Bizə yazın

Baku

-°C

USD

-

 Nazir Əhmədli: "ABŞ-İsrail cütlüyü İrana taktiki nüvə silahı atmayacaq"

Siyasət 07 Aprel 2026, 10:00

566

Araşdırmaçı-alim Nazir Əhmədli feysbuk hesabında ABŞ-İsrail-İran münaqişəsini və nüvə silahı istifadəsi ehtimalını təhlil edib.

Citypost.az xəbər verir ki, N.Əhmədliyə görə, bütün konvensial silahlarını tükədən ABŞ/İsrail cütlüyü qarşıya qoyduğu strateji hədəflərinə çatmadıqlarına görə İran qalib sayılmalıdır. Araşdırmaçı qeyd edib ki, bəlkə də Trampdan olsa, geri çəkilib yerində otular, təsəlli üçün yalandan "İranı darmadağın etdim, istəyimizə çatdıq" deyərdi. Amma İsrail əl çəkmək niyyətində deyil və onun strateqləri bu müharibənin sonuncu şans olduğunu deyir və öz çirkin məqsədlərinə nəyin bahasına olur olsun çatmaq istəyirlər.Yuxarıdakı səbəbdən də ABŞ-ı İrana taktiki nüvə silahı atmağa təhrik edirlər. Araşdırmaçı nüvə silahlarının üç növü olduğunu xatırladıb: taktiki, operativ və uzaqmənzilli nüvə silahları. Onun sözlərinə görə, taktiki nüvə silahı onların ən zəifidir və 15 km radiusda dağıntılar törədir. Radioaktiv şüalanmanı da nəzərə alsaq, belə bir silah 13 milyon adamın yaşadığı Tehranı məhv edər, radiasiya isə daha geniş ərazilərə, hətta Azərbaycana da təsir edə bilər.

Araşdırmaçı-alim İranın artıq nüvə silahına malik olduğunu düşündüyünü bildirib. Əhmədli bunu İran hökumətinin davranışlarından sezdiyini qeyd edib. "İranın dik duruşu, ABŞ-a baş əyməməsi göstərir" — deyə o yazıb. Atom bombasının 3 komponentdən ibarət olduğunu xatırladan Əhmədli qeyd edib: birincisi zənginləşdirilmiş uran — İran buna malikdir; ikincisi bombanı daşıyan ballistik raket — İran buna da malikdir; üçüncüsü bombanın özü — hesab edirəm ki, İran buna da malikdir.

N.Əhmədli həmçinin qeyd edib ki, İrana taktiki nüvə silahı atılsa və İran da İsraili bu silahla vursa, ərazisi Azərbaycandan 4, İrandan 80 dəfə kiçik olan İsrailin mövcudluğunu davam etdirmək şansı yoxdur. Araşdırmaçı bu yaxınlarda məşhur bir siyasətçinin İsraili "bir bombalıq ölkə" adlandırdığını da xatırladıb. Onun fikrincə, İran cavab olaraq İsraili bir atom bombası ilə xəritədən silə bilər. Amma cavab tədbirində İranın əl-qolunu bağlayan bir məsələ var — o da İsraildə yaşayan 4-5 milyon fələstinlinin həyatıdır. İran atom bombası ilə cavab versə, onlar da öləcək. "Bir sözlə, vəziyyət çox mürəkkəbdir" — deyə Əhmədli yazıb.

Bununla belə, araşdırmaçı-alim ABŞ/İsrail cütlüyünün İrana taktiki nüvə silahı atmayacağı qənaətindədir. Əhmədliyə görə, bu barədəki şayiələr İrana psixoloji təzyiq göstərmək üçün qəsdən dövriyyəyə buraxılır.

Araşdırmaçı yazısını bu sözlərlə tamamlayıb: "Təki atılmasın, təki bu ədalətsiz müharibə dayandırılsın, atalar demiş, ziyanın yarısından qayıtmaq da xeyirdir."

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq: “İran-ABŞ atəşkəsi həssasdır, qalıcı sülh üçün ciddi şərtlər lazımdır”  

Politoloq Fərhad Mehdiyev İran və ABŞ arasında əldə olunan atəşkəsin vəziyyətini şərh edib.Citypost.az xəbər verir ki, alim  bildirib ki, mövcud atəşkəs olduqca həssas və qeyri-müəyyəndir, onun uzunmüddətli sülhə çevrilməsi isə çətin görünür. Onun sözlərinə görə, prosesdə vasitəçilərin real zəmanət mexanizmi yoxdur və tərəflər arasında öhdəliklər tam formalaşmayıb.F.Mehdiyev qeyd edib ki, İsrailin razılaşmada rəsmi imza atmaması və heç bir öhdəlik götürməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. O həmçinin bildirib ki, atəşkəs dövrü İsrail üçün hərbi hazırlıqları bərpa etmək imkanı yarada bilər.Politoloqun fikrincə, davamlı və ədalətli sülh üçün bir sıra minimal şərtlər tələb olunur. Bunlara qarşılıqlı hücum etməmək zəmanətləri, İranın mülki nüvə proqramının...

