Bizə yazın

Baku

-°C

USD

-

Beriyanın yeznəsi: Çobandan SSRİ generalına gedən yol

Maraqlı 07 Sentyabr 2026, 11:27

3278

İki Lavrenti, iki cəllad, iki seksual manyak – yeznə-qayın generalların yüksəlişi də, “vurulması” da paralel gedib.

Onlar yeniyetməlik illərindən dostluq ediblər. Aralarında bir yaş fərq olduğuna görə Lavrenti Beriyaya “Birinci Lavrenti”, Lavrenti Cancqavaya isə “İkinci Lavrenti” deyiblər. 

Dostluq münasibətləri sonralar qohumluğa keçib, Lavrenti Cancqava Lavrenti Beriyanın bacısı ilə ailə həyatı qurub. 

Bu yaxın münasibətlər “İkinci Lavreti”ni SSRİ-də birincilər sırasına çıxarıb, onun çoban statusunu general rütbəsi ilə əvəzləyib.

Lavrenti Cancqava 1900-cu ildə Kutaisidə, Naxunavo kədində yoxsul kəndli ailəsində anadan olub. 

Uşaqlıqda çobanlıqla məşğul olan Cancqava 1919-cu ildə Tiflisdə gecə məktəbini bitirib.

 Həmin ərəfədə Lavrenti Beriya ilə daha yaxın dostluq münasibətləri olan Cancqava Beriyanın tövsiyəsi ilə Kommunist Partiyasına üzv olub. Beriya daha sonra onu Gürcüstanda Fövqəladə Komissiyaya (ÇK) işə düzəldib.

Heç bir ali təhsili və savadı olmayan Cancqava Beriyanın hesabına vəzifə pilllələrini sürətlə qalxıb. Mehriban yeznə-qayın münasibətləri sayəsində Cancqava15 il ərzində yuxarı istiqamət almaqla 21 vəzifə dəyişib.

Gürcüstanın bir neçə rayon və şəhərində birinci katib vəzifəsində işləyən Lavrenti Cancqava 1938-ci ildə Belarusiyada daxili işlər komissarı (naziri) vəzifəsinə təyin olunub. 

O, 1951-ci ilə qədər bu vəzifədə ( qurumun adı bir neçə dəfə dəyişdirilib) işləyib.

Belarusiyada “NKVD”-yə başçılıq etdiyi dövrdə, Cancqava respublikada ən təhlükəli şəxslərdən biri sayılıb. 

Bütün məsələləri öz bildiyi kimi həll edən “İkinci Lavrenti” təkcə bir il ərzində 4467 nəfərin güllələnməsinə hökm verib. 

Xüsusilə ziyalılara qarşı amansız olan Cancqava bir il ərzində 50224 belarusiyalını sürgünə göndərib.

Lavrenti Cancqava Belarusiyaya təyinat alanda tanınmış arxitektor Vladimir Korola Minskdəki “NKVD”-nin inzibati binasının üzərində qüllə tikdirməyi göstəriş verib. 

Arxitektor bu göstərişdən imtina etmək istəyəndə, arxitektura qaydalarına zidd olduğunu bildirəndə Cancqava onu güllələməklə hədələyib: “Yoldaş Korol, bu gündən sonra bir şeyi yadında saxla, burada bütün qaydaları mən müəyyənləşdirirəm, Belarusiyada bir qanun işləyir, Cancqava qanunu və bu qanunu pozanlar güllələnməyə məhkum olunurlar...”

“NKVD” binasının üzərində qüllə tikilib, qüllənin yuxarı hissəsində isə Cancqava üçün xüsusi otaq hazırlanıb. 

O, bu otaqdan adətən aydın görünən stadiondakı oyunları seyr edib. Futbol azarkeşi olan “narkom” oyunlardan sonra xoşuna gəlmədiyi oyunçunu futboldan birdəfəlik kənarlaşdırıb.

