Bizə yazın

Baku

-°C

USD

-

Milli komanda Türkiyədə mübarizə aparacaq

İdman 31 İyul 2026, 08:17

285

Bu gün Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək.

Azərbaycan Güləş Federasiyasından Citypost.az-a verilən məlumata görə, avqustun 2-dək davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq.

Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad Məmmədov (hər ikisi 60 kq), Nihat Məmmədli, Ziya Babaşov (hər ikisi 63 kq), Xalid Həsənov (72 kq), Ruslan Nurullayev, Davud Məmmədov (hər ikisi 77 kq), Laçın Vəliyev, Tuncay Vəzirzadə (hər ikisi 87 kq), Məhəmməd Əhmədiyev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) yunan-Roma güləşi üzrə yarışda gücünü sınayacaq.

Sərbəst güləşçilərimiz isə məşqçi Arif Abdullayev və Taymuraz Kokoyevin rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Ruslan Abdullayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Təbriz Bayramov (92 kq), Zəfər Əliyev (97 kq), Muxamad Qantemirov və Ketaq Karsanov (hər ikisi 125 kq) yer alıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.Citypost.az  xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edib. Qarşılaşma saat 20:00-da başlayıb.Tərəflər arasında Estoniyada keçirilən ilk görüş “Payde”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmada hesabı “Zirə”nin futbolçusu Eren Aydın açıb.İkinci hissədə hücumlarını artıran “Payde” hesabı bərabərləşdirib. Matçda başqa qol vurulmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.Beləliklə, iki oyunun nəticəsinə görə (1:2) “Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.UEFA Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunu20:00. “Zirə” – “Payde” 1:1Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)Stadion: Sumqayıt şəhər stadionuİlk oyun: 0:1"Zirə": 13. Aydın Bayramov,...

30 İyul 2026, 22:35

Rafael Məhərrəmli Gəncə klubuna keçdi

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.Citypost.az xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.Son olaraq "Şamaxı"da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.

30 İyul 2026, 11:21

Zidanın gəlişindən sonra Fransa millisi loqosunu dəyişdi 

Zinəddin Zidanın baş məşqçi təyin olunmasından sonra Fransa milli komandası loqosunu dəyişdirib.Citypost.az "Unikal" a istinadən xəbər verir ki, yeni emblemdə ölkənin simvolu olan Qalliya xoruzu saxlanılıb. İlk dəfə olaraq loqotipdə artıq "Fransa" sözü var və "FFF" abreviaturası bir qədər kiçildilib.Əvvəlki loqo 2018-ci ildə Fransanın Rusiyada keçirilən Dünya Kubokunda qələbəsindən sonra yenilənib.

30 İyul 2026, 08:36

Güləşçilərimiz fəxri kürsüyə yüksəldi

Bakıda təşkil olunan U-17 dünya çempionatında fəxri kürsüyə yüksələn Azərbaycanın yunan-Roma güləşçiləri Abdurrahman Hüseynli (51 kq) və Elmir Çərkəzov (60 kq) mükafatlandırılıblar.Citypost.az  xəbər verir ki, Abdurrahman Hüseynl gümüş, Elmir Çərkəzov isə bürünc medala sahib çıxıb.Medalları idmançılara Dünya Güləş Birliyinin və Azərbaycan Güləş Federasiyanın rəsmiləri təqdim

29 İyul 2026, 20:28

Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb."Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.Daha əvvəl təmsilçilərimizdən Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.

29 İyul 2026, 18:45

"Şəfa" Pərviz Azadovla yollarını ayırdı

2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək hüququ qazanan "Şəfa" futbolçusu Pərviz Azadovla vidalaşıb.Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

29 İyul 2026, 15:47