09 Aprel 2026, 12:52

Politoloq: “Hörmüz boğazında ‘tranzit haqqı’ iddiası təhlükəli presedent yaradır”  

Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında yayımladığı açıqlamaya münasibət bildirib.Citypost.az xəbər verir ki, Trampın paylaşımında Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunduğu, İranın nüvə silahı əldə etməyəcəyi və boğazın açıq qalacağı qeyd olunub.Politoloq bildirib ki, atəşkəs dövründə Hörmüz boğazı ilə bağlı yayılan “tranzit haqqı” və icazə rejimi barədə iddialar ciddi hüquqi və geosiyasi risklər yaradır. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq hüquqa əsasən açıq dəniz naviqasiyası üçün xüsusi rejimə malik strateji su yoludur və burada hər hansı birtərəfli məhdudiyyət beynəlxalq qaydalarla ziddiyyət təşkil edə bilər.T.Rzayev qeyd edib ki,...

09 Aprel 2026, 12:19

Şərhçi: “ABŞ-İran anlaşması üçün əsas şərtlər prinsipcə uyğundur”  

Şərhçi Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın İranla sülh prosesinə dair irəli sürdüyü şərtləri dəyərləndirib.Citypost.az xəbər verir ki,O bildirib ki, Trampın irəli sürdüyü iki əsas tələb – İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması – mahiyyət etibarilə mürəkkəb və danışıqlara qapalı şərtlər deyil.Şərhçinin sözlərinə görə, İran nüvə məsələsində razılaşmaya açıq tərəf kimi görünür və Hörmüz boğazının uzunmüddətli bağlanması da real ssenari deyil. Bu baxımdan, hazırkı şərtlər ümumi razılaşma üçün imkan yaradır.K.Rövşənoğlu qeyd edib ki, əvvəllər müzakirə olunan “proksi qüvvələr” və “ballistik raket proqramı” kimi əlavə tələblər hazırkı mərhələdə gündəmdə deyil. Onun fikrincə, bu da danışıqlar prosesində prinsipial...

09 Aprel 2026, 12:08

Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”

Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...

09 Aprel 2026, 11:04

Politoloq: “Atəşkəs sadəcə ‘taym-aut’dur, gərginlik arta bilər”  

Politoloq Rusif Məmmədsoy bölgədəki son vəziyyətlə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, mövcud şəraitdə davamlı atəşkəsdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan razılaşma daha çox qısa müddətli fasilə xarakteri daşıyır və əsas məqsəd yaxın saatlarda gözlənilən şiddətli zərbələrin qarşısını almaq olub.R.Məmmədsoy qeyd edib ki, bu razılaşmanın uzunmüddətli olacağı şübhə altındadır və bunu “taym-aut” kimi qiymətləndirmək daha doğru olar.Politoloq əlavə edib ki, proseslərin gələcəkdə daha geniş miqyas alacağı ehtimalı yüksəkdir. Onun fikrincə, perspektivdə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması mümkündür.Ekspert vurğulayıb ki, regionda gərginlik hələ uzun müddət davam edə və yeni...

09 Aprel 2026, 10:55

Nigar Sabirqızı: “Bu müharibədə əsas sual qalibin kim olması deyil”  

Jurnalist Nigar Sabirqızı ABŞ-İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım jurnalist bildirib ki, müharibədə kimin qalib gəlməsi məsələsi onun üçün əsas deyil. Müəllif qeyd edib ki, onun üçün prioritet məsələ Azərbaycan və Türkiyənin maraqlarıdır, xüsusilə də Güney Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətidir.Jurnalistin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar uzun illər müxtəlif təzyiqlərlə üzləşib və onların hüquqları tez-tez pozulub. Bununla belə, İran rejiminin dəyişməsi halında bu vəziyyətin yaxşılaşıb-yaxşılaşmayacağı da sual altındadır.N.Sabirqızı hesab edir ki, hazırkı vəziyyətdə əsas diqqət “müharibədə kim qalib gəldi” sualına deyil, bu qarşıdurmanın cəmiyyətə nəyi göstərdiyinə yönəlməlidir. Onun fikrincə, baş verənlər Azərbaycanda...

09 Aprel 2026, 10:50