Şahin Cəfərli: Türkiyədə siyasi proseslər yeni mərhələ tələb edir
Siyasət 26 May 2026, 09:00
296
Anadoluda modernizasiya və demokratikləşməyə aşağıların mübarizəsi ilə nail olunmayıb.
Osmanlı dövründəki “Sənəd-i ittifaq”, Tanzimat fərmanı, “Qanun-i Əsasi”, I və II Məşrutiyət, imperiyanın dağılmasından sonra dünyəvi Cümhuriyyətin qurulması, daha sonra demokratik seçki institutunun təsis edilməsi elitaların iradəsi ilə gerçəkləşmiş hadisələr və nailiyyətlərdir. Hətta hərbi çevrilişlərdən sonra xunta rejimləri özləri qısa müddətdə hakimiyyəti seçki yolu ilə xalqın seçdiyi mülkilərə təhvil veriblər. (Bu yerdə 1980 çevrilişinin ağır fəsadlarının hələ davam etdiyini də xatırlatmağa ehtiyac var).
Bu baxımdan hazırda Türkiyədə baş verən hadisələrdə bəlkə də bir hikmət axtarmaq gərəkdir. Toplumlar mübarizə aparmaqla, bədəllər ödəməklə əldə etdiklərinin dəyərini daha yaxşı anlayır və qazandıqlarına sarılıb, mühafizə etməyə çalışır. Yuxarıdan verilənlər isə normal, olmalı olan bir şey kimi dərk edilir. İndi elə bir mərhələ gəlib çatdı ki, türk xalqı öz hüquqları, seçmə-seçilmə haqqı, respublika dəyərləri üçün mübarizə aparmaq, bədəllər ödəmək məcburiyyətindədir, əks halda ölkə Orta Şərqin despotik rejimləri sırasına qatılacaq. İçəridən və kənardan sürətlə onu həmin bataqlığa çəkirlər.
“Hababam sınıfı”nda Mahmut hocanın (mərhum Münir Özkul) məktəb haqqında aforizmə çevrilmiş ifadəsini bilirsiniz: məktəb sadəcə dörd tərəfi divarla əhatələnmiş, üzərində damı olan bir yer deyil, məktəb hər yerdir. Bunu siyasətə də aid etmək olar. Siyasət xalq üçün, xalqla birlikdə həyata keçirilən (keçirilməli olan) fəaliyyətdir. Ehtişamlı binalar, dəbdəbəli ofislər zərurət deyil. Dörd divar arasından çıxaraq küçədə insanların duyğularına xitab edə, onlarla həmdərd ola bilirsinizsə, bağlı qapılar arxasında elitlərarası anlaşmalar yolu ilə siyasət qurmaqdan imtina edərək xalqla birlikdə hərəkət edirsinizsə, onun sevgi və dəstəyinə nail olursunuz. Bu baxımdan Özgür Özəlin bugünkü qərarları və davranışları partiya sədrliyindən gerçək liderliyə doğru iri addımdır. O, krizisi yaxşı idarə etdi. Dramatik başlayan, müxalif kütlələrdə depressiv əhvala səbəb olan gərgin gün Böyük Millət Məclisinə yürüş və oradakı parkda spontan mitinqin nəticəsində gələcəklə bağlı ümid işığının yenidən yanması ilə yekunlaşdı. Maddi-texniki itkini siyasi qazanca çevirmək mümkün oldu.
Həmçinin oxuyun
Qarşıda növbəti ağır mərhələ var. Mən CHP markasının artıq itirildiyini (müvəqqəti) düşünürəm və Kılıçdaroğunu ora qaytaran gücün fövqəladə qurultay keçirilməsinə imkan verəcəyinə inanmıram. İpi başqalarının əlində olan işbirlikçi kukla çirkinləşməyə davam edəcək, onunla çənə-boğazın mənası yoxdur, zatən qərarları da o vermir Karfagen sərkərdəsi Hannibalın dediyi kimi, ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır. Çox gecikmədən yeni siyasi partiyanın bayrağı altında mübarizənin yeni mərhələsinə başlamaq lazımdır.
Şahin Cəfərli
Politoloq
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Siyasətçi: Türkiyə geosiyasi gücünü artırır
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Türkiyədəki siyasi prosesləri və müxalifətin gələcək perspektivlərini şərh edib.Citypost.az xəbər verir ki, siyasi ekspert bildirib ki, Türkiyədə demokratik ənənələr müəyyən zərbələr alsa da, ölkənin geosiyasi gücü artmaqda davam edir. Onun sözlərinə görə, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Özgür Özəlin rəhbərliyi dövründə kifayət qədər güclənmişdi və Əkrəm İmamoğlu, Mansur Yavaş və Özgür Özəl üçlüyü növbəti seçkilərdə CHP-nin qələbə qazanması ehtimalını artırırdı.Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyənin inkişafında demokratik ənənələrin mühüm rolu var. Ekspert vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni inkişaf etdirərək Azərbaycan və Türk dünyası ilə güclü əlaqələr...
