Vüqar Rəhimzadə: Azərbaycan Heydər Əliyev yolunda yeni zirvələr fəth edir
Siyasət 14 İyul 2026, 13:54
429
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə başlamasından 57 il ötür. 1969-cu il iyulun 14-də Ümummilli Liderin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük intibahın təməli qoyuldu. Dahi rəhbərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş İttifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək sözün əsl mənasında həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi. Bu fikir daim sonsuz qürur hissi ilə vurğulanır ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsidir. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı həmin illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindəndir.
Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdəAzərbaycan xalqında milli ruhun canlanmasına xidmət etmiş, özünüdərkə və soykökə qayıdışa zəmin yaratmış, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Prezident İlham Əliyev Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən “Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər” söyləyərək bu reallığı da xüsusi qeyd edir ki, Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu Öndərin Sovet rəhbərliyində tutduğu yüksək vəzifələrindən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Kremldəki himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, həmin dövrdə əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri belə çirkin əməllərə əl atmağa cürət etməzdilər. O zaman Ulu Öndərin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. 1987-ci ilin oktyabr ayından sonra siyasi fəaliyyətdən kənarda qalmasına baxmayaraq, Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Oxu24.com-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, daha xoşbəxt gələcəyə doğru uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyəti olmuşdur. İlk hakimiyyəti dövründə ölkəmizi keçmiş SSRİ məkanında ən geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın gələcək taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdaraq doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdi. Dahi rəhbər davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. Azərbaycanın iqtisadi inkişafında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki mərhələsində yaratdığı möhkəm təməl əhəmiyyətli rol oynayıb. 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar Ulu Öndər Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.
Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsi məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması bu gün ölkəmizin dünya çapında iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Ümummilli Lider hələ o vaxtlar iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımların atılmasına geniş imkanlar yaratdı. Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə yaradılan Dövlət Neft Fondu bu gün müstəqil Azərbaycan Respublikasında neft gəlirlərindən səmərəli istifadəni, şəffaflığın qorunmasını təmin edir. Bütün dövrlərin təhlili Ulu Öndərin vaxtilə böyük uzaqgörənliklə bəyan etdiyi bu reallığı təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Həmçinin oxuyun
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın yeni inkişaf mərhələsinin əsası, qurtuluş tarixinin başlanğıcı kimi dəyərləndirilən 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyev respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Məqsədyönlü qərarları ilə çox qısa müddətdə ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Həmin illər, eyni zamanda, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği dövrü kimi xarakterizə edilir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı davamlı addımlara diqqət yetirmək kifayətdir. Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması məsələsində dahi şəxsiyyətin misilsiz xidmətləri vardır. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edilmişdir. Bu, həmin dövr üçün son dərəcə cəsarətli addım idi və ana dilimizin hüquqi müstəvidə tanınmasının təməlini qoyurdu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında da bu prinsip qorunub saxlanılmışdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.
Ulu Öndərin tariximizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin qorunması, təbliği istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir. Təbii ki, dahi rəhbərin bütün bu addımları dövlətinə, xalqına sevgisindən, Azərbaycanı hər zaman zirvələrdə görmək istəyindən irəli gəlirdi. Hər zaman dönə-dönə vurğulandığı kimi, Ümummilli Lider Heydər Əliyev artıq dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını vahid amal ətrafında sıx birləşdirdi,
Millət vəkili bildirib ki, uğurlarımız, Azərbaycanın bugünkü reallıqları Ümummilli Lider Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə, həmçinin fəaliiyətinin Naxçıvan mərhələsində Azərbaycanın bu günü, müstəqil gələcəyi üçün mühüm addımlar atıb. Bu gün hansı sahəyə nəzər salsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Son 22 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi, ən əsası dahi şəxsiyyətin ən böyük arzusu olan torpaqlarımızın azad edilməsini reallaşdırdı. Bu gün Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təkmil siyasəti nəticəsində bu təqdimata əlavə edilən qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə ifadəsini qürurla işlədirik. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması, Qarabağımızın, Şərqi Zəngəzurumuzun diplomatik mərkəzə çevrilməsi hər birimiz üçün sonsuz qürur, sevinc mənbəyidir. Azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir. Onların malik olduqları iqtisadi potennsialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafına töhfələrin verilməsi üçün Dövlət proqramları, Milli Prioritetlər icra edilir. Azad edilmiş torpaqlarımız müasir tələblər əsasında qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu qürurverici məqamı da xüsusi qeyd etməliyik ki, artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan sülh gündəliyinin müəllifi, onu gercəkliyə çevirən ölkə kimi dünyanın diqqətindədir.
