“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10 Aprel 2026, 09:25
244
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 0,78% artaraq 1 barelə görə 96.65 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,45% artaraq 98,31 ABŞ dollarına bərabər olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,59 dollar və ya 3,8 faiz artaraq 125,03 dollar olub.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
10 Aprel 2026, 09:53
Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,38 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 124,68 ABŞ dolları təşkil edib.
09 Aprel 2026, 09:51
Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüş ucuzlaşıb.Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.69% azalaraq 4,744 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.52% ucuzlaşaraq 74.24 ABŞ dolları təşkil edib.
09 Aprel 2026, 09:22
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları və ya 0,7 % azalaraq 140,68 ABŞ dolları təşkil edib.Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 144,42 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,57 ABŞ dolları və ya 0,42 % azalaraq 134,58 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...
08 Aprel 2026, 10:00
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.Bu barədə Citypost.az-a Maliyyə Nazirliyindən məlumat verilib.Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib.Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri...
07 Aprel 2026, 12:30
Eldəniz Əmirov: Manatın dövretmə sürəti azalır, iqtisadi aktivlik zəifləyir
İqtisadçı Eldəniz Əmirov manatın dövretmə sürətində azalma müşahidə olunduğunu açıqlayıb.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, bu ilin martın 1-nə manatın dövretmə sürəti 2,83 təşkil edib. Bu isə o deməkdir ki, eyni 1 manat il ərzində orta hesabla cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda iştirak edir. Müqayisə üçün qeyd olunub ki, 2005-ci ildə bu göstərici 15,7 olub. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68 səviyyəsinə qədər enmişdi.İqtisadçı bildirib ki, mövcud göstəricilər pulun iqtisadiyyatda əvvəlki illərlə müqayisədə daha yavaş hərəkət etdiyini göstərir. Onun fikrincə, bu hal insanların və bizneslərin daha çox gözləmə mövqeyində olması, xərclərin azalması ilə bağlıdır.Eldəniz Əmirov vurğulayıb ki, pulun dövretmə...
07 Aprel 2026, 10:25