26 May 2026, 10:35
Ədalət Verdiyev: İran nüvə silahına sahib olmayacaq
Hərbi ekspert Ədalət Verdiyev ABŞ qüvvələrinin İranın cənubunda həyata keçirdiyi “müdafiə zərbələri” və bölgədəki gərginliyi şərh edib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ Dövlət katibi Marko Rubionun açıqlamasına görə, mina yerləşdirməyə çalışan qayıqlar və raket mövqeləri də daxil olmaqla bir sıra hədəflərə zərbələr endirilib. ABŞ tərəfi Hörmüz boğazının istənilən halda açıq qalacağını bəyan edib.Ədalət Verdiyevin sözlərinə görə, İran isə müharibə dövründə dəfələrlə özünü qalib elan etsə də, real vəziyyət fərqlidir. O qeyd edib ki, İran həm dənizdən mühasirə vəziyyətindədir, həm də ağır maliyyə sanksiyaları altında fəaliyyət göstərir.Hərbi ekspert hesab edir ki, mövcud siyasət İranı dövlət olaraq ağır vəziyyətə sürükləyir...
26 May 2026, 10:29
Aydın Quliyev: Türkiyədə siyasi gərginlik cəmiyyətə sirayət edə bilər
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Türkiyədəki son siyasi prosesləri şərh edib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Kılıçdaroğlu qərargaha gəlsə, həmin məkanın artıq “CHP qərargahı” kimi qalmasının sual altında olacağı ilə bağlı fikirlər səsləndirilir. Aydın Quliyev bu cür yanaşmalarla razılaşmadığını vurğulayaraq, CHP-də baş verən proseslərin partiyanın parçalanmasına gətirib çıxaracağı iddialarını da şərh edib.Onun sözlərinə görə, Kılıçdaroğlunun qərargaha gəlişindən sonra yaranacaq vəziyyət təkcə partiya daxilində deyil, ümumilikdə Türkiyə cəmiyyətində ciddi gərginlik yarada bilər.Aydın Quliyev əlavə edib ki, bu proseslərin nəticəsində Türkiyədə daha geniş sosial-siyasi qarşıdurma riski yarana bilər.O, həmçinin tarixi paralellər apararaq 1950-ci illərdə Demokrat Partiya...
26 May 2026, 10:15
Məhəmməd Əsədullazadə: "ABŞ-ın İrana zərbəsi danışıqları poza bilər”
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-ın İrana endirdiyi son zərbələri və Tehran-Vaşinqton münasibətlərini şərh edib.Citypost.az xəbər verir ki, siyasi ekspert bildirib ki, ABŞ-la İran arasında memorandumun imzalanmasına az qalmış Vaşinqtonun İrana zərbələr endirməsi diqqət çəkən məqamdır. Onun sözlərinə görə, rəsmi Tehran zənginləşdirilmiş uranın Çinə verilməsi ilə bağlı razılığa gəlib və İran xarici işlər naziri ilə digər yüksək vəzifəli şəxslər müzakirələr aparmaq üçün Qətərə səfər ediblər.Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ tərəfi razılaşmaya yaxın mərhələdə hücum həyata keçirməklə əlavə tələblərinin olduğunu nümayiş etdirir:“İran rəsmilərinin ABŞ-a etibar etmədiklərini bildirmələri də məhz bununla bağlıdır”.Ekspert vurğulayıb ki, müharibənin ən mürəkkəb...
26 May 2026, 08:44
Vüqar Rəhimzadə: “28 May dövlətçilik tariximizin simvoludur”
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Məhz 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi dünyaya bəyan edildi. Zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixinin müxtəlif dövrlərində zamanın təlatümlü hadisələri nəticəsində böyük imperiyaların tərkibinə daxil olsa da, azadlıq və müstəqillik ideyası heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti də məhz XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən mədəni-siyasi yüksəliş mərhələsinin, milli özünüdərkin və azadlıq ruhunun məntiqi nəticəsi kimi meydana çıxmışdı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın...
25 May 2026, 15:47
Ədalət Verdiyev: ABŞ-ın İrana hava zərbəsi ehtimalı artır
Hərbi ekspert Ədalət Verdiyev ABŞ və İranla bağlı son paylaşımları şərh edib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Donald Trump tərəfindən İran xəritəsinin ABŞ bayrağı ilə paylaşılması və paralel olaraq Recep Tayyip Erdoğana təşəkkür mesajı göndərilməsi diqqətçəkən məqamdır.Ekspertin sözlərinə görə, Trampın bundan əvvəl də İrana hücumdan bir gün əvvəl Türkiyə prezidentinə təşəkkür etdiyi xatırlanır. O, həmçinin ABŞ administrasiyasının aparat rəhbəri tərəfindən B-2 bombardmançılarının uçuşu ilə bağlı paylaşıma da diqqət çəkib.Ədalət Verdiyev qeyd edib ki, oxşar paylaşımın əvvəlki İranla bağlı əməliyyatdan bir gün öncə də edildiyi nəzərə alınarsa, bu, sabah ABŞ tərəfindən İrana hava zərbələri endirilməsi ehtimalını artıran göstərici kimi qiymətləndirilə...
25 May 2026, 10:34