Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Siyasət 17 Aprel 2025, 19:19
3798
Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.
CityPost.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Səfir Əhməd Metani etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfir Əhməd Metanini təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı, Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərqdə və Qəzzada təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional sülh və quruculuq səyləri müzakirə olunub. Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin mövcudluğu qeyd edilib.
Tərəflər Yaxın Şərqdə və xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.
Ölkəmizin münaqişədən əziyyət çəkən dost Fələstin xalqının humanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi yardımlar minnətdarlıqla qeyd olunub.
Nazir Ceyhun Bayramov, keçmiş münaqişə dönəmində, həmçinin qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.
Səfir Əhməd Metani qəbula görə təşəkkür edib, Fələstinin Azərbaycandakı səfiri təyin edilməsinin qürurverici olduğunu, bundan sonra da səfir qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.CityPost.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə Aida Əli qızı Hüseyn təyin edilib.
15 Dekabr 2025, 16:25
Azərbaycanda keçiriləcək futbol üzrə U-20 dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb."Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycanın 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcəkdir", - Sərəncamda qeyd olunub.Sərəncama...
15 Dekabr 2025, 15:33
Xüsusi nümayəndə: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib
Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib."Hər şey xam neftin tədarükü ilə başladı, sonra – təbii qazla. Bu gün biz bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələri müzakirə edirik. Energetika əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Bununla yanaşı, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları və Azərbaycanın Şərq–Qərb, Şimal–Cənub kəsişməsindəki mühüm geo-iqtisadi və geosiyasi mövqeyi nəzərə alınaraq əlaqəlilik getdikcə daha böyük əhəmiyyət kəsb edir," – xüsusi nümayəndə vurğulayıb.E.Əmirbəyov həmçinin Bakı və Varşava arasındakı münasibətlər səviyyəsinə toxunaraq,...
13 Dekabr 2025, 18:36
Azərbaycan və Bruney liderləri bir-birilərini təbrik ediblər
Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.CityPost.az-ın məlumatına görə, məktubda deyilir:"Əlahəzrət,Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın...
25 Noyabr 2025, 15:27
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.CityPost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzinə gəlib.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı.Tədbirin iştirakçıları birgə foto çəkdirdilər.İclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış etdilər.Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.Prezident İlham Əliyevin çıxışı:-Hörmətli Şavkat Miromonoviç.Hörmətli dövlət başçıları.Əziz dostlar.İlk növbədə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Özbəkistan tərəfinə ənənəvi qonaqpərvərliyinə görə təşəkkür edirəm.Özbəkistan...
16 Noyabr 2025, 14:04
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında Məşvərət görüşünün iclasında iştirak üçün Konqres Mərkəzinə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəldi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini qarşıladı.Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.
16 Noyabr 2025, 10:23