Heydər Oğuz: "İran-şüvənlər unutmasın İran ABŞ-a xidmət etdi"
Siyasət 07 Aprel 2026, 10:42
602
Jurnalist Heydər Oğuz feysbuk hesabında İranla bağlı ətraflı bir yazı paylaşıb.
Citypost.az xəbər verir ki, H.Oğuz yazıb ki, Türkiyə TV-ləri, özəlliklə CNN Türk kanalı Müştəba Xameneidən çox İrançı kəsilib. "Adam bu televiziyanın analizlərini dinləyəndə özünü SEPAH-ın "Tasnim" xəbər agentliyinin Türk redaksiyasında hiss edir" — deyə jurnalist qeyd edib. Oğuza görə, İranpərəst analitiklər öz mövqelərini İslam həmrəyliyi kimi təqdim etməyə çalışırlar.
Jurnalist sual qoyub: görəsən, bu gün Türk İslamşüvənlərinin az qala müqəddəslik donu geyindirdiyi İran SEPAH-ı, Türkiyə ABŞ və İsrailin hücumlarına məruz qalardısa, eyni həssasiyyəti sərgiləyərdimi?
Heydər Oğuz vurğulayıb ki, yaşanmamış bir hadisəni yorumlamaq çətindir, bunu yalnız sözügedən dövlətin bənzər hadisələr qarşısında keçmiş davranışlarını gözdən keçirərək müəyyənləşdirmək olar. Bu baxımdan jurnalist "gözüçıxmış" 2 müsəlman qardaşımızın — Əfqanıstan və İraqın — ABŞ işğalına məruz qalanda İranın sərgilədiyi davranışlara diqqət çəkib. Oğuz xatırladıb ki, ABŞ 2001-ci ildə Əfqanıstanı, 2003-cü ildə isə İraqı işğal etmişdi. Həmin işğallarda ABŞ-a koalisiya qüvvələrindən də artıq dəstək verən bir başqa güc vardı — İran.
Jurnalist bu iddianı İran rəsmilərinin öz etirafları ilə əsaslandırıb. İranın sabiq prezidenti Əhmədinejatın 2009-cu ildə İRNA agentliyinə verdiyi müsahibəsinə istinad edən Oğuz onun sözlərini xatırladıb: "Amerika İranın şər oxunun bir hissəsi olduğunu deyir. Onlar bizi belə bir təhqir edirlər, baxmayaraq ki, İran Əfqanıstan və İraqda onlarla ən çox əməkdaşlıq edən ölkə olmuşdur."
Heydər Oğuz həmçinin SEPAH-ın keçmiş yüksək rütbəli komandiri Möhsün Rzainin 2005-ci ildə verdiyi müsahibəsinə də yer verib. Rzainin sözlərinə görə, İranın Əfqanıstan və İraqdakı müttəfiqləri Taliban hökumətinin və Səddam Hüseynin devrilməsində mühüm rol oynadılar və İran bu ölkələrə lazımi yardımı göstərdi.
Jurnalist İranın həmin illərdəki prezidenti Məhəmməd Xatəminin sözlərini də xatırladıb: "Taliban bizim düşmənlərimiz idi. Amerika da Talibanı öz düşmənləri hesab edirdi. Əgər onlar Talibanı devirsəydilər, bu, İranın maraqlarına xidmət olardı."
H.Oğuz maraqlı bir tarixi epizodu da qeyd edib. Onun yazdığına görə, Əfqanıstanın işğalından əvvəl Avropa şəhərlərindən birində ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə mütəxəssisi Ryan Kroker ilə görüşən İranın baş müzakirəçisi onun qarşısına Əfqanıstanın xəritəsini qoyaraq əvvəl hansı, sonra hansı istiqamətlərdə hücum etməyin qələbə qazandıracağını izah edib. İddialara görə, Əfqanıstanın işğalı İranın bu tövsiyələri nəzərə alınaraq həyata keçirilib.
Jurnalist həmçinin İranın yüksək vəzifəli diplomatı Hüseyn Musəviyanın 2017-ci ildə Xameneiyə bağlı "Keyhan" qəzetinə müsahibəsinə istinad edib. Musəviyan ölkəsinin bu satqınlığını etiraf edərək xəyanətkarlıqda "reformistləri" günahlandırıb. Jurnalişin qeyd etdiyinə görə, həmin "xəyanətkar reformist diplomat" 2013-2021-ci illər arasında İranın Xarici İşlər naziri vəzifəsini yürütmüş Məhəmməd Cavad Zərif olub. Zərif özü də İraq və Əfqanıstanın işğalında İranın ABŞ-a əvəzsiz dəstək verdiyini etiraf edərək günahı 2020-ci ildə ABŞ tərəfindən öldürülmüş "Qüds gücü" komandanı Qasım Süleymaninin üstünə atmışdı.
Heydər Oğuz 2015-ci ildə imzalanan P5+1 sazişinə də toxunub. Jurnalistin yazdığına görə, Cavad Zərifin diplomatik fəaliyyəti sayəsində imzalanan bu sazişin tələblərinə uyğun olaraq İran faktiki olaraq 15 ildən sonra nüvə silahı istehsal etmək hüququ qazanmışdı. Lakin 2017-ci ildə hakimiyyətə gələn Tramp bir ildən sonra P5+1 sazişindən geri çəkilmiş, beləcə İranın bütün ümidləri qursağında qalmışdır.
