Perez: Dünyanın ən yaxşı məşqçilərindən birini "Real Madrid"ə qaytarmaqdan qürur duyuruq
İdman 08 İyun 2026, 10:59
1775
79 yaşlı Florentino Perez yenidən "Real Madrid"in prezidenti seçildikdən sonra portuqaliyalı məşqçi Joze Mourinyonun "Kral" komandasının baş məşqçisi vəzifəsinə qayıtmasını təsdiqləyib.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Perez "Dünyanın ən yaxşı məşqçilərindən birini "Real Madrid"ə qaytarmaqdan qürur duyuruq. Joze Mourinyo əsl Madridistdir" deyib.
Perez klubun prezident seçkilərində ispaniyalı Enrike Rikelmeni məğlub etdi və 2030-cu ilə qədər bu vəzifədə çalışacaq.
Həmçinin oxuyun
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"ə rəhbərlik edib və İspaniya çempionatı, kuboku və superkubok titullarını qazanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Orxan Həbibli dünya çempionatında bürünc medal qazandı
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi Orxan Həbibli bürünc medal qazanıb.Citypost.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Həbibli üçüncü yer uğrunda görüşdə Hindistan təmsilçisi Kunal Daqarı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.Bununla da yığmamızın mundialdakı medal sayı ikiyə çatıb.Qeyd edək ki, daha əvvəl 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov da bürünc medala sahib çıxmışdı....
28 İyul 2026, 19:55
"Sabah" Aaron Maludanı 3 milyon avroya satır
Ötən yay Fransanın "Lill" klubundan icarə əsasında "Sabah"a keçən, yanvarda isə transfer hüquqları birdəfəlik əldə olunan Aaron Maluda karyerasını İsveçrə çempionatında davam etdirəcək."Unikal" Fransanın nüfuzlu "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı fransalı vinger "Bazel" klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.Hər iki klub rəhbərliyi arasında aparılan intensiv danışıqlar müsbət yekunlaşıb və tərəflər 3 milyon avro (5.520.000 manat) qarşılığında sövdələşməni tamlaşdırıblar.Fransa U-19 millisinin sabiq üzvü geridə qalan mövsümdə Masazır təmsilçisinin düşərgəsində nümayiş etdirdiyi parlaq oyunla diqqət mərkəzinə düşüb. Paytaxt klubunun forması ilə meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan gənc hücumçu komandanın aparıcı...
28 İyul 2026, 18:37
Millimiz Portuqaliyaya qalib gəldi
Bu gün oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib. Citypost.az xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbə qazanıb. Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.Qeyd edək ki, yığmamız qrupda sonuncu oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək....
28 İyul 2026, 15:26
Zidan Fransa milli komandasının baş məşqçisi təyin edildi
Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası yığmanın baş məşqçi postuna Zinəddin Zidanın təyin olunduğunu açıqlayıb.Məlumata görə, tərəflər arasında müqavilə imzalanıb. Zidan Fransa milli komandasını qarşıdakı rəsmi oyunlara hazırlayacaq.Qeyd edək ki, 53 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi üç dəfə ardıcıl UEFA Çempionlar Liqasının qalibi olub. Zidan son olaraq 2021-ci ildə "Real Madrid"i çalışdırıb....
28 İyul 2026, 14:53
Azərbaycan güləşçisi ilk görüşünü qalib başa vurdu
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.Citypost.az xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edib.Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
28 İyul 2026, 11:15
Azərbaycanlı idmançı Dünya Kubokunda qızıl qazandı
Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.Milli Paralimpiya Komitəsindən Citypost.az-a verilən məlumata görə, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq....
28 İyul 2026, 08:37