“Aşk-ı Memnu”nun Arsen Ziyagili vəfat edib
Sənət aləmi 18 Sentyabr 2026, 10:49
389
Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.
Citypost.az xəbər verir ki, bu barədə məlumatı aktrisanın sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.
Gülsen Tuncerin bir müddətdir xərçənglə mübarizə apardığı bildirilirdi.
Həmçinin oxuyun
Qeyd edək ki,Gülsen Tuncer 1945-ci ildə Adanada anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib, Yıldız Kenter və Ayla Alqan kimi sənət ustalarından təhsil alıb. G.Tuncer peşəkar teatr fəaliyyətinə 1968-ci ildə Gülriz Sururi-Engin Cezzar Teatrının “Zilli Zarife” tamaşası ilə başlayıb. Daha sonra teatrla yanaşı, kino və televiziya layihələrində də rol alıb. O, təxminən 40 filmdə rejissor köməkçisi və assistent kimi çalışıb. Aktrisa “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen xanım obrazı ilə geniş tamaşaçı auditoriyasına tanınıb. Aktrisa uğurlu performanslarına görə müxtəlif festivallarda həmçini Altın Portakal Film Festivalı, 1-ci Afife Teatr Mükafatları və 13-cü Sadri Alışık Teatr və Kino Aktyor Mükafatları kimi Türkiyənin nüfuzlu sənət mükafatları ilə də təltif olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi
Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.Citypost.az xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.Qeyd edək ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə əlaqədar məhkəmə tərəfindən xitamla nəticələnib.(oxu.az)...
17 Sentyabr 2026, 21:38
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.Mədəniyyət Nazirliyindən Citypost.az-a verilən məlumata görə, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və...
14 Sentyabr 2026, 09:23
Bir kadrda 5 məşhur sənətçi – Onlardan yalnız biri sağdır
Azərbaycan kinosunun və teatrının görkəmli nümayəndələrinin illər əvvəl çəkilmiş fotosu sosial şəbəkələrdə maraq doğurub.Citypost.az Fotoda Xalq artisti Hacı Murad Yagizarov, İnquşetiyanın Xalq artisti, aktrisa Tamara Yandıyeva, Xalq artisti, kino rejissoru Eldar Quliyev, Xalq artisti Ənvər Həsənov və Əməkdar artist Hamlet Xanızadə yer alıb.Fotoya baxarkən sənət adamlarının hər birinin Azərbaycan kino və teatr tarixində özünəməxsus iz qoyduğu diqqət çəkir. Lakin zaman keçdikcə həmin simaların əksəriyyəti həyatdan köçüb.Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il sentyabrın 3-də Almaniyada vəfat edib. Azərbaycan kinosunun tanınmış rejissorlarından olan Eldar Quliyev isə 2021-ci il aprelin 16-da müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində dünyasını dəyişib.Xalq artisti Ənvər Həsənov...
14 Sentyabr 2026, 09:09
Şabanın əfsanəvi filmi qayıdır: yeni versiyada
Türkiyə kinosunun məşhur komediya filmlərindən biri olan “Şabanoğlu Şaban”ın davamı ekranlara gətiriləcək.Citypost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Yeni ekran əsəri “Şabanoğlu Şabanoğlu Şaban” adlanacaq və baş qəhrəman Şaban obrazını bu dəfə mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunal canlandıracaq.1977-ci ildə ilk dəfə tamaşaçılara təqdim olunan filmin davamı ilə Şaban obrazının kinoda ikinci nəsil macəralarına start veriləcək.Filmin rejissoru Can Ulkay olacaq. Çəkilişlərin sentyabrın sonunda başlanması planlaşdırılır.Hazırda ekran əsərində rol alacaq digər aktyorların müəyyənləşdirilməsi üçün danışıqlar aparılır....
11 Sentyabr 2026, 18:17
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib.Citypost.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır.Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyəti orta stabildir. Bir az təzyiqində problem var" sözlərini deyib. (Axşam.az)
09 Sentyabr 2026, 17:08
Xalq artisti Aleksandr Şarovskinin vəfatından yazdı: Böyük bir itkidir!
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Xalq artisti Səfa Mirzəhəsənov görkəmli rejissor, Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımında Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirərək onunla bağlı xoş xatirələrini bölüşüb.“9 sentyabrda Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovski vəfat etdi! Bu, böyük bir itkidir! Əziz dostumuzun, möhtəşəm sənətkarımızın və gözəl rejissorumuzun xoş xatirələri daim qəlbimizdə yaşayacaq. Kədər... Kədər...” – deyə Səfa Mirzəhəsənov qeyd edib.Qeyd edək ki, uzun illər Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Aleksandr Şarovski uzun sürən xəstəlikdən sonra sentyabrın 9-da...
09 Sentyabr 2026, 10:39