Bizə yazın

Baku

-°C

USD

-

Millimiz Latviyanı məğlub edib A Liqasına yüksəldi

İdman 20 İyul 2026, 09:26

894

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

Citypost.az  xəbər verir ki, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Turan Tovuz" "Fatih Karagümrük"lə üz-üzə gələcək

Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.Citypost.az  xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Komanda iyulun 27-də Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl İranın U-21 yığması ilə heç-heçə edib - 1:1.

20 İyul 2026, 15:23

Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək

İyulun 25-26-da Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.Bu barədə Citypost.az  Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.Qeyd edək ki, iyulun 24-26-da yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq....

20 İyul 2026, 14:08

Onur Quluzadə Avropa üçüncüsü oldu 

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.Citypost.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal dueti bu gün keçirilən yarımfinal görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub....

20 İyul 2026, 09:20

"Sumqayıt" Mumini ilə yollarını ayırdı

"Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Xatırladaq ki, "Sumqayıt" daha öncə Sənan Muradlı, Aleksandr Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.

18 İyul 2026, 11:12

Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.Citypost.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycanın 3 güləşçi xalçaya çıxıb.Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub. Birgül kanadalı Miki Roubottoma “tuş”la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçi karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10. Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9....

18 İyul 2026, 08:48

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq 

Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin olunacaq.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.Məlumata görə, 54 yaşlı mütəxəssis 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq dörd illik müqavilə imzalayacaq. (APA)

18 İyul 2026, 08:00