Bizə yazın

Baku

-°C

USD

-

Xanımlar xanımı Xanım xanım...  - Elman Eldaroğlu yazır..

Sənət aləmi 10 Aprel 2026, 11:15

270

                       Xanım İsmayılqızı- 70

Məshəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan şair qadınlar az olmayıb. Onların unudulanları da var, yadda qalanları da. 

Bu gün də sələflərinin yolunu davam etdirən şair xanımlarımız az deyil. İnanıram ki, əlahəzrət ZAMAN onların arasından kimlərisə seçib, yaradıcıqlarını əsrlər boyu yaşadacaq. Güman edirəm ki, həmin xanımlardan biri də şair, bəstəkar Xanım İsmayılqızı olacaq...

İdealist xanımdır, daxilində lider ruhu yaşayır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyə qadirdir. Düşmən kimi qəbul etdiklərinə qarşı çox amansız, dostlara qarşı mərhəmətlidir. Necə deyərlər, verəcəyi hər bir qərara keçdiyi ömür yolu, topladığı təcrübə çox təsir edir...

...Bakı şəhərində dünyaya gəlib. Ömrünün böyük bir hissəsini nəşriyyat sahəsində çalışıb...

İnadkar insandır, dürüstlüyü və səmimiyyəti ilə fərqlənir. Həqiqəti qorumağa əhəmiyyət verir. Məntiq onun üçün emosionallıqdan daha vacibdir. Son dərəcə etibarlı, nəcib xanımdır. Bütün bunlarla yanaşı həyat onun üçün də asan olmayıb...

Əlahəzrət SÖZün qüdrətindən istifadə edib yazır ki:

“Hərdən gözə batan şüalarımı,

Yayın günəşinə oxşadan olub.

İçimdə bir uşaq yaşayır sanki,

Ruhumu hər yaşda oxşayan olub.

Hərdən mənə yazın özü deyiblər,

Hisslərin gül-çiçək açan vaxtında.

Ulduzlar ayağım altda sərilib,

Sevgi qanadında uçan vaxtımda.

Hərdən mənə payız deyən də olub,

Duyğumda hər rəngdə yarpağım da var.

Saçlarım bəyazla dolsa da belə,

Ürəkdə eşq adlı otağım da var.

Hərdən süzə bilib soyuq baxışla,

Deyənlər də olub mənə ki, qışam.

Yanaqlarım solğun olsa da belə,

Ürəkdə sevginin yurdu olmuşam.

Dünən yaz idimsə, bu gün payızam,

Sabah qış olacaq yəqin ki, dadım.

Bütün fəsillər də əynimdə olsa,

Mənim bir adım var - Sevimli Qadın.”

Onun parlaq poeziya nümunələri çoxdur. Mən sizə cəmi birini- “Sevimli qadın” adlı şeirini təqdim edə bildim. Gözəldir, deyilmi?..

Bəli, aprelin 10-u şəhərlər şəhəri Bakımızda, xanımlar xanımı Xanım xanımın 70 yaşı tamam olur. Onu bir oxucusu kimi yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram…

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb 

Citypost.az xəbər verir ki, Okan Yeşilot və Zeynep Akarslanın müəllifi olduğu “Azərbaycanın qədim şəhərləri” (Azerbaycan’ın Kadim Şehirleri) adlı kitab “Türk Tarih Kurumu” tərəfindən nəşr edilib.150 səhifəlik kitab türk dilində hazırlanıb və “Cümhuriyyətin yüzüncü ili armağanı” seriyasında təqdim olunub.Nəşrdə Azərbaycanın qədim şəhərlərinin tarixi və mədəni irsi araşdırılıb.Kitabın satış qiyməti 60 türk lirəsidir. (Modern.az)

10 Aprel 2026, 11:41

Sumqayıtda muğam axşamı keçirilib 

Sumqayıt şəhərində, Sumqayıt Bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində muğam axşamı keçirilib. Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub.Bu barədə Citypost.az-a Sumqayıt Bələdiyyəsindən məlumat verilib.Bildirilib ki, Sumqayıt Bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu il noyabrın 21-də istifadəyə verilən mərkəz bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir. Açılış mərasimində Prezident İlham Əliyevin iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha sübut edir. Sumqayıt Şəhər İcra...

10 Aprel 2026, 10:28

"Addım-addım vətəndə" bu dəfə Şəkidə

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir. Citypost.az xəbər verir ki, Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca səkkizinci səfəri Şəkidə həyata keçirilib.  Şəki Dövlət Dram teatrında “Varlı qadın” və “O uzaq axşam” tamaşaları nümayiş etdirilir. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın"  əsəri əsasında hazırlanan eyniadlı tamaşanın  quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim...

09 Aprel 2026, 15:50

Türkiyəli müğənni Yusuf Güney saxlanılıb

Türkiyəli müğənni Yusuf Güney saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, müğənni tərkibində narkotik maddə olduğu müəyyən edilmiş ayauaska çayını təbliğ etdiyinə görə saxlanılıb.Qeyd edək ki, bu gün Türkiyədə 14 tanınmış şəxs "narkotik işi" üzrə tutulub.

09 Aprel 2026, 15:05

Metyu Perrinin ölümünə görə "Ketamin kraliçası"na hökm oxunacaq 

Los-Ancelesdə “Dostlar” serialının ulduzu Metyu Perrinin ölümünə səbəb olan ketaminin tədarükü ilə bağlı ittiham olunan, “Ketamin kraliçası” ləqəbli Casvin Sanqaya çərşənbə günü hökm oxunacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sanqa ölüm və ya ağır bədən xəsarəti ilə nəticələnən ketamin paylanması da daxil olmaqla bir sıra ittihamları etiraf edib və 60 ildən artıq həbs cəzası ilə üzləşə bilər.O, 2024-cü ilin avqustundan federal həbsdə saxlanılır.İttiham aktında qeyd olunur ki, Sanqa və digər təqsirləndirilən şəxslər Perriyə ketamin tədarükündə iştirak ediblər. Aktyor 2023-cü ilin oktyabrında Los-Ancelesdəki evində ölü tapılıb və aparılan ekspertiza onun orqanizmində yüksək miqdarda ketamin aşkar edib.İstintaq materiallarına əsasən, Sanqa vasitəçi...

08 Aprel 2026, 12:02

Allahın mükafatlandırdığı xalq artisti...  Elman Eldaroğlu yazır..

Aktyorları bir vaxtlar çəkildikləri bədii filmlər, teletamaşalar məşhurlaşdırırdısa, indi bunu teleseriallar əvəz edib. Bu gün sizə müxtəlif seriallardan tanıdığınız, teatr və kino aktrisası, xalq artisti Pərvanə Qurbanova haqqında söhbət açmaq istəyirəm. Pərvanə xanım 2 aprel 1965-ci ildə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Burada o, böyük sənətkarlardan- Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə kimi görkəmli sənətkarların əhatəsində olub, onlardan dərs alıb, teatrın sirrlərini öyrənib. İndiyədək bu teatrın səhnəsində yüzdən çox əsərdə rol oynayıb...Deyir ki:- “15 yaşımdan, düz 45 ildir ki, Gəncə teatrında işləyirəm. Gözümü açandan təsadüfən sənətin...

08 Aprel 2026, 11:03