Cancqavanın tikinti “layihə”ləri qüllə ilə bitməyib. O, Minsk ətrafında, Stepyanka qəsəbəsində meşənin içərisində öz istirahəti üçün ikimərtəbəli bağ evi tikdirib. 

Vaxtını daha çox bu bağ evində keçiriən “narkom” bütün məxfi məsələləri də burada həll edib. 

İkimərtəbəli evin alt hissəsində xüsusi zirzəmi olub ki, Cancqava ona əks gedən şəxslərə bu zirzəmidə şəxsən özü işgəncələr verib, güllələyib.

Sonralar məhkəmə zamanı məlum olub ki, 200-dən artıq qadın bu bağ evində Cancqava tərəfindən cinsi zorakılığa məruz qalıb. Müqavimət göstərən qadınlar isə zirzəmidə güllələnib.

1948-ci il yanvarın 12-də dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels və həyat yoldaşı İosif Stalinin və Lavrenti Beriyanın birbaşa əmri ilə məhz bu bağda qətlə yetirilib. 

Onlar bağ evində qətlə yetirildikdən sonra yol kənarına atılıblar və hadisə qəza kimi təqdim olunub. 

Lavrenti Cancqava bu “uğurlu əməliyyat”a görə “Qırmızı Bayraq” ordeni ilə təltif olunub.

1951-ci ilin noyabr ayında general rütbəli Cancqava Moskvaya dəvət olunub və o, SSRİ dövlət təhlükəziliyi nazirinin birinci müavini təyin edilib.

1950-ci illərin əvvəllərində Stalinin böyük kadr dəyişikliyi etməsi gözlənilib. Araşdırmaçıların qənaətinə görə, həmin ərəfədə Beriyanın da səlahiyyətlərinin tam məhdudlaşdırılması planlaşdırılıb.

Bu plana uyğun olaraq 1952-ci ildə Cancqava vəzifəsindən azad edilib və həbs olunub. 

Onun həbs olunmasında məqsəd onda Beriyanın əleyhinə ifadələr almaq olub. Bəzi versiyalara görə o, “tələb olunan” ifadələri verib və azadlığa buraxılıb.

Sözsüz ki, Cancqavanın “xəyanətindən” Beriya xəbərdar olub və qisas üçün məqam gözləyib. 

Cancqava isə Kremldən yeni vəzifə alacağına ümid edib. Bir-birini sürətlə əvəzləyən hadisələr Lavrenti Cancqavanın planlarını yarımçıq qoyub. Stalinin ölümündən sonra, 1953-cü ilin aprel ayında Beriyanın göstərişi ilə Cancqava yenidən həbs edilib və Butırka türməsinə salınıb. 

O, həbsxanadan Mərkəzi Komitəyə ətraflı məktub göndərib, məktubda Beriyanı düşmən adlandırıb və onun Kreml üçün ən təhlükəli bir sima olduğunu qeyd edib. 

Mərkəzi Komitə Cancqavanın məktubunu cavabsız qoyub və onun haqqında cinayət işi qaldırılıb.

Bu hadisələr ərəfəsində Beriyanın həbs olunması vəziyyyəti daha da mürəkkəbləşdirib. 

Belə ki, Kreml Beriya komandasının bütün üzvlərini, o cümlədən yeznəsi Lavrenti Cancqavanı da sıradan çıxarmağa qərar verib.

Uzun-uzadı istintaq, məhkəmə iclasları rahat yaşam tərzinə adət etmiş Cancqavanın səhhətində ciddi problemlər yaradıb. 

Əli minlərlə günahsız insanın qanına bulaşmış sabiq “narkom”un əfv və bağışlanma müraciətləri nəticəsiz qalıb.

Cancqavanın məhkəmə prosesiə də yarımçıq qalıb. O, 12 oktyabr 1955-ci ildə, 55 yaşında qəfil ürəktutmadan ölüb.

