Kəsmikin gizli tərəfi: duz miqdarı yüksək ola bilər
Maraqlı 12 Mart 2026, 10:30
1543
Bir mütəxəssislər kəsmikin (kottec pendirinin) bəzi mənfi tərəfləri barədə xəbərdarlıq edib.
Citypost.az xəbər verir ki, araşdırmalara görə, bu məhsul yüksək zülal tərkibi və sağlamlıq üçün bir sıra faydaları ilə tanınsa da, tərkibində duzun nisbətən çox olması müəyyən risk yarada bilər.
Qidalanma üzrə mütəxəssisləri bildirib ki, istehsal prosesinin xüsusiyyətlərinə görə kəsmikdə natrium miqdarı bəzən yoqurt kimi məhsullarla müqayisədə daha yüksək olur. Çünki hazırlanma zamanı məhsula müəyyən miqdarda duz əlavə edilir.
Qeyd olunub ki, kəsmiyin bir standart porsiyasında təxminən 300–400 milliqram natrium mövcuddur. Bu miqdar sağlam insanlar üçün ümumilikdə təhlükəli sayılmasa da, duz qəbulunu məhdudlaşdırmalı olan şəxslər, xüsusilə yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün arzuolunmaz ola bilər.
Həmçinin oxuyun
Bununla yanaşı vurğulanır ki, hipertoniya xəstələrinin kəsmikdən tamamilə imtina etməsi mütləq deyil. Sadəcə olaraq gündəlik qidalanma rasionu planlaşdırılarkən məhsulun duz tərkibi nəzərə alınmalıdır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rutin həyatdan necə çıxmaq olar? – Mütəxəssis yanaşması
Gündəlik həyatın təkrarlanması bir çox insan üçün yorucu və sıxıcı ola bilər. Eyni iş rejimi, eyni mühit və dəyişməyən gündəlik vərdişlər zamanla motivasiyanı azaldır, insanı emosional olaraq tükəndirir. Citypost.az-ın məlumatına görə, mütəxəssislər qeyd edir ki, bu vəziyyətdən çıxış yolu ilk növbədə insanın öz yanaşmasını dəyişməsindən başlayır.Rutin həyatın yaratdığı sıxıntını azaltmaq üçün emosiyaları “yatırmaq” deyil, onları düzgün yönləndirmək daha vacibdir. Yeni fəaliyyətlərə açıq olmaq, gündəlik həyatın içində kiçik dəyişikliklər etmək belə psixoloji vəziyyətə müsbət təsir göstərir. Məsələn, səyahət etmək, yeni hobbilər sınamaq, idmanla məşğul olmaq – velosiped sürmək, yürüşlərə çıxmaq və ya fərqli aktivliklərə qoşulmaq insanın həm fiziki, həm də emosional vəziyyətini yaxşılaşdırır.Bununla...
30 Aprel 2026, 10:48
Mərcanlar düşündüyünüzdən fərqli imiş
Bir çox insan mərcanları rəngarəng dəniz daşları və ya sualtı bitkilər kimi təsəvvür edir. Halbuki bu, böyük bir yanılmadır. Mərcanlar əslində canlı və hətta ət yeyən heyvanlardır.Citypost.az-ın məlumatına görə, gecə saatlarında onların sərt və hərəkətsiz görünən səthindən minlərlə xırda, zəhərli tentakul çıxır. Bu tentakullar sudakı kiçik canlıları tutaraq qidalanır. Yəni onlar çox yavaş hərəkət etsələr də, olduqca effektiv ovçulardır.Daha maraqlısı isə budur ki, mərcan rifləri kimi nəhəng strukturlar əslində milyonlarla kiçik mercan canlısının bir araya gələrək yaratdığı “sualtı şəhərlər”dir.Bu fakt bir daha göstərir ki, okeanın gözəlliyi bəzən aldadıcı ola bilər. Sakit və rəngarəng görünən bu mühitdə belə, mürəkkəb və maraqlı...