Jurnalist yazısını bu sözlərlə yekunlaşdırıb: "Bunları deməklə mən İsrail və ABŞ cütlüyünün İrana qarşı apardığı amansız müharibəyə haqq qazandırmaq fikrində deyiləm. Həqiqətən də bu müharibə haqsız və ədalətsiz, beynəlxalq hüquqa sığmayan bir savaşdır. Bu savaşı aparanları qınamaq, lənətləmək lazımdır. Amma lənətləyərkən də ölçünü qaçırmamalı, İranı süddən çıxmış ağ qaşıq kimi təqdim etməməliyik."
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Politoloq: “İran-ABŞ atəşkəsi həssasdır, qalıcı sülh üçün ciddi şərtlər lazımdır”
Politoloq Fərhad Mehdiyev İran və ABŞ arasında əldə olunan atəşkəsin vəziyyətini şərh edib.Citypost.az xəbər verir ki, alim bildirib ki, mövcud atəşkəs olduqca həssas və qeyri-müəyyəndir, onun uzunmüddətli sülhə çevrilməsi isə çətin görünür. Onun sözlərinə görə, prosesdə vasitəçilərin real zəmanət mexanizmi yoxdur və tərəflər arasında öhdəliklər tam formalaşmayıb.F.Mehdiyev qeyd edib ki, İsrailin razılaşmada rəsmi imza atmaması və heç bir öhdəlik götürməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. O həmçinin bildirib ki, atəşkəs dövrü İsrail üçün hərbi hazırlıqları bərpa etmək imkanı yarada bilər.Politoloqun fikrincə, davamlı və ədalətli sülh üçün bir sıra minimal şərtlər tələb olunur. Bunlara qarşılıqlı hücum etməmək zəmanətləri, İranın mülki nüvə proqramının...
09 Aprel 2026, 12:52
Politoloq: “Hörmüz boğazında ‘tranzit haqqı’ iddiası təhlükəli presedent yaradır”
Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında yayımladığı açıqlamaya münasibət bildirib.Citypost.az xəbər verir ki, Trampın paylaşımında Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunduğu, İranın nüvə silahı əldə etməyəcəyi və boğazın açıq qalacağı qeyd olunub.Politoloq bildirib ki, atəşkəs dövründə Hörmüz boğazı ilə bağlı yayılan “tranzit haqqı” və icazə rejimi barədə iddialar ciddi hüquqi və geosiyasi risklər yaradır. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq hüquqa əsasən açıq dəniz naviqasiyası üçün xüsusi rejimə malik strateji su yoludur və burada hər hansı birtərəfli məhdudiyyət beynəlxalq qaydalarla ziddiyyət təşkil edə bilər.T.Rzayev qeyd edib ki,...
09 Aprel 2026, 12:19
Şərhçi: “ABŞ-İran anlaşması üçün əsas şərtlər prinsipcə uyğundur”
Şərhçi Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın İranla sülh prosesinə dair irəli sürdüyü şərtləri dəyərləndirib.Citypost.az xəbər verir ki,O bildirib ki, Trampın irəli sürdüyü iki əsas tələb – İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması – mahiyyət etibarilə mürəkkəb və danışıqlara qapalı şərtlər deyil.Şərhçinin sözlərinə görə, İran nüvə məsələsində razılaşmaya açıq tərəf kimi görünür və Hörmüz boğazının uzunmüddətli bağlanması da real ssenari deyil. Bu baxımdan, hazırkı şərtlər ümumi razılaşma üçün imkan yaradır.K.Rövşənoğlu qeyd edib ki, əvvəllər müzakirə olunan “proksi qüvvələr” və “ballistik raket proqramı” kimi əlavə tələblər hazırkı mərhələdə gündəmdə deyil. Onun fikrincə, bu da danışıqlar prosesində prinsipial...
09 Aprel 2026, 12:08
Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”
Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...
09 Aprel 2026, 11:04
Politoloq: “Atəşkəs sadəcə ‘taym-aut’dur, gərginlik arta bilər”
Politoloq Rusif Məmmədsoy bölgədəki son vəziyyətlə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, mövcud şəraitdə davamlı atəşkəsdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan razılaşma daha çox qısa müddətli fasilə xarakteri daşıyır və əsas məqsəd yaxın saatlarda gözlənilən şiddətli zərbələrin qarşısını almaq olub.R.Məmmədsoy qeyd edib ki, bu razılaşmanın uzunmüddətli olacağı şübhə altındadır və bunu “taym-aut” kimi qiymətləndirmək daha doğru olar.Politoloq əlavə edib ki, proseslərin gələcəkdə daha geniş miqyas alacağı ehtimalı yüksəkdir. Onun fikrincə, perspektivdə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması mümkündür.Ekspert vurğulayıb ki, regionda gərginlik hələ uzun müddət davam edə və yeni...
09 Aprel 2026, 10:55
Nigar Sabirqızı: “Bu müharibədə əsas sual qalibin kim olması deyil”
Jurnalist Nigar Sabirqızı ABŞ-İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım jurnalist bildirib ki, müharibədə kimin qalib gəlməsi məsələsi onun üçün əsas deyil. Müəllif qeyd edib ki, onun üçün prioritet məsələ Azərbaycan və Türkiyənin maraqlarıdır, xüsusilə də Güney Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətidir.Jurnalistin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar uzun illər müxtəlif təzyiqlərlə üzləşib və onların hüquqları tez-tez pozulub. Bununla belə, İran rejiminin dəyişməsi halında bu vəziyyətin yaxşılaşıb-yaxşılaşmayacağı da sual altındadır.N.Sabirqızı hesab edir ki, hazırkı vəziyyətdə əsas diqqət “müharibədə kim qalib gəldi” sualına deyil, bu qarşıdurmanın cəmiyyətə nəyi göstərdiyinə yönəlməlidir. Onun fikrincə, baş verənlər Azərbaycanda...
09 Aprel 2026, 10:50