Taleh Şahsuvarlı: Özgür Özəl CHP-də yeni mərhələnin simvoluna çevrilir
Siyasət 25 May 2026, 08:02
379
Türkiyədə müxalif düşərgədə baş verən proseslər siyasi dairələrdə geniş müzakirə olunur.
Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı siyasi şərhçi Taleh Şahsuvarlı sosial şəbəkə hesabında diqqətçəkən fikirlər səsləndirib.
Onun sözlərinə görə, Kemal Kılıçdaroğlu yenidən partiya rəhbərliyindən uzaqlaşdırılmasa, Cumhuriyet Halk Partisi mövcud böhrandan çıxa bilməyəcək.
Ekspert qeyd edib ki, qarşıdakı iki ay ərzində partiyanın yenidən qurultay keçirməsi və Kılıçdaroğlunun partiyadan uzaqlaşdırılması vacib görünür. Bununla belə, o, belə bir ssenarinin reallaşacağına inamın zəif olduğunu vurğulayıb.
Taleh Şahsuvarlı bildirib ki, partiyanın bütün maddi-texniki resursları və hüquqi strukturları hazırda Kılıçdaroğlunun imzasından asılı vəziyyətdədir. Bu səbəbdən Özgür Özel komandasının qərargahlar, büdcə, nəqliyyat vasitələri və təbliğat imkanlarından istifadəsinin məhdudlaşdırılacağı iddia olunur. Onun fikrincə, hətta Halk TV belə Kılıçdaroğluna yaxın mövqe sərgiləyə bilər.
Şahsuvarlı qeyd edib ki, CHP-nin hazırda təxminən 35 faizlik elektoratı mövcuddur və bu yüksəlişin əsas səbəbi partiyanın təşkilati kimliyi ilə yanaşı, Özgür Özelin rəhbərlik etdiyi yeni siyasi nəslin yaratdığı vizion olub. Lakin CHP-yə bağlı bələdiyyələrə qarşı keçirilən əməliyyatların bu siyasi xəttə ciddi zərbə vurduğu vurğulanıb.
Həmçinin oxuyun
Ekspert hesab edir ki, partiyanın formal idarəetmə mexanizmləri ilə yeni lider arasında artıq ciddi uçurum yaranıb və tərəflərin ortaq maraqlarda birləşməsi çətin görünür.
Bununla yanaşı, Taleh Şahsuvarlı Türkiyə siyasi tarixində partiyaların bağlanması və liderlərin siyasi qadağalardan sonra yenidən güclənməsi hallarının çox olduğunu xatırladıb. Onun fikrincə, yaşanan proseslər əslində Özgür Özelin siyasi çəkisini daha da artırıb.
“Əgər həbs olunmasa və strateji baxımdan düzgün plan qura bilsə, Özgür Özel fərqli elektorat seqmentlərini də ətrafına toplaya bilər”, – deyə o bildirib.
Şahsuvarlı xüsusilə Özgür Özelin tərəfdarları ilə birlikdə yağış altında yürüş etməsini və TOMA üzərinə çıxaraq çıxış etməsini simvolik liderlik nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu görüntülər Türkiyə siyasətində uzun müddət yadda qalacaq.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədalət Verdiyev: ABŞ-ın İrana hava zərbəsi ehtimalı artır
Hərbi ekspert Ədalət Verdiyev ABŞ və İranla bağlı son paylaşımları şərh edib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Donald Trump tərəfindən İran xəritəsinin ABŞ bayrağı ilə paylaşılması və paralel olaraq Recep Tayyip Erdoğana təşəkkür mesajı göndərilməsi diqqətçəkən məqamdır.Ekspertin sözlərinə görə, Trampın bundan əvvəl də İrana hücumdan bir gün əvvəl Türkiyə prezidentinə təşəkkür etdiyi xatırlanır. O, həmçinin ABŞ administrasiyasının aparat rəhbəri tərəfindən B-2 bombardmançılarının uçuşu ilə bağlı paylaşıma da diqqət çəkib.Ədalət Verdiyev qeyd edib ki, oxşar paylaşımın əvvəlki İranla bağlı əməliyyatdan bir gün öncə də edildiyi nəzərə alınarsa, bu, sabah ABŞ tərəfindən İrana hava zərbələri endirilməsi ehtimalını artıran göstərici kimi qiymətləndirilə...
