İlk uçan insan kim olub? – Müsəlman alim və ixtiraları
Maraqlı 07 Sentyabr 2026, 10:42
3809
İnsan dünyaya gəldiyi ilk andan etibarən yeni bir şey öyrənməyə, yerin dərinliklərində gizlənən sirləri kəşf etməyə, parlayan ulduzlar haqqında məlumat əldə etməyə, dərin uçurumlara enməyə və çox-çox yüksəklərə qalxmağa can atır… Həmin suallardan da biri budur: İnsan niyə quş kimi uça bilmir? Niyə? Bu sual qədim zamanlardan bəri bəşəriyyəti düşündürüb… Lakin sadəcə sual vermək kifayət deyil, ona cavab tapmaq da lazımdır.
Citypost.az Az.shafaqna.com-a istinadən xəbər verir ki, Əbül-Qasim Abbas ibn Firnas ət-Təkurini bu sualı verən ilk insan deyildi, lakin özünü uçan quş kimi hiss etməyi bacaran ilk şəxslərdən biri idi. Əndəlüsdə doğulan və elə orada da təhsil alan İbn Firnas böyük maraq və öyrənmək həvəsinə malik idi. İbn Firnas yalnız ixtiraçı deyil, həm də mühəndis, filosof, kimyaçı, fizik, şair, ilahiyyatçı alim olub və tibb sahəsində də biliyə malik idi.
Böyük ixtiraçı 810-cu ildə müasir İspaniya ərazisində yerləşən Əndəlüsdə, Ronda şəhərində anadan olub və mənşəcə bərbər (Şimali Afrikanın yerli müsəlman xalqlarından biri – red.) olub. Gəncliyində kimya, fizika və astronomiyanı öyrənməklə məşğul olub.
İbn Firnas ilk planetarini ixtira edən şəxs olub. Bu, Günəş sisteminin mexanikləşdirilmiş modeli idi. Həmçinin onun planetarisində göydə buludlar hərəkət edir, ildırım gurlayır və şimşək çaxırdı. Onun hazırladığı astronomik cədvəllər sonralar Avropada geniş şəkildə istifadə olunub.
İbn Firnas buludları, şimşəyi və göy gurultusunu elmi baxımdan araşdıran ilk şəxs olub. Əbül-Qasim Abbas ibn Firnas su saatını ixtira edib. Əl-Maqata-Maqata adlandırılan bu saatlar suyun axını vasitəsilə zamanı ölçürdü.
Şüşə istehsalının inkişafına mühüm töhfə verən İbn Firnas görmə qabiliyyətini yaxşılaşdırmaq üçün böyüdücü şüşə ixtira edib və bununla da eynəyin ilk ixtiraçısı olub.
Öz nailiyyətlərinin sayəsində İbn Firnasa “Həkimül-Əndəlüs”, yəni “Əndəlüsün müdriki” ləqəbi verilib.
Orta əsrlər Avropasında tədqiqatları ilə məşhur olan İbn Firnas uğurlu mühəndis-ixtiraçı olub. O, bəşəriyyətin quş kimi səmada uçmaq arzusunu həyata keçirə bilən ilk şəxs olub.
Həmçinin oxuyun
Tarixi mənbələrin verdiyi məlumata görə, Əbül-Qasim Abbas ibn Firnas 852-ci ildə lələklərdən və taxta dayaqlar üzərinə çəkilmiş parçadan ibarət qurğu ixtira edib. O, həmin qurğu ilə Kordovadakı Böyük məscidin minarəsindən atılaraq uğurla yerə enib.
12 il sonra Abbas ibn Firnas yeni aparat hazırlayıb və 875-ci ildə Kordova yaxınlığında yerləşən Cəbəl əl-Arus təpəsindən atılaraq bu aparatla uçuş həyata keçirib.
Təxminən on dəqiqə havada qalan İbn Firnas öz aparatı ilə xeyli yüksəklik əldə edə bilib. İbn Firnasın müasiri, saray şairi Mümin Səid bu uçuşu belə təsvir edib: “Ağbaş qartalın lələklərindən hazırlanmış qanadları geyinərək əjdahadan daha sürətlə uçdu…”
Bir çox müasir alim İbn Firnası süni qanadlarla idarə olunan uçuş həyata keçirən ilk insan hesab edir. O, sonrakı dövrlərdə yaşamış bir çox ixtiraçı və onların kəşfləri üçün ilham mənbəyinə çevrilib.
Onun nailiyyətlərinin tanınması əlaməti olaraq Ayda diametri 89 kilometr olan kraterə onun adı verilib.
Alim və ixtiraçı İbn Firnas 887-ci ildə, 78 yaşında vəfat edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30
Kirpilər niyə bağçalar üçün faydalıdır?
Kirpilər təbiətin ən maraqlı və eyni zamanda ən çox sevilən canlılarından biridir. Kiçik bədənləri, tikanlarla örtülü kürkləri və gecə həyatı ilə seçilən bu heyvanlar çoxlarına yalnız şirin görünüşü ilə tanışdır. Lakin məlumata görə, kirpilərin bədən quruluşu, hissiyyatı və qidalanma xüsusiyyətləri onları təbiətdə və insanların həyət-bağçalarında əhəmiyyətli rol oynayan canlılara çevirir.Citypost.az-ın məlumatına görə, Kirpilərin bədənini örtən tikanlar onların ən diqqətçəkən xüsusiyyətidir. Orta hesabla kirpinin bədənində təxminən 7 min tikan olur. Bu tikanlar əslində keratindən ibarət bərkimiş tüklərdir. Keratin insan dırnaqları və saçlarının tərkibində də olan möhkəm zülaldır. Başqa sözlə, kirpinin tikanları qəribə görünsə də, təbiətcə adi tüklərə yaxın quruluşa malikdir, sadəcə...
