Rafael Məhərrəmli Gəncə klubuna keçdi
İdman 30 İyul 2026, 11:21
354
Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Citypost.az xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.
26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Həmçinin oxuyun
Son olaraq "Şamaxı"da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zidanın gəlişindən sonra Fransa millisi loqosunu dəyişdi
Zinəddin Zidanın baş məşqçi təyin olunmasından sonra Fransa milli komandası loqosunu dəyişdirib.Citypost.az "Unikal" a istinadən xəbər verir ki, yeni emblemdə ölkənin simvolu olan Qalliya xoruzu saxlanılıb. İlk dəfə olaraq loqotipdə artıq "Fransa" sözü var və "FFF" abreviaturası bir qədər kiçildilib.Əvvəlki loqo 2018-ci ildə Fransanın Rusiyada keçirilən Dünya Kubokunda qələbəsindən sonra yenilənib.
30 İyul 2026, 08:36
Güləşçilərimiz fəxri kürsüyə yüksəldi
Bakıda təşkil olunan U-17 dünya çempionatında fəxri kürsüyə yüksələn Azərbaycanın yunan-Roma güləşçiləri Abdurrahman Hüseynli (51 kq) və Elmir Çərkəzov (60 kq) mükafatlandırılıblar.Citypost.az xəbər verir ki, Abdurrahman Hüseynl gümüş, Elmir Çərkəzov isə bürünc medala sahib çıxıb.Medalları idmançılara Dünya Güləş Birliyinin və Azərbaycan Güləş Federasiyanın rəsmiləri təqdim
29 İyul 2026, 20:28
Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya ikincisi olub
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb."Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.Daha əvvəl təmsilçilərimizdən Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.
29 İyul 2026, 18:45
"Şəfa" Pərviz Azadovla yollarını ayırdı
2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək hüququ qazanan "Şəfa" futbolçusu Pərviz Azadovla vidalaşıb.Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
29 İyul 2026, 15:47
Bakıda çimərlik voleybolu çempionatı keçiriləcək
Azərbaycan Voleybol Federasiyası (AVF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək.Bu barədə Citypost.az-a AVF-dən bildirilib.Qadın və kişi komandaları arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq. Çempionatın qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq....
29 İyul 2026, 11:18
Orxan Həbibli dünya çempionatında bürünc medal qazandı
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi Orxan Həbibli bürünc medal qazanıb.Citypost.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Həbibli üçüncü yer uğrunda görüşdə Hindistan təmsilçisi Kunal Daqarı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.Bununla da yığmamızın mundialdakı medal sayı ikiyə çatıb.Qeyd edək ki, daha əvvəl 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov da bürünc medala sahib çıxmışdı....
28 İyul 2026, 19:55