25 May 2026, 10:34
Nadir Azəri: WUF13 Bakını qlobal dialoq mərkəzinə çevrildiyini bir daha təsdiqlədi
“Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal təşəbbüslərdə artan rolunu bir daha nümayiş etdirdi. Forum yalnız şəhərsalma sahəsində mühüm platforma kimi deyil, eyni zamanda beynəlxalq dialoq, əməkdaşlıq və qlobal həmrəyliyin təşviqi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan tədbir kimi yadda qaldı”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.Nadir Azəri qeyd edib ki, WUF13 Bakının artıq beynəlxalq tədbirlərin keçirildiyi adi məkan deyil, qlobal qərarların, strateji yanaşmaların və mühüm müzakirələrin aparıldığı etibarlı siyasi platformaya çevrildiyini növbəti dəfə təsdiqlədi: “Azərbaycan paytaxtı bu forum...
25 May 2026, 09:55
M.Əsədullazadə: “Moskva Ukraynanın əsas strateji hədəfinə çevrilir”
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyanın Kiyev şəhərinə həyata keçirdiyi son kütləvi raket hücumlarını şərh edib.Citypost.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında yazıb ki, Rusiyanın “Oreşnik” və “İsgəndər” raketləri ilə Kiyevə endirdiyi zərbələr Ukraynanın son dövrlərdə intensivləşən hərbi hücumlarına cavab xarakteri daşıyır.Onun sözlərinə görə, Rusiyanın Kiyevdə mülki obyektləri hədəfə alması əsasən Ukraynanın artan hücumlarının qarşısını almağa və rəsmi Kiyevi müəyyən güzəştlərə məcbur etməyə hesablanıb.Məhəmməd Əsədullazadə bildirib ki, Qərbin dəstəyi fonunda Ukraynanın hücum imkanları daha da genişlənir. O qeyd edib ki, United States tərəfindən Ukraynaya yeni silah partiyalarının göndərilməsi müharibənin miqyasını və dağıdıcı potensialını artırır.üharibə artıq...
25 May 2026, 09:25
Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər."Report"un Avropa bürosunun məlumatına görə, dünən axşam Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və "Euronest"dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.Xüsusilə, Avropa Parlamentinin "Euronest"dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə "Şərq tərəfdaşlığı" çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin...
22 May 2026, 09:56
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.Spiker Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox...
22 May 2026, 09:12
Kənan Rövşənoğlu: Trampın kürdlərə silah verilməsi ilə bağlı iddialar ətrafında suallar artır
Jurnalist Kənan Rövşən oğlu ABŞ Prezidenti Donald Trampın kürdlərlə bağlı səsləndirdiyi fikirlərə və silah tədarükü iddialarına münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, Trampın kürdləri qınayaraq onlara verilən silahların İrana qarşı müharibədə istifadə olunmaması ilə bağlı iradları diqqət çəkir. Jurnalistin sözlərinə görə, bu məsələnin arxasında suallar doğuran məqamlar və ziddiyyətli iddialar mövcuddur.Kənan Rövşən oğlu bildirib ki, Kürdüstan Azad Həyat Partiyası (PEJAK) yayılan iddialara reaksiya verərək silah və sursat aldıqları ilə bağlı deyilənləri təkzib edib və Trampdan silahların kimə verildiyini açıqlamağı tələb edib.O vurğulayıb ki, PEJAK sözçüsü partiyanın heç bir qüvvədən silah almadığını bəyan edib.Jurnalist həmçinin qeyd edib ki,...
22 May 2026, 08:51