"Sumqayıt" Mumini ilə yollarını ayırdı
İdman 18 İyul 2026, 11:12
339
"Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Həmçinin oxuyun
Xatırladaq ki, "Sumqayıt" daha öncə Sənan Muradlı, Aleksandr Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.Citypost.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycanın 3 güləşçi xalçaya çıxıb.Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub. Birgül kanadalı Miki Roubottoma “tuş”la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçi karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10. Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9....
18 İyul 2026, 08:48
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq
Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin olunacaq.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.Məlumata görə, 54 yaşlı mütəxəssis 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq dörd illik müqavilə imzalayacaq. (APA)
18 İyul 2026, 08:00
"Mançester Siti" Ayyubu Buaddinin transferi üçün danışıqlarda irəliləyiş əldə edib
İngiltərənin "Mançester Siti" klubu Mərakeş millisinin futbolçusu Ayyubi Buaddinin transferi üçün danışıqlarda irəliləyiş əldə edib."Report" yerli mətbuata istinadən xəbər verir ki, Fransa təmsilçisi "Lill" 18 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro tələb edir.Tərəflər futbolçunun icarə əsasında göndərilməsi və ilkin razılaşma əldə edilməsi halında transfer məbləğinin azaldılması variantını nəzərdən keçirə bilər.Gənc oyunçu klubdakı perspektivini "Lill"in prezidenti Olivye Letanqla müzakirə etmək niyyətindədir. Funksioner isə yarımmüdafiəçini heyətdə saxlamaq istəyir.Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxan Ayyubi Buaddinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub....
17 İyul 2026, 19:20
Ali Tsokayev Macarıstanda reytinq turnirində qızıl, Cəbrayıl Hacıyev gümüş medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.Bu barədə Citypost.azAzərbaycan Güləş Federasiyasından məlumat verilib.Ali Tsokayev (92 kq amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb. Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və A.Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.Beləliklə, təmsilçimiz bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib. Xatırladaq ki, A. Tsokayev bu il həm U-23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı...
17 İyul 2026, 09:12
"Barselona" 15 yaşlı qazaxıstanlı futbolçunu heyətinə qatdı
“Barselona” 15 yaşlı qazaxıstanlı futbolçu Kərim Mendikanovu heyətinə qatıb.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, gənc oyunçu Kataloniya klubu ilə müqavilə imzalayan ilk qazaxıstanlı futbolçu olub.Mendikanov karyerasını “Barselona”nın “La Masia” akademiyasında davam etdirəcək. O, klubun 16 yaşadək futbolçulardan ibarət komandasında çıxış edəcək.Qeyd edək ki, Kərim Mendikanov 2022-ci ildə Qazaxıstandan İspaniyaya köçüb. O, “Barselona”ya keçməzdən əvvəl “Serdanyola” və “Sant Kuqat” klublarının aşağı yaş qruplarında forma geyinib....
17 İyul 2026, 08:50
"Zirə”nin II təsnifat mərhələsindəki rəqibi bəlli oldu
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.Citypost.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyanın “Payde” klubu ilə qarşılaşacaq.“Zirə” I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu mübarizədən kənarlaşdırıb.Bakı təmsilçisi hər iki oyunda 3:0 hesabı ilə qalib gələrək ümumi nəticədə 6:0 üstün olub.
17 İyul 2026, 08:44