Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH
Siyasət 10 İyul 2025, 13:32
2546
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş iyulun 10-da Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutur.
Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı.
Liderlərin Əbu-Dabi görüşü gələcəkdə atılacaq addımlar baxımından vacib sayılır. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişi və ya müqaviləsinin imzalanması, normallaşma prosesi üçün ciddi təkan ola bilər.
İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir. Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi isə mövcud geosiyasi reallıqlar sülh prosesinin tezliklə başa çatdırılmasının hər iki tərəfin xeyrinə olduğunu göstərir.
Budəfəki görüş yeri kimi məhz Əbu-Dabinin seçilməsi xüsusi mahiyyət daşıyır. BƏƏ Azərbaycana dost ölkə olmaqla yanaşı, indiyədək nə münaqişənin gedişində tərəf tutub, nə də danışıqlarda moderatorluq etmək uğrunda mübarizə aparıb. Bu mənada, görünən odur ki, Əbu-Dabi məhz Azərbaycan tərəfinin təklifi ilə neytral danışıq meydançası olaraq seçilib.
Ümumiyyətlə, son illərin təcrübəsi onu göstərir ki, rəsmi Bakı İrəvanla münasibətlərin məhz üzbəüz formatda, bölgədə öz maraqları olan dövlətlərin vasitəçiliyi olmadan normallaşdırılmasının tərəfdarıdır və bu yanaşma artıq öz səmərəsini verməkdədir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşlər, ötən dövr ərzində bu tədbirlərin nəticəsində atılan addımlar da bunu təsdiqləyir.
Bəs bu görüş çərçivəsində ilkin sülh sənədi imzalana bilərmi? Təbii ki, son nəticə sülhün bərqərar olmasıdır. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu, İrəvanın regional kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi şəraitdə Azərbaycanın müqaviləyə imza atacağı real görünmür. Bununla yanaşı, Əbu-Dabi görüşündə yekun sülhə doğru vacib addımların atılması da istisna deyil.
Kommunikasiyaların açılmasından söz düşmüşkən, Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığını demək olar.
Həmçinin oxuyun
Bu günlərdə ABŞ rəsmisi Ceyms O’Brayn bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Aralıq dənizindən Qara dənizə çıxaraq Qazaxıstandan Türkiyəyə uzanan ticarət yoluna sahib olmaq imkanı verəcək: “Bu marşrut Azərbaycan ərazisindən keçərək Gürcüstana Qara dənizə qədər uzanan başqa bir marşrutu tamamlayacaq. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik”.
O’Brayen Orta Dəhlizdən bəhs edərkən Zəngəzur dəhlizini dəstəklədiklərini də qeyd edib.
Ermənistanın baş naziri də bu yaxınlarda verdiyi açıqlamada Zəngəzur yolunun Latviyadan keçən Kalininqrad yolu statusunda olmasına etiraz etmədiklərini bildirib. Bir müddət əvvəl isə o, yola nəzarəti ABŞ şirkətlərinə verə biləcəklərini istisna etməmişdi.
Aparıcı güclərin bu yolun açılmasında maraqlı olması rəsmi İrəvanın da mövqeyinin Azərbaycan və Türkiyənin irəli sürdükləri təşəbbüsə yaxınlaşmasına imkan verir. Bu mənada, rəsmi Bakı həm də isbat edir ki, bölgənin gələcəyi məhz onun liderliyi ilə müəyyən edilir. Görünən odur ki, bu reallıqları artıq Ermənistan da qəbul etməkdədir.
Təəssüf ki, Cənubi Qafqazda sülh və əmin-amanlığı pozmaq istəyən qüvvələr də yox deyil. Ermənistanda da artıq bunu anlamağa başlayıblar. Çünki son illərədək rəsmi İrəvan bir qayda olaraq regionda xarici qüvvələrin maraqlarının icraçısı olub.
Lakin bütün problemlərin həllinə yol həmin problemin etirafından keçir. Bu mənada, bölgədə sülhə hansı güclərin mane olduğunu Ermənistanın da dərk etməsini Əbu-Dabi görüşünün uğurla nəticələnməsi üçün vacib şərtlərdən saymaq olar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Putin: Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir
"Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir".CityPost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.“Biz, əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, -deyə o bildirib.
09 Oktyabr 2025, 16:22
Prezidentin Qəbələ Zirvəsində çıxışı və çağırışlar - ŞƏRH
Azərbaycanın qədim şəhəri, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.Prezident İlham Əliyev sammitdəki çıxışında Təşkilatın güclənməsi, işlək quruma çevrilməsi, Türk dövlətləri arasında əlaqələrin genişlənməsi, güclənməsi, hərbi və müdafiə sahəsində əməkdaşlığın artması, təlimlərin keçirilməsi kimi məsələləri vurğulayıb, bu istiqamətlərdə TDT üzvlərinə çağırış edib çağırış edib.Dövlət başçısının çıxışında Qəbələnin və Qafqaz Albaniyasının tarixi ilə bağlı verdiyi kiçik arayış Azərbaycanın dövlətçilik tarixinə bir işarədir. Bu, həm də albanlara aid mədəniyyətə iddia edənlərə zirvə toplantısından cavab idi.Prezident İlham Əliyev TDT-nin əməkdaşlıq təşkilatı deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını deməklə onun nüfuzunun artmasından...
08 Oktyabr 2025, 15:43
İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.CityPost.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəyə səfərləri məmnunluqla xatırlanıb.Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkədə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və...
06 Oktyabr 2025, 11:54
İlham İsmayıl saxlanıldı
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl saxlanılıb.Citypost.az "Unikal"a istinadla xəbər verir ki, ekspert dələduzluqda ittiham edilir. Belə ki, o, oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş.İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis...
25 Sentyabr 2025, 22:35
İlham Əliyev ABŞ-dədir
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib.CityPost.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.
22 Sentyabr 2025, 22:39
Əli Əsədov Qırğızıstana gedib
Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana gedib.CityPost.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.Qeyd edək ki, bu gün Bişkek şəhərində TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.
18 Sentyabr 2025, 12:12