Bizə yazın

Baku

-°C

USD

-

Aprel döyüşçüsünün xatirələri:  "Güllə çiynindən girib sinəsindən çıxmışdı, ancaq döyüşü tərk etmək istəmirdi..."

Müsahibələr 04 Aprel 2025, 12:42

17087

Vətən müharibəsinin qələbə müjdəçisi - "Aprel döyüşləri".

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə artilleriya atəşinə məruz qalanda, ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tariximizə həkk olundu.

Dörd günlük müharibədə qəhrəmanlarımız  təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Məhz bu döyüşlərdən sonra düşmən işğalından azad olunan Cocuq Mərcanlı kəndinə məcburi köçkünlərin qayıdışının ilkin mərhələsinin əsası qoyuldu.

Ordumuz şimal-şərq və cənub-şərq istiqamətindən müdafiə xəttini  yarmağı bacardı. Ən uğurlu əməliyyat isə Lələtəpə yüksəkliyinin azad olunması  idi ki, bu da hərbçilərimizin  qanı bahasına başa gəldi. Şəhidlərimizlə yanaşı bu döyüşlərdə qəhrəmanlıq göstərib qazi adını qazanan oğullarımız da az deyil.Əbəs yerə deyil ki, qaziləri məhz yaşayan,canlı şəhid adlandırırlar.

Həmin igidlərdən biri də qazi Paşazadə  Vüsal Ədalət oğludur.

CityPost.az xəbər verir  ki,Oxu24.com -un  əməkdaşı   "Aprel Döyüşləri"nin 9-cu ildönümü ilə bağlı qazi ilə həmsöhbət olub.

 Vüsal Paşazadə  Beyləqan rayonunda anadan olub. N saylı hərbi hissədə müddətdən artıq xidmətdə olan zaman xüsusi təyinatlı dəstənin üzvü kimi, bir sıra əməliyyatlarda iştirak edib. Hərbi əməliyyatlar zamanı 2 dəfə yaralanıb. 

Xidməti dövründə müxtəlif medal və fəxri fərmanlarla mükafatlandırılıb.

 "Lələtəpə" uğrunda gedən döyüşlərdə isə başından kontuziya alıb.

O, "Aprel" döyüşlərini belə xatırlayır:

Biz işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mümkün qədər tez hərbi əməliyyat əmrinin verilməsini uzun illər boyunca gözləmişdik.  Bu məqsədlə hər zaman bizim birləşmələrdə çoxsaylı ağır təlimlər keçirilirdi və əsas motivasiya qaynağımız Vətən torpağının azadlığı olduğu üçün, təlimlərdə bütün hərbçilərimiz yüksək nəticələr göstərir, bacarıqlarımızı durmadan artırırdıq.

 Mübariz İbrahimovun  təkbaşına düşmən üzərinə getməsi, onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərməsindən sonra isə, biz qələbənin bir addımlığında olduğumuzu daha yaxşı hiss etdik.

 Hamı müharibənin başlayacağı anı səbrsizliklə gözləyirdi.Çünki, həm Ermənistanın işğalçılıq siyasəti səbəbindən sülh yolu ilə torpaqlarımızın azad olacağına inam qalmamışdı, həm də Birinci Qarabağ Savaşı zamanı bizim mülki əhaliyə qarşı törədikləri vəhşi əməllərə görə intiqam duyğusu hamımızda güclü idi. Hər birimiz bilirik ki, 1994 atəşkəsindən sonrakı dövrdə isə,  əslində heç bir atəşkəs olmadı, sadəcə böyük miqyaslı əməliyyatlar dayandırıldı.