Vüqar Rəhimzadə qeyd etdikləri fonunda bu ümumiləşdirməni aparıb ki, Ulu Öndər Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövlətini yaratmaqla kifayətlənmədi, həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. İctimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması və uğurlu icrası, qeyri-neft sektorunun inkişaf etdirilməsi və sair kimi proseslər Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Onun siyasi fəaliyyəti Azərbaycana xidmətin ən təkmil nümunəsidir. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan zirvələri fəth edir, yeni zəfərlərə imza atır. Qarabağ münaqişəsinin tarixə qovuşması ilə regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaradılmasına nail olan Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yeni-yeni hədəflərə doğru daha böyük inamla addımlayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputat: Prezidentin Şuşa çıxışı xarici siyasətin prioritetlərini açıqladı
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji bir çıxış idi. Çıxışın ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktor kimi çıxış edir.Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.P.Vəliyevanın sözlərinə görə, Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə,...
14 İyul 2026, 13:27
Siyasətçi: 14 iyul Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsidir
14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında köklü dönüşün əsasını qoyub.Oxu24.com xəbər verir ki, bu fikirləri ictimai xadim, sabiq deputat Elnur Allahverdiyev bildirib.O qeyd edib ki, qısa müddət ərzində həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verib. Yeni sənaye müəssisələri yaradılıb, kənd təsərrüfatı modernləşdirilib, elm və təhsil sahələrinə xüsusi diqqət ayrılıb, milli kadr hazırlığı prioritet istiqamətlərdən birinə çevrilib. Nəticədə Azərbaycan keçmiş ittifaqın ən dinamik inkişaf edən respublikalarından biri kimi tanınıb.Elnur Allahverdiyevin sözlərinə görə, Heydər Əliyevin uzaqgörən...
14 İyul 2026, 11:38
Səftər Rəhimli: Şuşa Qlobal Media Forumu intellektual platformaya çevrilib
Beynəlxalq münasibətlər tarixində elə platformalar var ki, onların dəyəri keçirilən tədbirin miqyası ilə deyil, formalaşdırdığı siyasi və intellektual diskursla ölçülür. IV Şuşa Qlobal Media Forumu da məhz bu qəbildən olan hadisələrdəndir.Şuşa bu dəfə təkcə coğrafi məkan deyil, qlobal informasiya axınının, siyasi dialoqun və geosiyasi müzakirələrin kəsişdiyi bir mərkəz kimi çıxış etdi. Müasir dövrdə informasiya artıq yalnız xəbərin ötürülməsi vasitəsi deyil; o, dövlətlərin yumşaq gücünün, diplomatik təsir imkanlarının və beynəlxalq legitimlik uğrunda mübarizəsinin mühüm elementidir. Bu baxımdan Şuşadan səslənən fikirlərin forumun keçirildiyi günlə məhdudlaşmayacağı, beynəlxalq media, ekspert dairələri və siyasi qərarvericilər arasında müzakirə mövzusu olacağı şübhə doğurmur.Forumun ən mühüm məqamı Prezident...
14 İyul 2026, 11:25
Tənzilə Rüstəmxanlı: Şuşa artıq qlobal media mərkəzidir
Artıq ənənə halını almış və dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin bir araya gəldiyi platforma deyil, həm də qlobal informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və həqiqətin müdafiəsi istiqamətində beynəlxalq dialoqun mühüm mərhələsidir.Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biridir. Forum təkcə media nümayəndələrinin görüş platforması deyil, həm də müasir dünyanın informasiya çağırışlarının, beynəlxalq təhlükəsizliyin, rəqəmsal transformasiyanın, süni intellektin, informasiya müharibələrinin və sülhün təşviqində medianın rolunun müzakirə edildiyi qlobal platformadır.Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun...
14 İyul 2026, 10:14
Deputat: Heydər Əliyevin irsi Azərbaycanın inkişafının təməlidir
14 İyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Milli Məclisin deputatı Asif Əsgərov paylaşım edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin inkişaf tarixində yeni mərhələnin başlanğıcı olub. Onun sözlərinə görə, məhz Ümummilli Liderin rəhbərliyi ilə respublikanın iqtisadi, sosial və mədəni həyatında əsaslı dönüş yaradılıb, milli kadr potensialı formalaşdırılıb, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunub.Asif Əsgərov vurğulayıb ki, həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl formalaşdırıb.Deputat qeyd edib ki, 1993-cü ildə...
14 İyul 2026, 10:00
Tural İrfan: Dünyanı yenidən qana çalxalayırlar
ABŞ İranın Hörmüzgan əyalətini vurdu. Səudiyyə Ərəbistanı Yəmənin Səna aeroportunu vurdu. Husilər də Səudiyyənin hava limanlarını bombalayır. İran da Küveyti, Bəhreyni vurur. Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyacağını deyib.Bu sözləri Citypost.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib.Siyasətçi əlavə edib ki, yəqin sabaha - biri günə İsrail də Livanı bombalayar. Beləcə ağsaqqallar dünyanı yenidən qana çalxadılar.Məhərrəm ayı haram aydır. Ərəblər əzəldən bu ayda savaşmayıblar. Hətta qan davalarına da fasilə veriblər.T.İrfanın sözlərinə görə, əsasən də bu adətə Yəmən və Nəcd, Yəmamə, Hicaz ərəbləri ciddi əməl edib, İslam da bu adəti qüvvədə saxlayıb. Amma ABŞ Səudiyyənin,...
14 İyul 2026, 08:39