Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - YENİLƏNİB  

Siyasət 25 Aprel 2025, 13:30

19023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

CityPost.az xəbər verir ki, Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib.

O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan Prezidenti bildirib ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı, həmçinin Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

***

11:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: “Erməni separatizmi sülh üçün təhlükədir”

### Qulu Məhərrəmli: “Erməni separatizminin hələ də nəfəs alması sülh dialoqu üçün təhlükədir”Professor Qulu Məhərrəmli Qarabağdakı erməni separatizmi və onun regionda sülh prosesinə mümkün təsirləri ilə bağlı fikirlərini bölüşüb.Qulu Məhərrəmli bildirib ki, Qarabağdakı erməni separatizminin “biabırçı və xalq üçün faciəli sonluğu” bəzi dairələr üçün hələ də dərs olmayıb.Onun sözlərinə görə, Qərbdə və Rusiyada bəzi dairələr, xüsusən də erməni kilsəsi separatizm məsələsindən yenidən Azərbaycana qarşı istifadə etməyə çalışır.“Qərbdəki və Rusiyadakı bəzi dairələr, xüsusən erməni kilsəsi ‘bəlkə də qaytardılar’ xülyası ilə hələ də ölünü diriltmək və bu kartdan Azərbaycana qarşı istifadə etmək istəyirlər”, – deyə professor qeyd edib.Qulu Məhərrəmlinin sözlərinə görə, Ermənistanın...

07 Oktyabr 2026, 11:23

Azər Həsrət: “Rusiya ordusuna qoşulanlara şəhid demək olmaz”

Siyasi şərhçi Azər Həsrət Rusiya ordusunun sıralarında Ukraynaya qarşı müharibədə iştirak edərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı sərt mövqe ifadə edib.Citypost.az xəbər verir ki, Azər Həsrət bildirib ki, Rusiya vətəndaşlığı olan şəxsləri ayrıca tutmaqla, Rusiya ordusunda Ukraynaya qarşı döyüşərək ölən Azərbaycan vətəndaşlarının “şəhid” adlandırılmasına qarşıdır.“Rusiya ordusu sıralarında Ukraynaya qarşı savaşıb ölən Azərbaycan vətəndaşlarına (Rusiya vətəndaşlığı olanlar başqa) nə yas tutun, nə də ağlayın! Hələ onları şəhid adlandırıb qəbri üzərində Azərbaycan bayrağı ucaldanlar da var! Onlar şəhid yox, sadəcə leşdirlər!” – deyə siyasi şərhçi yazıb.O, Rusiya ordusuna qoşularaq Ukraynada döyüşən Azərbaycan vətəndaşlarının bunu işğalçı müharibədə iştirak etmək kimi qiymətləndirib.“Çünki Rusiya...

07 Oktyabr 2026, 09:22

Xalid Kazımlı: “Birtərəfli mələkçilik etməklə problem düzəlməyəcək”

Əməkdar jurnalist, siyasi şərhçi Xalid Kazımlı Türkiyə-Azərbaycan münasibətləri ətrafında son günlər aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Xalid Kazımlı qeyd edib ki, daha əvvəl yazdığı yazıya ölkə daxilindən də reaksiyalar verilib. O, özünü “Turan hərəkatının başqanı” kimi təqdim edən Cahandar Bayoğlunun LAF TV-nin efirində onun yazısını “rəzalət” adlandırdığını və APA-nın Türkiyədən İsrailə bu il 460-dan çox gəmi reysinin olması barədə araşdırmasını da tənqid etdiyini bildirib.Jurnalist yazıb ki, Bayoğlu, həmçinin onun Ərdoğanı təhqir etdiyini iddia edib.“Əsl rəzalət həlledici məqamlarda aydın mövqe tutmamaq, doğrunu dilə gətirməməkdir”, – deyə Kazımlı vurğulayıb.Onun sözlərinə görə, hazırda əsas suallardan biri “Hər şey necə başladı?” sualıdır....

07 Oktyabr 2026, 09:19

Turab Rzayevdən Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı SƏRT MESAJ

Politoloq Turab Rzayev Türkiyə-Azərbaycan münasibətləri və iki ölkənin NATO ilə əməkdaşlığı ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Turab Rzayev bildirib ki, bəzi sosial media istifadəçilərinin Türkiyə əleyhinə çıxışları qarşı tərəfdə yeni ümidlər yaradıb:“Su uyuyar, düşmən uyumaz. Görünür, bizim bəzi sosial media ‘qəhrəmanları’nın Türkiyə düşmənliyi qarşı tərəfdə də yeni ümidlər və həvəslər yaradıb. Düşünüblər ki, madam ki, bizim qəhrəmanlar Türkiyəni düşmən elan edir, Türkiyə də buna reaksiya olaraq Azərbaycanı tək qoyacaq”.Politoloqun sözlərinə görə, NATO-nun Ermənistan və Azərbaycanla ortaq layihələri uzun illər ərzində elan edilməmiş konsensus yolu ilə tənzimlənib. O qeyd edib ki, Türkiyə Ermənistanın NATO ilə əməkdaşlığına icazə...

07 Oktyabr 2026, 09:10

Kənan Rövşənoğlu: “Ərəbistan artıq ABŞ deyil, Türkiyə və Pakistana sığınır”

Jurnalist Kənan Rövşənoğlu Yəməndə gedən proseslər və bölgədə yaranan yeni vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, K.Rövşənoğlu bildirib ki, Yəmənin “Ənsarullah” silahlı qüvvələrinin generalı Abid Səvr Təizdən sonra növbəti hədəfin Səudiyyə Ərəbistanı ərazisi olacağını açıqlayıb.“Yəni Təizdən sonra cənuba, Ədənə deyil, şimala, Səudiyyə Ərəbistanına yönəldəcəklər. Çünki artıq məlumdur ki, müharibə Yəmən daxilində deyil, Səudiyyə Ərəbistanı və Yəmən arasında gedir”, – deyə jurnalist qeyd edib.Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi də vəziyyətin fərqindədir və buna görə hərbi hazırlıqları gücləndirir.“Səudiyyə rəhbərliyi də bunu anladığı üçün əl-ayağa düşüb, ordu yığır. Maraqlıdır ki, bu gün ABŞ ordusu əsgərlərinin bir qisminin Səudiyyə Ərəbistanını tərk etməsi xəbəri...

07 Oktyabr 2026, 09:00

Ədalət Verdiyev 7 oktyabr hücumundan danışdı: “İsrail qisasını alır”

Hərbi ekspert Ədalət Verdiyev 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, 2023-cü il oktyabrın 7-də, İsrail vaxtı ilə saat 06:29-da HƏMAS Qəzza zolağından İsrailə 5 mindən çox raket ataraq ölkənin cənubundakı yaşayış məntəqələrinə hücum edib.Onun sözlərinə görə, hücumlar zamanı təxminən 1 200 nəfər öldürülüb, 4 800-dən çox insan yaralanıb, 250-dən çox şəxs isə Qəzzaya girov aparılıb.Hərbi ekspert qeyd edib ki, İsrail həmin tarixdən etibarən HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.“İsrail isə həmin gündən başlayaraq HƏMAS-a və bu hücuma aid olan nə varsa, kim varsa hamısını...

07 Oktyabr 2026, 08:54