30 Aprel 2026, 10:46
Azıx mağarası: Qədim insan izlərinin ən mühüm ünvanlarından biri
Azıx mağarası Azərbaycanın və bütövlükdə Qafqazın ən qədim insan məskənlərindən biri hesab olunur. Citypost.az xəbər verir ki, bu mühüm arxeoloji abidə 1960-cı ildə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf edilib.Aparılan qazıntılar zamanı mağarada ümumi qalınlığı 14,5 metrə çatan çöküntü qatları müəyyən olunub və onlar 10 təbəqəyə ayrılıb. Xüsusilə üçüncü təbəqə (təxminən 2–3 metr dərinlikdə) zəngin tapıntıları ilə seçilir. Bu qatdan 4 minə yaxın daş əmək aləti və ibtidai insanların ovladığı heyvanlara aid minlərlə sümük qalıqları aşkar edilib. Tapılan alətlər Mustye mədəniyyətinə aiddir və bu təbəqənin yaşı təxminən 150 min il hesab olunur.Mağaranın ən mühüm tapıntılarından biri isə 1968-ci ildə beşinci təbəqədən...
30 Aprel 2026, 09:03
Torpağın səssiz qəhrəmanları
Torpağın altında görünməyən, amma son dərəcə vacib bir həyat mövcuddur. Soxulcanlar səssiz şəkildə torpağın strukturunu yaxşılaşdıran əsas canlılardan biridir. Onlar torpaqla qidalanaraq onu daha münbit hala gətirir, açdıqları tunellər vasitəsilə isə torpağın havalanmasını təmin edirlər. Bu proses bitkilərin daha sağlam böyüməsinə şərait yaradır.Citypost.az-ın məlumatına görə ,soxulcanlar bioloji baxımdan hermafrodit canlılardır, yəni həm erkək, həm də dişi xüsusiyyət daşıyırlar. Cütləşmədən sonra “kokon” adlanan kapsullarda yumurta qoyurlar. Hər kokonda adətən 1-dən 5-ə qədər, bəzən isə 10-a yaxın yumurta olur. Onlar az sayda yumurta qoysa da, bunu tez-tez etdikləri üçün qısa müddətdə populyasiyaları arta bilir.Bu canlıların yaşaması üçün nəm mühit həyati əhəmiyyət daşıyır....
29 Aprel 2026, 12:17
13 rəqəmi: qorxu, yoxsa sadəcə inanc?
13 rəqəmindən qorxu təsadüfi deyil. Bunun elmi adı Triskaidekafobiya kimi tanınır və kökləri çox qədim inanclara dayanır.Citypost.az-ın məlumatına görə, ən məşhur izahlardan biri Sonuncu Şam yeməyi ilə bağlıdır. Rəvayətə görə, süfrədə 13 nəfər var idi və 13-cü şəxs İuda İskariot olmuşdu.Amma məsələ təkcə dini inanclarla məhdudlaşmır. Tarix boyu 12 rəqəmi “tamlıq” və “nizam” simvolu sayılıb: ildə 12 ay, saat sistemində 12 rəqəm, 12 bürc və s. İnsan beyni bu cür simmetriyanı və sabitliyi sevir. 13 isə bu sistemi pozan, “artıq” kimi qəbul edilən rəqəm kimi qavranılır.Bu inanc o qədər yayılıb ki, bəzi otellərdə 13-cü mərtəbə qeyd olunmur, bəzi təyyarələrdə isə...
29 Aprel 2026, 11:16
Cicirtikan bitkisi niyə dəridə yanma yaradır?
Cicirtikan bitkisinə toxunduqda dəridə yaranan ani yanma, qızartı və qaşıntının səbəbi onun üzərindəki mikroskopik iynəyə bənzər tükcüklərdir. Bu tükcüklər dəri ilə təmasda qırılaraq içərisində olan bioloji aktiv maddələri – o cümlədən histamin və digər qıcıqlandırıcı birləşmələri dərinin altına buraxır. Nəticədə yerli iltihabi reaksiya yaranır: yanma, qaşıntı və qızarma müşahidə olunur.Citypost.az-ın məlumatına əsasən, əslində bu, bitkinin təbiətdə özünü qoruma mexanizmidir. Yəni cicirtikan heyvanlar tərəfindən yeyilməmək üçün belə müdafiə sistemi inkişaf etdirib.Bununla belə, cicirtikan xalq təbabətində faydalı bitki kimi də tanınır. Onun tərkibindəki vitamin və minerallar səbəbilə bəzi hallarda qan azlığı, immun sisteminin zəifləməsi və saç tökülməsi kimi problemlərdə dəstək məqsədilə istifadə...
29 Aprel 2026, 10:43