Xalq artisti Fəxrəddin Manafovla görüş
Sənət aləmi 18 May 2026, 14:29
384
Gəncədə görkəmli sənətkar, “Şöhrət” ordenli Xalq artisti Fəxrəddin Manafov ilə görüş keçirilib.
Citypost.az xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrında keçirilən görüşdə sənətkarın yaradıcılıq yolu, Azərbaycan teatr və kino sənətinə verdiyi töhfələr haqqında geniş söhbət aparılıb.
Həmçinin oxuyun
İştirakçılar tərəfindən ünvanlanan suallar Fəxrəddin Manafov tərəfindən cavablandırılıb. Xalq artisti həyat və yaradıcılıq təcrübələrini bölüşərək gənclərə öz tövsiyələrini verib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Maşın” şou yenidən başlayır
Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu “Maşın” yenidən başlayır.Citypost.az xəbər verir ki, bu barədə “Xəzər” telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib.O, tarixi açıqlamasa da, paylaşıma “loading” yazaraq, şounun tezliklə yayımlanacağına eyham vurub.Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti və “Xəzər” TV-nin direktoru Murad Dadaşovdur. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olub. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız tanınmış simalar olub. Layihənin sonuncu buraxılışı “Maskarad” adı...
18 May 2026, 12:33
Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatı olub
Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı olub.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, “City of London”, Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi...
15 May 2026, 17:43
Məşhur müğənninin cəsarətli libası gündəm oldu
Keçmiş xəbər aparıcısı, hazırda isə müğənni kimi fəaliyyət göstərən Defne Samyeli səhnə performansı və iddialı geyim seçimi ilə yenidən gündəmə gəlib.Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur ifaçı son konsertində bədən quruluşunu ön plana çıxaran qara krujeva libası ilə səhnəyə çıxıb.Cəsarətli detalları ilə diqqət çəkən geyim qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Həm səhnə performansı, həm də görünüşü ilə diqqət mərkəzinə çevrilən Defne Samyeli çıxışından görüntüləri sosial media hesabında paylaşaraq “Yaşasın musiqi” qeydi əlavə edib.Müğənni paylaşımında gecəyə qatılan izləyicilərə və komandasına təşəkkür edib:“Gözəl gecəmizdən görüntülər... Bütün mahnılarımıza qoşularaq enerjimizi artıran qonaqlara və bizi evdəki kimi hiss etdirən komandama...
14 May 2026, 17:22
Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ilə Türkiyənin Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb.Naxçıvan Dövlət Kukla Teatrından "Report"un yerli bürosuna verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında mövcud münasibətləri mədəniyyət və incəsənət sahəsində daha da inkişaf etdirməkdir.Bundan başqa, memorandumda teatr sənəti istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.Sənədə əsasən, qarşılıqlı qastrol səfərlərinin təşkili, tamaşaların nümayişi, ustad dərslərinin keçirilməsi, festival və beynəlxalq layihələrdə birgə iştirak, eləcə də teatr sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi də planlaşdırılır.İmzalama mərasimində çıxış edən Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Ərzurum...
14 May 2026, 13:48
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub
Türkiyədə keçirilən Azərbaycan Kino Günləri çərçivəsində Bursa şəhərinin Uludağ Universitetində rejissor Hüseyn Seyidzadənin 1978-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Qaynana” bədii filmi nümayiş olunub. Ekran əsəri Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə təşkil olunan tədbir çərçivəsində nümayiş etdirilib.Citypost.az xəbər verir ki, izləyicilər arasında Uludağ Universitetinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Türkiyənin Bursa şəhəri Mədəniyyət və Turizm İdarəsinin təmsilçiləri, bu ali təhsil müəssisəsinin müəllim-tələbə heyəti yer alıb.Əvvəlcə çıxış edənlər Nəsibə Zeynalovanın yaratdığı obrazların yalnız tamaşaçıları güldürməklə kifayətlənmədiyini, eyni zamanda, dərindən düşünməyə vadar etdiyini bildiriblər.Natiqlər sənətkarın Azərbaycan teatr məktəbinin seçkin nümayəndələrindən biri kimi milli səhnə sənətimizin inkişafına verdiyi...
12 May 2026, 17:14
Ayla İnsanovanın əsərləri “Arzuhal” sərgisində nümayiş etdirilib
Türkiyənin İstanbul şəhərindəki “İstiqlal Sənət Qalareyası”nda “Arzuhal” adlı rəsmi sərgi təşkil edilib. Yeditəpə Universitetinin Bəyoğlu Bələdiyyəsi ilə birgə keçirdiyi sərgidə Ali Deniz Güngör, Ali Canay, Defne Özgür, İnci Eren, Mehehan Aksu, Kerim Acar, Osman Kaya, Yelda Ergün kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunub. Citypost.az Reyting.az-a istinadən xəbər verir ki, qrup sərgisində Azərbaycan Rəssamlar İttifaqının üzvü Ayla İnsanova da öz yeni əsərləri ilə iştirak edib. İstedadlı rəssam Ayla İnsanova ilk ali təhsilini tibb ixtisası üzrə alsa da, rəssamlıqla da ciddi məşğul olur. O, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb, sonra isə Roma Rəssamlıq Universitetində təhsilini davam etdirib. 2017-ci ildən...
12 May 2026, 10:57