22 Oktyabr 2026, 09:30
Atlara nal vurulması niyə ağrısızdır?
Atlara nal vurulması əsrlər boyu davam edən ənənələrdən biridir. Bu prosesi ilk dəfə görən insanların çoxu eyni sualı verir: toynağa çivi çalınarkən at ağrı hiss etmirmi? Kənardan baxanda toynağa metal nalın çivilərlə bərkidilməsi ağrılı və əzablı görünə bilər. Lakin məlumata görə, nal düzgün taxıldıqda atlar üçün heç bir acı yaratmır və bunun bir neçə əsaslı izahı var. Bu izahlar həm toynağın quruluşu, həm də prosesin düzgün aparılması ilə bağlıdır.Citypost.az xəbər verir ki, birinci səbəb toynağın tərkibi ilə əlaqədardır. Atların toynaqları insan dırnaqları ilə eyni maddə olan keratindən hazırlanıb. Başqa sözlə, toynaq təbiətcə bizim əl və ayaq dırnaqlarımıza oxşar quruluşa malikdir....
22 Oktyabr 2026, 08:30
Karandaşların arxasındakı pozanlar niyə yaxşı silmir?
Karandaşların arxasına yerləşdirilən kiçik pozanların adi pozanlarla müqayisədə daha zəif silməsi bir çox insanın diqqətini çəkən məqamlardan biridir. Xüsusilə yazı zamanı səhvləri düzəltmək üçün istifadə edilən bu pozanlar bəzən qələmin izlərini tam təmizləyə bilmir, kağız üzərində ləkələr saxlayır və hətta vərəqin səthinə zərər verə bilir. Maraqlıdır ki, bu problemin səbəbi nə kağızın keyfiyyəti, nə də istifadəçinin pozanı düzgün işlətməməsi ola bilər. Əsas səbəb pozanın hazırlandığı material və istehsal xüsusiyyətləri ilə bağlıdır.Citypost.az xəbər verir ki,karandaşların arxasına bərkidilən pozanlar zahirən adi pozanlara bənzəsə də, onların hazırlanmasında istifadə edilən materiallar fərqlənə bilər. Bu cür pozanlar karandaşın üzərində yerləşdirilməli, gündəlik istifadə zamanı formasını qorumalı...
21 Oktyabr 2026, 11:40
Yuxular beynin fəaliyyətində hansı rol oynayır?
Yuxular yalnız gecə gördüyümüz xəyali hadisələr deyil, həm də beynin yaddaş, emosiyalar və təhlükələrə qarşı hazırlıq mexanizmləri ilə əlaqəli mürəkkəb prosesdir. Yuxu zamanı beyin gün ərzində toplanan məlumatları emal edir, emosional təcrübələri təhlil edir və yaddaşın formalaşmasında iştirak edir.Citypost.az-ın məlumatına görə, yuxuların ən intensiv olduğu REM yuxu mərhələsində beyin fəaliyyəti oyaqlıq zamanı müşahidə olunan səviyyəyə yaxın ola bilər. Bu mərhələdə emosiyaların emalında iştirak edən amiqdala və yaddaşla əlaqəli beyin strukturları fəal işləyir. Eyni zamanda, məntiqi düşünmə və qərarvermə ilə əlaqəli prefrontal korteksin fəaliyyəti müəyyən dərəcədə dəyişir. Bu səbəbdən yuxuda baş verən qeyri-adi və məntiqsiz hadisələr belə insana tamamilə normal görünə...
21 Oktyabr 2026, 10:40
Pişiklər havada necə çevrilərək ayaqları üstə düşür? Bunun sirri onurğalarındadır
Pişiklərin hündürlükdən yıxılarkən havada çevrilərək ayaqları üstə düşməsi uzun illərdir həm alimlərin, həm də heyvansevərlərin diqqətini çəkən maraqlı hadisələrdən biridir. İlk baxışdan bu hərəkət fizika qanunlarına zidd görünə bilər. Çünki havada pişiyin özünü itələyəcəyi hər hansı bir səth yoxdur. Buna baxmayaraq, pişiklər bədənlərinin vəziyyətini dəyişərək düşmə zamanı ayaqlarını aşağı istiqamətə çevirə bilirlər. Bu qabiliyyətin əsas sirri onların çevik onurğası, bədən quruluşu və hərəkətləri bir-biri ilə əlaqələndirmək bacarığıdır.Citypost.az xəbər verir ki, 1894-cü ildə fransız fizioloq və fotoqraf Etyen-Jül Marey pişiyin havada çevrilmə hərəkətini ardıcıl fotoşəkillərlə qeydə almışdı. Bu görüntülər heyvanın özünü itələmək üçün dayaq nöqtəsi olmadan necə çevrildiyini araşdırmağa imkan verdi....
20 Oktyabr 2026, 10:30