Bizə yazın

Baku

-°C

USD

-

İmişli ziyalıları Niyaməddin Musayevin adının əbədiləşdirilməsini istəyirlər

Sənət aləmi 19 Sentyabr 2024, 14:56

16731

Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar-müğənni,”Şərəf” və Şöhrət” ordenləri  mükafatları  laureatı,Azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü, Beynəlxalq Müsabiqələr  laureatı  Niyaməddin  Musayevin adının əbədiləşdirilməsi təklif olunur.

Citypost.az  xəbər verir ki, bu təkliflə  İmişli ziyalıları  çıxış edib. Bir qrup rayon ziyalısı  bununla bağlı Azərbaycan Respublikası İmişli rayon Ağsaqqallar Şurasının sədri  Saleh Səmədova müraciət edib.

Müraciətdə qeyd olunur ki,  Azərbaycanın tanınmış ziyalılarından olan Niyaməddin Musayevi ziyalılığın brendi hesab edirlər. O ifa tərzinə və geyim üslubuna görə tamaşaçıların dərin rəğbətini qazana bilib. Hələ Sovetlər dönəmində Niyaməddin Musayev Azərbaycanı nəinki keçmiş SSRİ məkanında, hətta bütün dünyada təmsil edib, tanıtdırıb. O yeganə müğənnidir ki, xalq musiqisi ilə estrada musiqisini peşəkarcasına sintes edib. Niyaməddin Musayev özünün sənət yolu, mənəvi musiqi məktəbi və layiqli davamçıları olan sənətkardır. Onun sənəti ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin, birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti, birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub və layiqincə qiymətləndirilib. O sənət aləmində bəstəkar kimidə geniş şöhrət qazanıb, dərin populyarlıq əldə edə bilib. Niyaməddin Musayevin oxuduğu və bəstələdiyi mahnılar dillər əzbəridir, tanınmış müğənnilər tərəfindən sevilərək ifa olunmaqdadır.

Hörmətli Saleh Səmədov!

Xalq şairi Cabir Novruz məhşur şeirlərindən birində yazırdı ki, “sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin, sağlığında heykəl qoyun ölməzlərə...” Məhz bu nöqteyi-nəzərdən biz də bu qərara gəlmişik ki, həmyerlimiz, tanınmış ziyalı, xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri mükafatları laureatı, Azərbaycan Respublikasının Prezidentinin Fəxri Təqaüdçüsü, dönya şöhrətli müğənni, bəstəkar Niyaməddin Musayevin adı elə sağlığında əbədiləşdirilsin. İmişli şəhərində anadan olub, yaşadığı küçənin onun şərəfinə adlandırılmasına, vaxtı ilə çalışdığı rayon mədəniyyət sarayının qarşısında heykəlinin ucaldılmasına və rayondakı hər hansı mədəniyyət ocaqlarından birinə və təhsil aldığı orta məktəbə onun adının verilməsinə dair rayon rəhbərliyi qarşısında məsələ qaldırmağınızı Sizdən xahiş edirik.


Qeyd edək ki, müraciəti Azərbaycan Texniki Universitetinin professoru,texnika elmləri doktoru Famil Məmmədov, Ədliyyə generalı,3-cü dərəcəli Dövlət Ədliyyə Müşaviri, Siyasi elmlər üzrə fəlsəfə doktoru Mehdi Səlimzadə,Azərbaycan Respublikasının Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Simarə İmanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,”Yazıçı” nəşriyyatının baş direktoru,hüquq elmləri üzrə fəlsəfə doktu Şəmsi Vəfadar,Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü,şair, Beynəlxalq ədəbi mükafatlar laureatı Qəşəm Nəcəfzadə,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə müdiri,Prezident təqaüdçüsü Dayandur Sevgin, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü,"Yumor" jurnalının baş redaktoru və təsisçisi,Beynəlxalq Müsabiqələr laureatı Seyran Cəfərli və başqaları imzalayıblar.

Ziyalıların təklifi ilə bağlı Citypost.az saytının əməkdaşı İmişli rayon Ağsaqqallar Şurasının sədri  Saleh Səmədovla əlaqə saxlayıb.

Saleh Səmədov saytımıza açıqlamasında bildirib ki, mövcud təkliflə bağlı hazırda müraciət hazırlanır.

“Sevimli Xalq  artistimiz Niyaməddin Musayevin adının əbədiləşdirilməsi ilə bağlı bizə edilən müraciətə  baxılıb. Bu gün  İmişli rayon Ağsaqqallar Şurasınının 15 nəfərdən ibarət İdarə Heyərinin üzvlərinin iştirakı ilə iclas keçirilib.Yekdilliklə edilən təklif qəbul edilib. Xalq artisti  Niyaməddin Musayevin vaxtı  ilə  yaşayıb,böyüyüb boya-başa çatdığı küçəyə adının verilməsi, rayon musiqi məktəbinin və vaxtı ilə təhsil aldığı orta məktəbin  onun şərəfinə adlandırılması və digər təkliflərlə bağlı Respublika Ağsaqqalar Şurasına müraciət hazırlanıb”,- deyə Saleh Səmədov bildirib.

Qeyd edək ki, belə bir təcrübə artıq mövcuddur. Mərhum kaman ustası,Xalq artisti Habil Əliyevin adı hələ sağlığında doğulduğu Ağdaş rayonunda əbədiləşdirilmişdi. 

 

Miri Məcidli

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə kino günləri başlayıb 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin...

11 Mart 2026, 17:24

Müğənni xiristanlığı qəbul etdi

56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...

11 Mart 2026, 14:18

Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı

Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...

11 Mart 2026, 14:15

Səkinə İsmayılovadan maraqlı paylaşım

Xalq artisti, görkəmli xanəndə Səkinə İsmayılova sosial media hesabında paylaşımla diqqət çəkib.Citypost.az-ın məlumatına görə, S. İsmayılova mərhum Xalq artisti Baba Mahmudoğlu ilə birlikdə iştirak etdiyi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin operası olan *“Aşıq Qərib”*dən fotoşəkil paylaşıb.Qeyd edək ki, operada Səkinə İsmayılova Şahsənəm, Baba Mahmudoğlu isə Aşıq Qərib obrazını canlandırıb.Həmin maraqlı kadrları təqdim edirik:Turan

11 Mart 2026, 13:35

Zakir Fərəcov aktyorları təltif etdi

10 Mart – Milli Teatr Günü münasibətilə və şəhərin mədəni həyatındakı fəal iştiraklarına görə Sumqayıt Dövlət Dram Teatrının bir qrup əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.Citypost.az xəbər verir ki, təltif olunanlar arasında Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, həmçinin aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova yer alır.Teatrın əməkdaşları göstərilən diqqət və qiymət üçün minnətdarlığını bildiriblər və mədəniyyət sahəsində fəaliyyətlərini daha da artıracaqlarını qeyd ediblər.Yegane ...

11 Mart 2026, 12:57

Rauf Ağakişiyev “Qızıl Dərviş” mükafatı ilə təltif olunub  

Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru, Əməkdar artist Rauf Ağakişiyev 10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən “Qızıl Dərviş” mükafatı ilə təltif olunub.Citypost.az xəbər verir ki, aktyor teatrın səhnəsində nümayiş olunan G.Xuqayevin “Varlı ev” tamaşasında (quruluşçu rejissor – Firidun Məhərrəmov) canlandırdığı Beçir obrazına görə bu yüksək qiymətləndirilməyə layiq görülüb.Turan

11 Mart 2026, 11:50