 Demək olar ki, hər gün Erməni işğalçıları ərazilərimizi atəşə tutur, xüsusilə də mülki əhaliyə atəş açır, yaşayış məskənlərini hədəf alırdılar. Üstəlik onların mövqeləri daha yüksəkdə yerləşdiyindən, hətta cəbhə xəttindən uzaqdakı yaşayış yerlərini də vura bilirdilər və mülki əhali arasında tez-tez itkilər, şəhidlər olurdu. Belə vaxtlarda biz hərbçilər olaraq bir an öncə savaşın başlamasını arzu edirdik. Yadımdadır, 2016-cı ilin Mart ayının sonlarına doğru yenə işğalçı Ermənistan ordusu bizim yaşayış məskənlərimizi hər gün aramsız atəşə tutmağa başlamışdı. Nəhayət ki, bu dəfə Azərbaycan ordusu düşmənə güclü bir qarşılıq verdi və hərbi komandanlığın əmriylə ordumuz cəbhədə hücuma keçərək, Ermənistan hərbi qüvvələrinin möhkəmləndiyi birinci müdafiə xəttini yardı. Bir sıra strateji əhəmiyyətli mövqeləri ələ keçirərək, bayrağımızı həmin yükəkliklərdə dalğalandırdıq.

Azadetmə əməliyyatlarında iştirak etməyimiz bizim üçün qürurvericidir.

Həmin döyüşlərdən sonra,  Ali Baş Komandanımız  "Lələtəpə" əməliyyatlarındakı fəaliyyətimi dəyərləndirərək, məni "İgidliyə görə" medalı ilə təltif etdi".

Bizim üçün ən ağrılı anlar döyüş yoldaşlarımızın, çiyin-çiyinə vuruşduğumuz dəyərli oğulların şəhidliyi olurdu:

Döyüşdə itki, şəhidlik, yaralanma qaçılmazdır. Biz hamımız hər zaman bunu bilərək döyüşmüşük.

Mənim çevrəmdə də şəhidlik zirvəsinə yüksələn, qazilik ünvanı alan hərbçilərimiz çox olub. 

 Həmin döyüşlərdə əslən Xocalıdan olan iki qardaş vardı – Namiq və Sarvan Mehrəliyevlər. İkisi də qorxmaz döyüşçülər idilər. Döyüşlərdə öncə Namiq vuruldu, ancaq başındakı qoruyucu kaska onu xilas etdi. Ardından qardaşı Sarvan vuruldu. Biz dərhal müxadilə edib onu çıxardıq. Mən də Namiqə ürək dirək verirdim ki, qorxma qardaşın sağ qalacaq. Ancaq Sarvanın yarası ağır idi və şəhid oldu. Mənim üçün ən ağır anlardan biri idi. O gün artıq uzun müddət idi döyüşürdük və yorğunluq da öz sözünü deyirdi. Nəsirov İlyas vardı, əsl qəhrəman idi. Aprel döyüşlərində ölümün gözünə dik baxaraq vuruşurdu. Sonradan 44 günlük müharibədə Qubadlı döyüşlərində şəhid oldu. Ermənilərə o qədər itki verdirmişdi ki, belə bir qəhrəmanın şəhid olmasına çox sevinmişdilər. Rüstəmov Elməddin var idi, başından yaralanmasına baxmayaraq silahını verib təxliyə olmaq istəmirdi, onu döyüş bölgəsindən güclə çıxardıq...

 Zaur adlı döyüş yoldaşımız da var, xidmətdə olduğu üçün soyadını demək istəmirəm... Güllə çiynindən girib sinəsindən çıxmışdı, ancaq döyüşü tərk etmək istəmirdi. Onu da ərazidən zorla çıxardıq.

Abbasov İlkin dedi ki, mən ailəli olsam da uşağım yoxdur, öndə mən gedəcəm. Bizi ermənilərin səngərinə qədər elə apardı ki, düşmənin heç xəbəri olmadı. O ərazilərdə xidmət etdiyi üçün bölgəni əlinin içi kimi tanıyırdı. 

Nəsimi Şıxəliyev bizim tabor komandirimiz idi və cəbhədə döyüşün içində, ən qızğın atışmalarda həmişə yanımızda olurdu. Onun komandirlik bacarıqları nəticəsində biz düşməni məğlub edib, Lələtəpəyə bayrağımızı sancmağa nail olduq. Gizirlərimizdən İbrahimli Vasif qaçmağa çalışan erməniləri bir-bir vurub öldürmüşdü. Onun sayəsində bəlkə də neçə əsgərimizin həyatı təhlükədən qurtulmuşdu.

 Quliyev Emin adlı döyüş yoldaşımız isə qumbaraatanla 4-5 erməninin gizləndiyi sığınacağı vurmuşdu. 

