Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin iclası başladı

Siyasət 29 Noyabr 2024, 11:12

4372

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxildir.

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramovla Fuad Oktay Ermənistanla sülh prosesini müzakirə edib 

Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdik.APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

24 Fevral 2026, 13:46

Pərvanə Vəliyeva:“Xocalı soyqırımı insanlıq tarixində misli görünməmiş faciədir”

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bundan başqa, 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 487 insan şikəst olub, 1275 nəfər isə əsir götürülmüşdür. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Xocalı...

24 Fevral 2026, 12:05

Millət vəkili:Azərbaycan qlobal sülhdə aparıcıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınırMilli Məclisin deputatı Ülviyyə Həmzəyeva Citypost.az saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, ölkə başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı, müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və söz sahibinə çevrilməsinin növbəti bariz nümunəsidir.Deputat vurğulayıb ki, bu, həmçinin Prezident İlham Əliyevin uzunmüddətli, uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. “Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi məkanda sülh, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi və aparıcı iştirakçısı kimi çıxış...

20 Fevral 2026, 14:28

Azər Həsrət:Təxribat cəhdləri ölkəmizin nüfuzunu sarsıda bilmədi

ABŞ-da keçirilmiş beynəlxalq Sülh Şurasının toplantısında Azərbaycan üçün əlamətdar məqamlar yaşanıb.Jurnalist Azər Həsrət Citypost.az saytına açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trump və vitse-prezident C.D. Vens Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan dövləti haqqında xoş sözlərini dəfələrlə səsləndirərək təqdirlərini ifadə ediblər.Azər Həsrət vurğulayıb ki, belə münasibət Azərbaycanın beynəlxalq gündəmdə mövqeyini gücləndirib və ölkənin dünya səhnəsində diqqət mərkəzində olmasına səbəb olub. Jurnalist həmçinin Prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş verən təxribat cəhdlərinə toxunub. Onun sözlərinə görə, təxribatın əsas təşkilatçılarından biri Amerika Erməni Milli Komitəsi olub və bəzi ABŞ konqresmenləri, o cümlədən Frank Palloni və Laura Friedman, anti-Azərbaycan təbliğat kampaniyasında fəal...

20 Fevral 2026, 11:21

Milli Məclisin iclası başlayıb 

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi daxil olmaqla, ümumilikdə 10 məsələ var.İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

20 Fevral 2026, 10:48

Azər Ələkbərov: “Prezidentə hörmətsizlik qəbuledilməzdir”

Hüquq üzrə fəlsəfə doktoru, Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyinin rəhbəri Azər Ələkbərov sosial şəbəkədə paylaşdığı statusda dövlət başçısının xarici səfərləri zamanı ona qarşı səsləndirilən təhqir və çağırışlarla bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, Azər Ələkbərov bildirib ki, ölkə rəhbərinin təhlükəsizliyi və nüfuzunun qorunması yalnız bir neçə əməkdaşın üzərinə düşməməlidir. Onun sözlərinə görə, dövlət tərəfindən yüksək səviyyədə maliyyələşən hüquq-mühafizə və təhlükəsizlik orqanları – kəşfiyyat, əks-kəşfiyyat, prokurorluq və polis strukturları üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirməlidirlər.A.Ələkbərov qeyd edib ki, ölkədə kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb, yeni qurumlar yaradılıb və əlavə maliyyə vəsaitləri ayrılıb. Buna baxmayaraq, sosial şəbəkələrdə...

20 Fevral 2026, 10:08