Məhkəmə Lavrenti Cancqava haqqında qaldırılmış cinayət işini bəraətlə bağlı müraciət qəbul etməmək şərti ilə xətm edib.

Beləliklə, yeznə-qayın olan “Birinci Lavrenti” ilə “İkinci Lavrenti”nin eyni yüksəliş yolları eyni vaxtda uçuruma yuvarlanıb.

İlham Cəmiloğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Quşların ayaqları buz kimi soyuqda niyə donmur? Alimlərin diqqətçəkən izahı

Quşlar şaxtalı havada, buzun və qarın üzərində saatlarla dayana bilirlər, amma ayaqları donmur. İnsanlar soyuq havada ayaqlarını isti saxlamaq üçün qalın corab və qış ayaqqabılarından istifadə etdikləri halda, quşlar çılpaq ayaqları ilə buz kimi səthlərdə rahatlıqla hərəkət edə bilirlər. Bəs onların ayaqları şiddətli soyuğa necə dözür? Bunun cavabı təbiətin yaratdığı maraqlı bioloji mexanizmlərdən birində gizlənir.Citypost.az-ın məlumatına görə, quşların soyuğa davamlılığının əsas səbəblərindən biri qan damarlarının xüsusi quruluşudur. Bir çox quş növündə ayaqlarda əksaxınlı istilik mübadiləsi adlanan mexanizm fəaliyyət göstərir. Bu sistem sayəsində quşlar bədənlərinin əsas hissəsindəki istiliyi qoruyur, eyni zamanda ayaqlar vasitəsilə ətrafa istilik itkisinin qarşısını əhəmiyyətli dərəcədə alırlar.Bu prosesin...

13 Oktyabr 2026, 10:30

Pişiklər şirin dadı hiss edə bilmir: Bunun elmi səbəbi nədir?

Pişiklərin insanlardan fərqli xüsusiyyətlərindən biri də şirin dadı hiss edə bilməmələridir. İnsanlar şokolad, tort, konfet və digər şirin qidalardan zövq aldıqları halda, pişiklərin dad duyğusu bu baxımdan fərqlənir. Bunun səbəbi isə onların dad reseptorlarının quruluşu və təkamül prosesində formalaşan qidalanma xüsusiyyətləri ilə bağlıdır.Citypost.az xəbər verir ki, elmi araşdırmalara görə, pişiklər şirin dadı normal şəkildə qəbul etmək üçün lazım olan funksional dad reseptorlarına malik deyillər. İnsanlarda şirin dadın tanınmasında iştirak edən reseptor sistemi, əsasən, TAS1R2 və TAS1R3 adlı zülalların birləşməsi ilə fəaliyyət göstərir. Pişiklərdə isə bu reseptor sisteminin işləməsi üçün vacib olan TAS1R2 geni funksional deyil. Nəticədə onlar şəkərin yaratdığı şirinliyi...

13 Oktyabr 2026, 09:30

Kinoteatr oturacaqları niyə qırmızı rəngdə olur? 

Kinoteatra gedərkən yəqin ki, zalda oturacaqların əksəriyyətinin qırmızı rəngdə olduğunu fərq etmisiniz. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox kinoteatrda məhz bu rəngə üstünlük verilir. Bəs bunun səbəbi nədir? Qırmızı rəng sadəcə gözəl göründüyü üçün seçilir, yoxsa bu seçimin arxasında insan gözünün işləmə prinsipi ilə bağlı maraqlı bir elmi izah dayanır? Maraqlıdır ki, kinoteatr oturacaqlarının qırmızı rəngdə olmasının səbəblərindən biri tamaşaçıların diqqətinin ekranda cəmlənməsinə kömək etməkdir. Kinoteatrda film nümayiş etdirilərkən zalın işıqları söndürülür və ya minimum səviyyəyə endirilir. Bu zaman ətrafdakı əşyaların görünməsi zəifləyir, tamaşaçıların diqqəti isə əsasən ekrana yönəlir. Qırmızı rəngin zəif işıq şəraitində qavranılması ilə bağlı xüsusiyyətlər də...

