Bizə yazın

Baku

-°C

USD

-

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Sənət aləmi 22 May 2026, 08:11

2882

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

Citypost.az xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

"Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda, bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist və mistik üslubun sintezi kimi dəyərləndirir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və nəhayət bu layihəni reallaşdırmaq mümkün olub. O, bu müddət ərzində fəal yaradıcılıq fəaliyyəti göstərdiyinə və sərginin təşkilinə verdiyi dəstəyə görə rəssama təşəkkür edib.

Anar Ələkbərov, həmçinin bu cür layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edən Ronald Kompanoka isə qeyd edib ki, sərgidə təqdim olunan iriölçülü əsərlər üzərində son bir il ərzində intensiv çalışıb. Onun sözlərinə görə, bu əsərlər detallara olan xüsusi həssaslığının, görünməyəni görünənə çevirmək istəyinin və daxili dünyasının bədii ifadəsinin nəticəsidir.

Qeyd olunub ki, ekspozisiyada nümayiş olunan əsərlərin ana xəttini zaman, səyahət və yuxular mövzusu təşkil edir. Sərgidə xatirələri qoruyan saatlar, buludlar yaradan gəmilər, Ay işığında hərəkət edən karvanlar və eyni mənzilə doğru can atan obrazlar xüsusi yer tutur.

Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram da təqdim olunub.

Daha sonra qonaqlar "Yuxular teatrı" sərgisi ilə tanış olublar.

Xəyali aləmə aparan sərginin əsas personajlarını təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar və fantastik varlıqlar təşkil edir. Bu obrazlar tamaşaçını rəssamın daxili dünyasına doğru qeyri-adi səyahətə aparır.

Ronald Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi əsasında yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün incə tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Bu bədii yanaşmada İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi dünyaşöhrətli sənətkarların yaradıcılığına istinad olunur.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə ünsiyyət quran Ronald Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş etdirilib.

Sərgi 2027-ci il martın 1-dək davam edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvan mədəniyyəti: Keçmişin mirası, gələcəyin strategiyası  

Mədəniyyət xalqın təkcə keçmişi deyil, həm də gələcəyini müəyyən edən strateji gücdür. Şəhər yolları təmiz ola bilər, amma onu tarixə çevirən mədəniyyətidir. Bir xalqı güclü iqtisadiyyat zənginləşdirə bilər, lakin onu millət kimi yaşadan mədəni yaddaşıdır. Naxçıvan isə məhz bu yaddaşın əsrlər boyu qorunub saxlandığı nadir Azərbaycan torpaqlarından biridir. Minilliklər boyu formalaşmış zəngin tarixi irs, qədim memarlıq nümunələri, teatr və musiqi ənənələri, muzeyləri, elmi və ədəbi mühiti bu diyarı Azərbaycanın mədəni xəritəsində fərqləndirən əsas amillərdəndir.Bilirik ki, mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin düşüncə modelidir. Məhz buna görə də inkişaf etmiş dövlətlər mədəniyyətə təkcə incəsənət sahəsi kimi deyil, milli təhlükəsizlik,...

10 İyul 2026, 15:40

Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır  

Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...

23 İyun 2026, 10:07

Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım

Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...

22 İyun 2026, 09:00

Şakira "Linkoln ilə Vəkil" serialının ulduzu ilə romantik münasibətə başlayıb?   

Şakira "The Lincoln Lawyer" serialının ulduzu Manuel Qarsiya-Rulfo  ilə görüşdə göründüyü zaman şəxsi həyatı ilə bağlı yeni şayiələr dalğasına səbəb olub  .Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı qlobal ulduz çərşənbə axşamı gecəsi 44 yaşlı meksikalı aktyorla birlikdə Qərbi Hollivuddakı məşhur Sunset Tower Otelindən çıxarkən görüntüləndikdən sonra romantik münasibətlər şayiələrinə səbəb olub.Və bu, sadəcə iki məşhurun ​​eyni anda səhnədən çıxması deyil. Cütlük eyni maşına minərkən paparassilər tərəfindən görüntülənib: Qarsiya-Rulfo maşın sürür, Şakira isə sərnişin oturacağında oturub.İkisi də bir-birinin yanında özlərini tamamilə rahat hiss edirdilər, dayanacaqda maşınlarını gözləyərkən zarafatlaşıb səmimi şəkildə gülümsəyirdilər.Qarsiya-Rulfo müğənni üçün otelin qapısını tutaraq əsl centlmen...

18 İyun 2026, 10:40

“Avroviziya” qalibi Bakıya gəlir 

“Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.Festival 23-26 iyul tarixlərində Bakının “Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran “Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk “Avroviziya” qalibiyyətini gətirib....

17 İyun 2026, 17:37

Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti...

02 İyun 2026, 12:55