Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox artıb
İqtisadiyyat 10 İyun 2026, 12:22
541
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib.
Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Həmçinin oxuyun
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın xarici dövlət borcu 8 % azalıb
Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.Citypost.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır.Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb.Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb....
10 İyun 2026, 12:25
Əli Səlimov: Aqrar sektorun strateji əhəmiyyəti artır
25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın aqrar siyasətində yeni, daha dinamik və inkişaf yönümlü mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Son illərdə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar mühüm nəticələr vermiş olsa da, müşavirədə səsləndirilən fikirlər göstərir ki, dövlət artıq bu uğurları daha da dərinləşdirərək yüksək məhsuldarlığa, dayanıqlılığa və beynəlxalq rəqabət qabiliyyətinə malik müasir aqrar modelin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirir. Əslində, bu da təkcə kənd təsərrüfatının inkişafı ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi sistemdə artan roluna uyğun şəkildə yeni imkanlardan səmərəli istifadəni əks etdirir.Bu sözləri Citypost.az-a...
10 İyun 2026, 10:49
Yarımçıq qalan “cənub” arzusu - Eldəniz Əmirov yazır..
Bu adı Rusiyanın Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutan "Cənub Axını" qaz kəməri layihəsinə vermişdim. (Avrasiyanın Arteriyaları kitabımda). CƏNUB AXINI“Cənub Axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutan layihə olaraq nəzərdə tutulmuşdir. Onun əvvəlcə Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanması, daha sonra iki hissəyə ayrılaraq, birinci qolunun Serbiya, Macarıstan və Avstriyanı, digər qolunun isə Yunanıstan və İtaliyanı əhatə etməsi planlaşdırılmışdır.Rusiya tərəfinin bu layihə təşəbbüsünü irəli sürməkdə məqsədi Rusiya təbii qazının Avropaya tədarükünü diversifikasiya etmək, təchizatçı və alıcıların tranzit ölkələrdən, xüsusən də Ukrayna və Türkiyədən asılılığını azaltmaq idi. Bu “Axın” həm də Rusiyanın...
09 İyun 2026, 10:27
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.72 ABŞ dolları və ya 2,68% artaraq 104.40 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 101.68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
04 İyun 2026, 09:40
Eldəniz Əmirov: “Enerji sistemlərinin inteqrasiyası üçün etimad amili də əsas şərtlərdən biridir”
İqtisadçı Eldəniz Əmirov enerji sistemlərinin inteqrasiyası ilə bağlı irəli sürülən əsas şərtlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, o, qeyd edib ki, “Masdar” şirkətinin biznes və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı müxtəlif ölkələrin enerji sistemlərinin inteqrasiyası üçün üç əsas şərtin vacibliyini vurğulayıb.“Onun fikrinə görə bunlardan birincisi siyasi konsensus, ikincisi kommersiya və maliyyə modeli, üçüncüsü isə texniki və şəbəkə planlaşdırılmasıdır. Bunları inkar etmək olmaz, həqiqətən də vacib şərtlərdir. Amma bunlar daha çox layihənin tikilməsi və işə salınması üçün lazım olan şərtlərdir. Prosesin davamlı olması üçün isə bu 3 şərt yetərli deyil”, – deyə iqtisadçı bildirib.E.Əmirovun...
03 İyun 2026, 10:12
May ayında mis qiymətləri təqribən 5 faiz bahalaşıb
Yaxın Şərqdəki münaqişə, ABŞ və İran arasında sülh razılaşması ilə bağlı qeyri-müəyyənlik fonunda dünya bazarında mis qiymətləri may ayında təxminən 5 faiz dəyər qazanıb.AZƏRTAC xəbər verir ki, London Metal Birjasında (LME) misin bir tonunun qiyməti 4 faiz artaraq 13 min 600 dollardan yuxarı satılır. ABŞ-nin “Comex” birjasında isə misin qiyməti mayın 14-dən bəri ən yüksək səviyyəyə çatıb.Ekspertlərin fikrincə, ABŞ və İran arasında atəşkəsin uzadılması ilə bağlı danışıqlar metal bazarlarını dəstəkləyir. Süni intellekt investisiyalarına artan maraq isə misə tələbatı artırır.ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” misin qiyməti ilə bağlı proqnozunu yuxarıya istiqamətli dəyişib. Bank ilin sonuna dair proqnozunu 10 faizdən...
01 İyun 2026, 14:06