13 Oktyabr 2026, 08:30

Niyə bir otağa keçəndə nə üçün gəldiyimizi unuduruq? Alimlər AÇIQLADI

Gündəlik həyatda bir çox insanın qarşılaşdığı maraqlı hallardan biri də bir otağa daxil olduqdan sonra ora nə üçün gəldiyini unutmasıdır. Məsələn, insan mətbəxə su götürmək, başqa otaqdan telefonunu gətirmək və ya hər hansı əşyanı götürmək üçün gedir, lakin qapıdan keçən kimi məqsədi yadından çıxır. Bir neçə saniyə dayanıb düşünür, bəzən isə əvvəlki otağa qayıtdıqdan sonra nə etmək istədiyini xatırlayır. Mütəxəssislərin diqqət çəkdiyi bu hadisə psixologiyada “qapı effekti” (doorway effect) adlandırılır.Citypost.az-ın məlumatına görə, bu hadisə beynin ətraf mühitdəki dəyişikliklərə və yaddaş proseslərinə reaksiyası ilə əlaqələndirilir. İnsan müəyyən bir məkanda olarkən konkret məqsəd haqqında düşünür. Başqa otağa keçdikdə isə mühit dəyişir, yeni...

12 Oktyabr 2026, 11:00

Yuxularımız təsadüfidirmi? Alimlərdən maraqlı izah

Hər gecə yuxuya getdiyimiz zaman zehnimiz bizi bəzən reallıqdan daha qəribə görünən hadisələrin içinə aparır. Bir anda özümüzü uşaqlığımızda, başqa bir şəhərdə, tanımadığımız insanların arasında və ya fizika qanunlarının belə işləmədiyi bir dünyada görə bilirik. Ən maraqlısı isə odur ki, yuxu zamanı baş verən ən qeyri-adi hadisələr belə bizə tamamilə normal görünə bilər. Bəs insan beyni niyə yuxu görür? Biz yatarkən beynimizdə hansı proseslər baş verir?Citypost.az xəbər verir ki, alimlər uzun illərdir bu sualların cavabını araşdırırlar. Müasir elmi araşdırmalar göstərir ki, yuxu zamanı beyin fəaliyyətini tamamilə dayandırmır. Əksinə, yuxunun müəyyən mərhələlərində beynin bəzi sahələri olduqca aktiv olur. Yaddaşın möhkəmlənməsi, emosiyaların...

12 Oktyabr 2026, 10:00

Albert Eynşteynin qəribə vərdişi: Niyə həmişə eyni paltarı geyinirdi?

Dünyanın ən məşhur alimlərindən biri olan Albert Eynşteyn yalnız fizika sahəsindəki inqilabi kəşfləri ilə deyil, sadə həyat tərzi və düşüncə tərzi ilə də insanların diqqətini çəkib. Onun gündəlik vərdişləri ilə bağlı yayılan maraqlı hekayələrdən biri isə geyim seçiminə münasibəti ilə əlaqədardır. İddialara görə, dahi alim hər gün nə geyinəcəyini düşünərək vaxt itirməməyə çalışır, diqqətini daha vacib hesab etdiyi məsələlərə yönəltməyə üstünlük verirdi.Bəs görəsən, gündəlik həyatda kiçik görünən seçimlər həqiqətən insanın zehni enerjisinə təsir edə bilərmi? Eynşteynlə əlaqələndirilən bu hekayə müasir psixologiyada müzakirə olunan hansı anlayışı xatırladır?Citypost.az-ın məlumatına görə, Albert Eynşteyn 20-ci əsrin elminə böyük təsir göstərmiş alimlərdən biridir. Onun nisbilik...

12 Oktyabr 2026, 09:00