Yunisli Tural çox qorxusuz oğuldur! Onun olduğu yerdə hamımız rahat olurduq, bilirdik ki hamımızı qorumaq üçün əlindən gələni edəcək. Sonra isə, 44 günlük vətən müharibəsində döyüşlərdə fərqlənmişdi.  Əliyev Asim də bizimlə birlikdə döyüşənlər arasındaydı, Lələtəpəyə bayrağı sancan döyüşçülərdəndir. Abbasov Ceyhun vardı, qorxmaz döyüşçü idi. Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Abdullayev Hasil də qəhrəmanlıq nümunəsi idi. O da Vətən müharibəsində şəhid oldu. Rabitəçimiz Məmmədli İmran isə, saza-sözə vurğun bir müəllim idi, hamımız ona müəllim deyirdik. O da vətən müharibəsində şəhid oldu. Vüsal adlı qardaşımız var, xidmətini davam etdirdiyi üçün onun da soyadını demirəm, ayağından yaralanmışdı. Buna baxmayaraq vətən müharibəsində də iştirak etdi. Hamımızın sevimlilərindən idi.  Bizim üçün vətənimizin azadlığı uğrunda vuruşub torpaqlarımızı xilas etmək nə qədər qürurlu idisə, yanımızda döyüş qardaşlarımızın şəhid olması o qədər ağrılı idi". 

Tarixə həm də 4 günlük müharibə kimi düşən bu döyüşlərdən sonra, düşmən tərəfində belə fikirlər səsləndirilirdi ki, guya Azərbaycan əslində, böyük miqyasda döyüşlə kəşfiyyat həyata keçirib:

Onlar sığınacaqlarda qorunaqlı şəkildə gizlənir və açıq döyüşə girmədən bizi vurmağa çalışırdılar. Üz-üzə döyüşdə bizə qarşı heç bir halda davam gətirə  bilməyəcəklərini anlayırdılar. 

Eyni zamanda da, düşmən on illər boyunca bir neçə kilometr dərinlikdə müdafiə xətti inşa etmişdi və hər fürsətdə bu xətti təkmilləşdirmişdi. 

Biz Aprel döyüşləri sayəsində işğal altındakı ərazilərimizin bir hissəsini, ərazi və relyef baxımından isə çox önəmli bir bölgəni xilas etdik.

 Bununla da işğal altındakı torpaqlara qayıdışın əsası qoyuldu. Bununla da, biz düşmənə, hətta dünyaya Azərbaycan ordusunun gücünü göstərdik. On illər boyunca müdafiə istehkamları quraraq hazırlaşmış düşməni məğlubiyyətdən heç nəyin xilas edə bilməyəcəyini nümayiş etdirdik.

Bu qələbədən sonra, Azərbaycan xalqı daha yaxşı anladı ki, vətən torpaqlarının işğaldan azad olacağı günlər elə də uzaq deyil.

Elə də oldu. İstər Aprel döyüşlərində, istərsə də vətən müharibəsində son sözü biz dedik və şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımızı azad edib işğal ləkəsini alnımızdan sildik!  

Biz şəhidlərimizin, ana-bacılarımızın intiqamını döyüş meydanında aldıq. Bu bizim üçün ən böyük təsəlli oldu.

Mən isə sonda bir Azərbaycan oğlu olaraq onu arzu edirəm ki, gənclərimiz, gələcək nəsillərimiz bu döyüşləri yaxşı öyrənsinlər. Xüsusilə də şəhidlərin həyat və döyüş yolunu unutmasınlar, onların uğrunda can verdiyi torpaqların dəyərini həmişə anlasınlar. Bizlər bu torpaqları işğaldan azad etdik. Gənc nəsil isə bu yurda sahib çıxaraq, onu hər sahədə irəli aparsınlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ

Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik. - Şakir müəllim, istərdik...

14 İyul 2026, 20:47

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...

08 İyul 2026, 13:02

Dələduzluq edən altı nəfər saxlanıldı

Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

08 İyul 2026, 09:05

İlham Qəhrəman AYB-ni rüsvay etdi

İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...

26 May 2026, 10:51

Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....

16 May 2026, 09:04

Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır” 

Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...

12 May 2026, 15:51