Bizə yazın

Baku

-°C

USD

-

Dövlət dəstəyi ilə çəkiləcək filmlərin pitçinqinin birinci mərhələsi keçirilib 

Sənət aləmi 30 Sentyabr 2026, 15:06

525

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyində dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi baş tutub.

Citypost.az xəbər verir ki, bu mərhələdə Ekspert Şurası tərəfindən tammetrajlı və qısamerajlı bədii film layihələrinə baxış keçirilib.

Xatırladaq ki, 2026-cı il üzrə dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin müsabiqəsinə ümumilikdə 93 layihə təqdim olunmuşdu. Onların 34-ü tammetrajlı, 21-i qısametrajlı bədii film layihəsi idi. Seçim Komissiyasının qərarına uyğun olaraq, 31 layihə pitçinq mərhələsinə buraxılıb ki, onların da 8-i tammetrajlı, 7-si qısametrajlı bədii film layihəsidir.

Pitçinqə çıxarılmış tammetrajlı bədii film layihələri və onları təqdim edən şirkətlər bunlardır: “İsanın evi” (Aydəmir Entertainment), “İki Xaqan” (Karvan Production), “Bir, iki, üç” (Nova Gorcia Kino Mərkəzi), “Meşə növbətçisi” (CNF), “Yeddi məhbusə” (Buta Film), “Begemot” (Old Stone Film), “Varis” (Öz), “Mülk” (Seyidbəyli Film).

Qısametrajlı bədii film layihələrinin siyahısına isə “Qaranquş yuvası” (C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası), “Velosiped sürmək üçün uğurlu gün” (Buta Film), “İkimiz” (Karvan Production), “Yandırmaq da sənlik” (Propaganda), “Yaddaşın tozu” (Devfilm), “Rüzgarın melodiyası” (Navis), “İlbiz” (Cinema Art) daxildir.

Pitçinq zamanı layihələri təqdim edən şirkətlərin təmsilçiləri – prodüserlər, rejissorlar, ssenari müəllifləri layihəyə baxışlarını açıqlayıb və Komissiya üzvlərini maraqlandıran suallara cavab veriblər.

Sentyabrın 30-da pitçinqin 2-ci mərhələsi çərçivəsində sənədli, bədii-sənədli və animasiya filmləri layihələrinə baxış keçiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zülfiyyə Qurbanovadan “Narahatsan”la bağlı SƏMİMİ ETİRAF

Tanınmış jurnalist Zülfiyyə Qurbanova günlərdir müzakirə olunan Əməkdar artist Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin “Narahatsan” mahnısı və klipi ilə bağlı təəssüratlarını bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, mahnının nəqarətini daha əvvəl dinləsə də, klipə bu gün baxmaq imkanı əldə edib. O, ekran işindən təsirləndiyini və göz yaşlarına hakim ola bilmədiyini qeyd edib.“Bu gün sənətkar Alim Qasımovla Üzeyir Mehdizadənin günlərdir müzakirə olunan “Narahatsan” mahnısını tam dinlədim. Nəqarəti dinləmişdim, xoşuma gəlmişdi. Klipi bu gün izləmək imkanım oldu. Təsirlənmədən, göz yaşlarıma boğulmadan alınmadı”, - deyə Zülfiyyə Qurbanova yazıb.O qeyd edib ki, mahnının sözləri, ata ilə oğulun dialoqunu xatırladan məzmun, musiqi və...

23 Sentyabr 2026, 09:36

“Hayıf yaşım keçdi...” – Nəsibə Eldarovadan maraqlı paylaşım

Əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova hərbiçi geyimində süni intellekt vasitəsilə hazırlanmış fotosunu sosial şəbəkə hesabında paylaşıb.Aktrisa paylaşımına “Ah, həyatım boyu hərbiçi roluna çəkilmək arzusunda olmuşam. Hayıf yaşım keçdi...” sözlərini əlavə edib.Əli

23 Sentyabr 2026, 09:26

Alim Qasımov DUETDƏN DANIŞDI: “Bu qədər reaksiyanı gözləmirdim”

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.Citypost.az xəbər verir ki, Xalq artisti “Kulis”ə müsahibəsində deyib ki, mahnının sözlərini, musiqisini bəyənib və ifa edib.“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Alim Qasımov bildirib.Onun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş:“Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”....

21 Sentyabr 2026, 15:40

Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi

Xalq artisti Nazpəri Dostəliyeva uzun illik fasilədən sonra Heydər Əliyev adına Sarayda böyük konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.Citypost.az "Yeni Sabah"a istinadən xəbər verir ki, sənətçinin “Belə ayrılmayaydıq” adlı konserti 20 fevralda baş tutacaq.20 ildən sonra Saray səhnəsinə qayıdan Nazpəri Dostəliyevanın konsert gecəsində sevənlərini bir sıra sürprizlər gözləyir. Gecənin xüsusi qonaqlarının kimlər olacağı, səhnədə hansı fərqli təqdimatların və yeniliklərin yer alacağı maraq doğurur. pizza mizzaArtıq konsert proqramı üçün ilk fotosessiyasını təqdim edən sənətçinin səhnə hazırlıqları da diqqət çəkib.Nazpəri Dostəliyevanın konsert gecəsində baş verəcək bütün sürprizlər isə 20 fevralda bəlli olacaq....

19 Sentyabr 2026, 10:45

“Aşk-ı Memnu”nun Arsen Ziyagili vəfat edib 

Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə məlumatı aktrisanın sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.Gülsen Tuncerin bir müddətdir xərçənglə mübarizə apardığı bildirilirdi.Qeyd edək ki,Gülsen Tuncer 1945-ci ildə Adanada anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib, Yıldız Kenter və Ayla Alqan kimi sənət ustalarından təhsil alıb. G.Tuncer peşəkar teatr fəaliyyətinə 1968-ci ildə Gülriz Sururi-Engin Cezzar Teatrının “Zilli Zarife” tamaşası ilə başlayıb. Daha sonra teatrla yanaşı, kino və televiziya layihələrində də rol alıb. O, təxminən 40 filmdə rejissor köməkçisi və assistent kimi çalışıb. Aktrisa “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen xanım obrazı...

18 Sentyabr 2026, 10:49

Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi

Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.Citypost.az xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.Qeyd edək ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə əlaqədar məhkəmə tərəfindən xitamla nəticələnib.(oxu.az)...

17 Sentyabr 2026, 21:38