Bizə yazın

Baku

-°C

USD

-

Ədalət Verdiyev: "İranın daş dövrünə qayıtması üçün 30-40 qrafit bombası kifayət edir"  

Siyasət 07 Aprel 2026, 08:27

537

Hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında İranla bağlı son vəziyyəti şərh edib.

Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bildirib ki, İrana Hormuz boğazının açılması üçün verilən vaxt bitib və İran boğazı açmaqdan imtina edib. Ekspertin qeyd etdiyinə görə, can üstə olan İranın ABŞ-a qarşı sərt irəli sürməsi də vəziyyəti qəlizləşdirir.

Hərbi ekspert əlavə edib ki, ABŞ və İsrail tərəfindən İranın "qaranlığa qərq olması və daş dövrünə qayıtması" istiqamətində hərbi obyektləri ilə bərabər enerji infrastrukturu, körpülər, su anbarları, rabitə qovşaqları və banklar hədəf alınacaq. İran hakimiyyəti isə buna cavab olaraq İran dövlət televiziyası (İRİB) vasitəsi ilə vətəndaşları elektrik stansiyaları və digər əsas infrastruktur obyektlərinin yaxınlığında toplaşmağa çağırıb.Normal dövlət mülki əhali arasında itkiləri azaltmaq üçün addımlar atmalı idi. Lakin ekspertin fikrincə, cəmi bir ay əvvəl on minlərlə vətəndaşını qətlə edən molla rejimində bu məsələ tərsinədir. "Mülki əhalinin itkilərini artırmaqla SEPAH generalları ABŞ və İsraili beynəlxalq təzyiq obyektinə çevirməyə çalışır. Amma bu variant artıq işləmir. Dünya insan həyatına dəyər verməyən SEPAH və dini diktatura rejimindən, İran adlı təhlükədən tamamilə qurtulmaq istəyir" — deyə ekspert yazıb.

Hərbi ekspert ABŞ prezidenti Donald Trampın "İranın daş dövrünə qayıtması" barədə bəyanatının nüvə silahının tətbiqi ilə əlaqəsi olmadığını da vurğulayıb. Verdiyev bildirib ki, belə absurd şərhlərlə ictimaiyyət arasında narahatlıq yaratmaq olmaz. Ekspert izah edib ki, ən zəif nüvə silahlarının gücü Yaponiya şəhərlərinə atılandan 10 dəfələrlə çoxdur. İranın ətrafı isə ABŞ-ın müttəfiqi olan ölkələrdir. "Belə olan halda, ABŞ niyə müttəfiqləri üçün böyük təhlükə yaratmalı, İranın nüvə proqramını legitimləşdirməlidir?" — deyə Ə. Verdiyev sual qoyub.

Hərbi ekspert əlavə edib ki, İranın daş dövrünə qayıtması üçün 30-40 ədəd qrafit bombası kifayət edir. Verdiyevin sözlərinə görə, bu bombaların lifləri yüksək gərginlikli elektrik xətlərində qısa qapanmalar yaradır, amma insanlara birbaşa ziyan vurmur. Ekspert Yuqoslaviya və İraq təcrübəsinin hələ yaddaşlardan silinmədiyini də xatırladıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq: “İran-ABŞ atəşkəsi həssasdır, qalıcı sülh üçün ciddi şərtlər lazımdır”  

Politoloq Fərhad Mehdiyev İran və ABŞ arasında əldə olunan atəşkəsin vəziyyətini şərh edib.Citypost.az xəbər verir ki, alim  bildirib ki, mövcud atəşkəs olduqca həssas və qeyri-müəyyəndir, onun uzunmüddətli sülhə çevrilməsi isə çətin görünür. Onun sözlərinə görə, prosesdə vasitəçilərin real zəmanət mexanizmi yoxdur və tərəflər arasında öhdəliklər tam formalaşmayıb.F.Mehdiyev qeyd edib ki, İsrailin razılaşmada rəsmi imza atmaması və heç bir öhdəlik götürməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. O həmçinin bildirib ki, atəşkəs dövrü İsrail üçün hərbi hazırlıqları bərpa etmək imkanı yarada bilər.Politoloqun fikrincə, davamlı və ədalətli sülh üçün bir sıra minimal şərtlər tələb olunur. Bunlara qarşılıqlı hücum etməmək zəmanətləri, İranın mülki nüvə proqramının...

