Azərbaycan neftinin qiyməti artıb
İqtisadiyyat 12 İyun 2026, 09:53
1884
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,51% bahalaşaraq 96,85 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 96,36 ABŞ dolları təşkil edib.
Həmçinin oxuyun
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eldəniz Əmirov: Mənzil bazarı sabitləşməyə doğru gedir
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımının əvvəlki sürətlə davam etməyəcəyi və bazarın tədricən stabilləşəcəyi ilə bağlı ötən il publik çıxışlarımda fikirlərimi bölüşmüşdüm.Çünki 2025-ci ildə dövlət maliyyəsinin idarə olunmasında formalaşan yeni yanaşmalar məndə belə bir qənaət yaratmışdı ki, 2026-cı ildən etibarən büdcə vəsaitlərinin xərclənməsinə nəzarət daha da güclənəcək, qeyri-səmərəli xərclərin qarşısı daha ciddi şəkildə alınacaq. Bunun nəticəsində müxtəlif yollarla bazara daxil olan böyük həcmli vəsaitin əvvəlki qədər daşınmaz əmlaka yönəlməyəcəyini düşünürdüm.Fikrimcə, son illərdə mənzil bazarında qiymətləri yüksəldən əsas amillərdən biri məhz bu vəsaitlərin istehsala və real investisiyalara deyil, daşınmaz əmlaka yönəlməsi idi. Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və...
27 İyul 2026, 12:29
Eldəniz Əmirov: İqtisadi əlaqələr üçün yeni imkanlar yaranır
Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ formalaşır. Əməkdaşlığın əsasını uzun illər enerji sahəsi təşkil etsə də, artıq gündəmə sənaye, texnologiya, logistika və investisiya layihələri çıxır. Bu, münasibətlərin daha geniş iqtisadi məzmun qazanması üçün əlverişli imkan yaradır.Bununla belə, mövcud iqtisadi göstəricilər potensialı hələ əks etdirmir. İki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər aşağı səviyyədədir. Azərbaycanın Slovakiyaya ixracı isə demək olar ki, simvolik həcmdədir. Ölkəmizin ümumi ixracının cəmi 0,00048 faizi Slovakiyanın payına düşür. Başqa sözlə, Azərbaycanın ixrac etdiyi hər 100 min dolların cəmi 48 senti Slovakiyaya yönəlir. Bu rəqəm mövcud iqtisadi əlaqələrin hələ inkişafın başlanğıc mərhələsində olduğunu göstərir.Slovakiya Prezidentinin Ağdama səfəri də məhz bu...
15 İyul 2026, 10:00
İqtisadçı: Kraudfandinq qanunu yeni investisiya imkanları açacaq
“İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi. "Kraudfandinq haqqında" yeni qanun bu baxımdan maraqlı yenilikdir."Kraudfandinq" sözü "kütləvi maliyyələşmə" deməkdir”. Citypost.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bildirib ki, mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir. Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər:“Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100...
09 İyul 2026, 10:00
Eldəniz Əmirov: İstehlak düşüncəsi insanı idarə edir
Modernizm insana kənddə qoyun saxlamağı gerilik kimi göstərir, amma şəhərdə it saxlamağı prestij hesab etdirir.Halbuki qoyun iqtisadi dəyər yaradır. Ət verir, süd verir, yun verir, gəlir gətirir. O, istehsalın və əməyin bir hissəsidir. İt isə əksər hallarda sahibinin qazandığı resurs hesabına yaşayır. Məsələ qoyunla itin müqayisəsi deyil.Əsl məsələ dəyərlərin necə dəyişdirilməsidir. Kapitalistlər dünyada elə bir düşüncə formalaşdırır ki, istehsal etmək yox, istehlak etmək daha cəlbedici görünür. "Əmək" gerilik, "mənasız nümayiş" isə müasirlik kimi təqdim edilir. Ona görə də insan qazandığını artırmağa deyil, qazandığını göstərməyə həvəsləndirilir.Bu dəyişiklik bir gündə və ya bir il, iki il ərzində də baş vermir. Onilliklər ərzində insanların...
06 İyul 2026, 09:44
Zaur İbrahimli: İqtisadi inkişafın əsas şərti islahatlara etimaddır
Ekspert Zaur İbrahimli bildirib ki, iqtisadi inkişaf strategiyalarının uğuru ilk növbədə cəmiyyətin və investorların islahatlara olan etimadından asılıdır.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, Almaniyada Konrad Adenauer dövründə həyata keçirilən sosial bazar iqtisadiyyatı modeli, eləcə də Cənubi Koreyada Park Çon Hinin rəhbərliyi altında baş verən iqtisadi yüksəliş islahatların ədalətli və dürüst şəkildə həyata keçiriləcəyinə dair ictimai inam sayəsində mümkün olub.Z.İbrahimli qeyd edib ki, Sinqapurda Li Kuan Yu və Çində Den Syaopin nümunələri isə etimadla yanaşı, bacarıqlı idarəçilik və nəticəyönümlü icranın vacibliyini ortaya qoyub. Onun fikrincə, bu ölkələrdə dövlət aparatının səmərəli fəaliyyəti və islahatların uğuruna inam investisiyaların...
18 İyun 2026, 09:20
Azərbaycanın xarici dövlət borcu 8 % azalıb
Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.Citypost.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır.Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb.Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb....
10 İyun 2026, 12:25