Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib

Siyasət 22 May 2026, 09:12

243

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.

Spiker Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol oynayır. Sahibə Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı dəstəyin təzahürüdür.

O, Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin Qırğız Respublikasının Joqorku Keneşinə növbədənkənar seçkilərin, həmçinin Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu üzrə referendumun monitorinqinin nəticələri ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin deputatları hər iki müşahidə missiyasında fəal iştirak ediblər.

Sahibə Qafarova məmnunluqla qeyd edib ki, qardaş Qazaxıstanda keçirilən referendumun monitorinqində MDB Parlamentlərarası Assambleyasının müşahidəçi qrupunun koordinatoru vəzifəsini Milli Məclisin sədr müavini Ziyafət Əsgərov yerinə yetirib.

İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub və yekunda müvafiq qərarlar qəbul edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Heydər Oğuz: “Makron yenə qulağının dibini gördü”

Dünən Fransa prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. İlham Əliyevin özünün bildirdiyinə görə, telefon danışığında əsasən 3 məsələ müzakirə olunub: Fransa ilə Azərbaycanın ikitərəfli münasibətləri, həmçinin regional və qlobal proseslər. Bəzi media qurumlarının iddialarına görə, Makron İlham Əliyevə əsasən Azərbaycanda həbsdə yatan erməni separatçılarının azad olunması məqsədilə zəng edib. Açığı, bu versiyanı da istisna etmək fikrində deyiləm. Baxmayaraq ki, erməni separatçılarının məsələsi nə Fransa-Azərbaycan münasibətlərinə, nə regional, nə də qlobal problemlərə daxildir. Separatizmlə mübarizə hər bir suveren dövlətin öz daxili işidir və kimsə buna qarışa bilməz. Amma həyat yoldaşı Brijit xanımdan yağlı bir şapalaq yemədən ağlı başına gəlməyən Makron qulağının...

22 May 2026, 08:06

Zəlimxan Məmmədli: Bakı-Tbilisi qatarı müsbət addım kimi dəyərləndirildi

Siyasətçi Zəlimxan Məmmədli Bakı-Tbilisi-Bakı sürət qatarının yenidən açılması ilə bağlı iki ölkə arasında əldə olunan razılaşmanı müsbət addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, bu qərarı təqdir edir və qiymətlərin də vətəndaşlar üçün münasib olacağına ümid edir.Zəlimxan Məmmədli qeyd edib ki, bu prosesin davamı olaraq quru sərhədlərin tam açılması baş verərsə, bu, ciddi və mühüm hadisə olacaq. Onun sözlərinə görə, bu addım minlərlə insanın həyat səviyyəsinin yüksəlməsinə və sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına töhfə verə bilər.Əli...

21 May 2026, 11:13

Elxan Şahinoğlu: Çin–Rusiya tərəfdaşlığı taktiki xarakter daşıyır

Strateji tərəfdaşlıq taktiki xarakter daşıyırRusiya Prezidenti Vladimir Putinin və onun ətrafının Çinə səfərin nəticələrini yüksək qiymətləndirməsinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsini razılaşdıra bilməyiblər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar” fikrini səsləndirsə də, Pekindən bu mövzuda oxşar açıqlama yayımlanmayıb. Bu boru kəməriylə bağlı müzakirələr 10 ildən çoxdur davam edir və hələ də nəticə yoxdur. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi qazın böyük həcmini Çinə satmağa çalışır. Pekin Moskva ilə tərəfdaşlığını davam etdirsə də, enerji idxalında şaxələndirmə prinsipinə üstünlük...

21 May 2026, 10:58

Qulu Məhərrəmli: Çin Putinin gözlədiyini vermədi

Professor Qulu Məhərrəmli Rusiya-Çin münasibətləri və Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, o, bildirib ki, Vladimir Putinin nikbin açıqlamalarına və Çinlə strateji əməkdaşlıq müqaviləsinin imzalanmasına baxmayaraq,Moskva əsas iqtisadi məsələlərdən birini həll edə bilməyib. Professorun sözlərinə görə, danışıqlarda “Sibir Gücü - 2” qaz kəməri layihəsi ilə bağlı heç bir razılaşma əldə olunmayıb.Qulu Məhərrəmli qeyd edib ki, bu məsələ Rusiya üçün ciddi uğursuzluq hesab oluna bilər. O, həmçinin vurğulayıb ki, Moskva üçün xoşagəlməz məqamlardan biri də Çinin Ukrayna müharibəsi ilə bağlı Rusiyanı qınayan mövqe sərgiləməsi olub.Yeganə...

21 May 2026, 10:52

Xəqani Cəfərli: “Dərbənd tariximizin beşiyidir”

21 may Şimal torpaqları (Dərbənd) günüdür. Bu gün Dərbəndin işğalından 230 il ötür. Rusiya 230 il ərzində Dərbəndin unudulması üçün çox iş görsə də, istəyinə çata bilməyib. Çünki, Dərbənd Azərbaycan xalqının tarixində müstəsna rolu olan iki şəhərdən biridir. Təbriz dövlətçiliyimizin paytaxtı, ruhumuzun bütövlüyünün şəhəri, Dərbənd tariximizin və ədəbiyyatımızın beşiyidir. Dərbənd xalqımızın vahid etnos kimi formalaşması prosesinin təməllərinin atıldığı, tarix səhnəsinə çıxışımızın başlandığı məkandır. Məkkə və Mədinə ərəblərin vahid etnos kimi formalaşmasında müstəsna rol oynadığı kimi, Dərbənd və Təbriz də Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında müstəsna rol oynayıb. Təbriz bu gün Güney Azərbaycanın qeyri-rəsmi paytaxtı, Şərqi Azərbaycan vilayətinin (ostan) rəsmi mərkəzi olduğu...

21 May 2026, 10:19

Elxan Şahinoğlu: “İkinci bayraq böhranı yaratmaq istəyirlər”

Türkiyədə erməni mənşəli jurnalistlərin nəşr etdirdikləri “Agos” qəzetində Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədovun açıqlamasını qərəzli başlıqla - “Açılma tarihini Azerbaycan açıkladı” oxuculara çatdırıb. Söhbət Türkiyə-Ermənistan sərhədinin açılması perspektivindən gedir. Səfir Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinin "Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdırmı?" sualını belə cavablandırıb ki, Ermənistanda parlament seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra iki ölkə arasında sərhəd açılacaq. Bu cavabı Türkiyədə bəzi şəxslər və qruplar Azərbaycanın Türkiyənin daxili işlərinə qarışması kimi qiymətləndirib. Halbuki, səfir müsahibədə Türkiyə ilə Azərbaycanın Ermənistan siyasətini koordinasiyalı şəkildə həyata keçirdiyini sözlərinə əlavə edib. Bunu Türkiyə rəsmiləri də açıqlamalarında dönə-dönə vurğulayırlar. Azərbaycan və Türkiyə Ermənistanla danışıqları sinxron şəkildə aparır,...

21 May 2026, 08:16