09 Aprel 2026, 12:52

Politoloq: “Hörmüz boğazında ‘tranzit haqqı’ iddiası təhlükəli presedent yaradır”  

Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında yayımladığı açıqlamaya münasibət bildirib.Citypost.az xəbər verir ki, Trampın paylaşımında Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunduğu, İranın nüvə silahı əldə etməyəcəyi və boğazın açıq qalacağı qeyd olunub.Politoloq bildirib ki, atəşkəs dövründə Hörmüz boğazı ilə bağlı yayılan “tranzit haqqı” və icazə rejimi barədə iddialar ciddi hüquqi və geosiyasi risklər yaradır. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq hüquqa əsasən açıq dəniz naviqasiyası üçün xüsusi rejimə malik strateji su yoludur və burada hər hansı birtərəfli məhdudiyyət beynəlxalq qaydalarla ziddiyyət təşkil edə bilər.T.Rzayev qeyd edib ki,...

09 Aprel 2026, 12:19

Şərhçi: “ABŞ-İran anlaşması üçün əsas şərtlər prinsipcə uyğundur”  

Şərhçi Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın İranla sülh prosesinə dair irəli sürdüyü şərtləri dəyərləndirib.Citypost.az xəbər verir ki,O bildirib ki, Trampın irəli sürdüyü iki əsas tələb – İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması – mahiyyət etibarilə mürəkkəb və danışıqlara qapalı şərtlər deyil.Şərhçinin sözlərinə görə, İran nüvə məsələsində razılaşmaya açıq tərəf kimi görünür və Hörmüz boğazının uzunmüddətli bağlanması da real ssenari deyil. Bu baxımdan, hazırkı şərtlər ümumi razılaşma üçün imkan yaradır.K.Rövşənoğlu qeyd edib ki, əvvəllər müzakirə olunan “proksi qüvvələr” və “ballistik raket proqramı” kimi əlavə tələblər hazırkı mərhələdə gündəmdə deyil. Onun fikrincə, bu da danışıqlar prosesində prinsipial...

09 Aprel 2026, 12:08

Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”

Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...

09 Aprel 2026, 11:04

Politoloq: “Atəşkəs sadəcə ‘taym-aut’dur, gərginlik arta bilər”  

Politoloq Rusif Məmmədsoy bölgədəki son vəziyyətlə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, mövcud şəraitdə davamlı atəşkəsdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan razılaşma daha çox qısa müddətli fasilə xarakteri daşıyır və əsas məqsəd yaxın saatlarda gözlənilən şiddətli zərbələrin qarşısını almaq olub.R.Məmmədsoy qeyd edib ki, bu razılaşmanın uzunmüddətli olacağı şübhə altındadır və bunu “taym-aut” kimi qiymətləndirmək daha doğru olar.Politoloq əlavə edib ki, proseslərin gələcəkdə daha geniş miqyas alacağı ehtimalı yüksəkdir. Onun fikrincə, perspektivdə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması mümkündür.Ekspert vurğulayıb ki, regionda gərginlik hələ uzun müddət davam edə və yeni...

09 Aprel 2026, 10:55

Nigar Sabirqızı: “Bu müharibədə əsas sual qalibin kim olması deyil”  

Jurnalist Nigar Sabirqızı ABŞ-İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım jurnalist bildirib ki, müharibədə kimin qalib gəlməsi məsələsi onun üçün əsas deyil. Müəllif qeyd edib ki, onun üçün prioritet məsələ Azərbaycan və Türkiyənin maraqlarıdır, xüsusilə də Güney Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətidir.Jurnalistin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar uzun illər müxtəlif təzyiqlərlə üzləşib və onların hüquqları tez-tez pozulub. Bununla belə, İran rejiminin dəyişməsi halında bu vəziyyətin yaxşılaşıb-yaxşılaşmayacağı da sual altındadır.N.Sabirqızı hesab edir ki, hazırkı vəziyyətdə əsas diqqət “müharibədə kim qalib gəldi” sualına deyil, bu qarşıdurmanın cəmiyyətə nəyi göstərdiyinə yönəlməlidir. Onun fikrincə, baş verənlər Azərbaycanda...

09 Aprel 2026, 10:50