəzifəsindən azad edildi.

Sirus Təbrizli Yeni Azərbaycan Partiyasının üzvü olduğu müddət ərzində daim partiyanın apardığı siyasətdə olan nöqsanları tənqid edənlərdən biri olub.2007-ci il martın 27-də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə çıxışlarının birində Yeni Azərbaycan Partiyasını "Simasız Quldurlar Partiyası" adlandırdığı üçün partiyadan uzaqlaşdırılmışdı.

Sirus Təbrizli 2013-cü il sentyabrın 7-si səhər saatlarında Xaçmaz rayonunun Nabran qəsəbəsində istirahət etdiyi bağ evində vəfat edir. Vəfat səbəbi olaraq qan-damar çatışmazlığı göstərilir.

Sirus Təbrizlinin dəfn mərasimi bir gün sonra, sentyabrın 8-də saat 15.00 radələrində baş tutdu. Dəfn mərasiminə iqtidar nümayəndələri ilə yanaşı, müxalifət nümayəndələri də qatıldı. Onların sırasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, paytaxtın meri Hacıbala Abutalıbov, Milli Məclisin üzvləri Eldar İbrahimov və Mübariz Qurbanlı, həmçinin, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov, Milli Şuranın sədri Cəmil Həsənli də var idi.

Sirus Təbrizlinin dəfn olunması üçün əvvəlcə II Fəxri Xiyaban nəzərdə tutulsa da, ailə üzvləri onun arzusunun yaxın dostu, Azərbaycan Milli Məclisinin I, II və III çağırış deputatı olan Anar Məmmədxanovun yanında dəfn olunmaq istəməsi olduğu bildirdi. Sirus Təbrizli istəyinə uyğun olaraq III Fəxri Xiyabanda torpağa tapşırıldı.Amma, Sirus Təbrizlinin qızı Sevinc Təbrizlinin 2017-ci ildə KİV-lərin birinə verdiyi müsahibə zamanı, atasının Anar Məmmədxanovun yanında dəfn olunmaq istədiyi haqqında olan məlumatların həqiqətə uyğun olmadığını və atasının heç II Fəxri Xiyabanda dəfn olunmasının nəzərdə tutulmadığını bildirdi.O, atasının orada dəfn olunmasının təsadüf olduğunu bildirmişdi.

RUHU ŞAD OLSUN!

Müəllif: Namiq Həsənov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AAYDA: Bakıda və 8 rayonda ümumilikdə təmir aparılır 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mart–aprel aylarında müşahidə olunmuş güclü leysan yağışları və sel suları nəticəsində Bakıda və 8 rayonda zədələnmiş 25 avtomobil yolunda təmir-bərpa işləri aparır.Citypost.az bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, işlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular bərpa olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.Məqsəd təhlükəsiz və fasiləsiz hərəkəti təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir....

15 İyun 2026, 17:45

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 

Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 İyun 2026, 17:26

İtkin düşən 8 nəfər həftəsonu tapılıb 

İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15 İyun 2026, 17:05

Zakir Həsənov Pakistana başsağlığı verib 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...

15 İyun 2026, 16:53

Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...

15 İyun 2026, 15:48

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....

15 İyun 2026, 15:33