Döyüşə getdi,evini ermənilər dağıtdı – Gəncədən şikayət var
Müsahibələr 11 Oktyabr 2024, 12:59
10701
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.Qeyd olunan hücum zamanı vətəndaşlara ciddi ziyan dəyib.
CityPost.az xəbər verir ki,həmin hücumdan əziyyət çəkən vətəndaşların bir qismi bu günə qədər aidiyyatı qurumlardan kömək ala bilməyib. Həmin şəxslərdən biri də Gəncə şəhəri,Ağa Sultanov küçəsi ev 2 ünvanında yaşayan Vətən Müharibəsi iştirakçısı Abdullayev Cahangir Rizvan oğludur. O, 44 günlük Vətən Müharibəsinə könüllü olaraq yollanıb və bir sıra istiqamətdə gedən döyüşlərdə iştirak edib.Göstərdiyi xidmətlərə görə “Suqovuşanın azad edilməsi” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Cahangir Abdullayev şikayətinə səbəb ermənilərin hücumu zamanı dağıdılmış evinin bu günə qədər təmir edilməməsidir.
“Ermənilərin Gəncəyə hücumu zamanı bizim evimiz də ciddi zədə görüb.Həmin hücum zamanı mən döyüşlərdə olmuşam.Anam ilsult keçirdiyi üçün xəstəxanaya düşmüşdü.Həmin vaxtda böyük əmim də rəhmətə getdi.Ailəmizin başı əmimin yasına və anamın xəstəliyinə qarışdığı üçün evə gələ bilməmişdi.Bu səbəbdən də komissiya əraziyə baxış keçirən zaman biz evdə olmamışdıq.Daha sonra bizə dəymiş ziyanın ödənişi üçün müraciət etsək ki,kömək edən olmadı”,-deyə şikayətçi bildirib.
Müharibə iştirakçısı məmurlarla görüşə bilmir...
Vətən uğrunda döyüşlərə qatılan gənc bildirir ki, bu gün qarşılaşdığı problemlə əlaqədar vəzifəli şəxslərlə görüşmək istəsə də onların şəxsən qəbuluna düşə bilmir. Onu ya köməkçilər,ya da dəftərxana işçiləri qəbul edir.Nəticə isə göz qabağındadır. Cahangir Abdullayev bildirir ki,məsələ ilə bağlı Baş Nazirin müavini Şahin Mustafayevin qəbuluna yazılsalar da onu köməkçi qəbul edib.
“Avqust ayının 5-də Şahin Mustafayevin köməkçisinin qəbulunda olduq.Mənə dedilər ki, ev kimin adınadırsa,o da gəlməlidir.Anam insult keçirdiyi üçün onu Bakıya gətirmək çətin idi. Buna baxmayaraq əziyyətlə də olsa anamı da qəbula gətirdim.Amma bütün bunların nəticəsi olmadı.Bu günə qədər evimizə gəlib baxan,akt tərtib edən olmayıb”,-deyə şikayətçi bildirib.
Cahangir Abdullayevin sözlərinə görə,məsələ ilə bağlı deputatlarından kömək almaq istəsə də,onları da tapa bilməyib.
Həmçinin oxuyun
Qeyd edək ki, Gəncə şəhərindən olan deputatlar Naqif Həmzəyev və Musa Quliyevdir.
CityPost.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də telefon zənglərinə cavab verən olmadı.Məsələni diqqətdə saxlayacağıq.
Qeyd edək bu mövzuda saytımıza bir neçə şikayət daxil olub.CityPost.az yaxın zamanda digər müraciətləri də işıqlandıracaq.




Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....
16 May 2026, 09:04
Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır”
Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...
12 May 2026, 15:51
Azadlıq insanın Allah olmaq istəyidir - Fazil Mustafa ilə ədəbiyyat və düşüncə üzərinə söhbət
Milli Məclisin deputatları mətbuatda adətən siyasi məsələlərin şərhində yer alır. Bu bəzən həmin deputatların ədəbi görüşləri, ictimai məsələlərə subyektiv baxışlarını öyrənməyə mane olur. Cəmiyyət deputatları sadəcə siyasi fiqur kimi tanıyır. CityPost.az Crossmedia.az - a istinadən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafanın müsahibəsini təqdim edir:- Fazil müəllim, ədəbiyyat sahəsini nə üçün seçdiniz? Yəni ədəbiyyata gəlmək səbəbiniz nədir?- Əslində mən ədəbiyyat sahəsini indi seçməmişəm. Orta məktəb illərimdən həm mütaliə, həm də bədii yaradıcılıqla məşğul olmuşam. Çoxsaylı şeirlərim olub ki, dövri mətbuatda geniş şəkildə çap olunub. Düşünürdüm ki, elə ədəbiyyat sahəsini də seçməliyəm. İki il Bakı Dövlət Universitetinin filologiya...
05 May 2026, 15:20
Nadir Azəri: “Xocalı faciəsini unutmamaq gəncliyin üzərinə düşən mühüm vəzifələrdən biridir”
“Ermənilərin uzun illər ərzində Azərbaycan xalqının başına gətirdiyi müsibətlər tariximizin ən ağrılı səhifələrini təşkil edir. Bu faciələrdən ən dəhşətlisi isə 1992-ci ilin fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır ki, bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq və bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətdir. Aradan illər keçsə də, bu qanlı faciənin ağrısı xalqımızın yaddaşından silinməyib və silinməyəcək”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azəri bildirib ki, bu gün Xocalı şəhidlərinin ruhu şaddır: “Çünki Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük...
26 Fevral 2026, 09:38
Nüşabə Babayeva-Vəkilova:İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley ədəbiyyatımız üçün önəmlidir
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Ədibin gəlini, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı,Filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Babayeva-Vəkilova Citypost.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi Azərbaycan mədəniyyəti üçün sevindirici və əlamətdar hadisədir. O, böyük şairə göstərilən diqqətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.N.Babayeva-Vəkilova qeyd edib ki, Səməd Vurğun Azərbaycan mədəniyyətində eləcə də tarixində öz sözünü demiş, mövqeyini müəyyənləşdirmiş böyük sənətkardır. Onun sözlərinə görə, şair hələ sağlığında keçmiş Sovet məkanında və bir sıra xarici ölkələrdə tanınıb, sevilib....
23 Fevral 2026, 15:22
95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"
Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün 95 illik yubileyini qeyd edir. Bu münasibətilə Citypost.az saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya...
18 Fevral 2026, 10:21