Bizə yazın

Baku

-°C

USD

-

Etibar Əliyev: XXI əsr müharibələri və humanitar çağırışlar  

Söz adamı 10 Mart 2026, 09:25

249

Keçmiş deputat və təhsil eksperti Etibar Əliyev XXI əsrdə gedən müharibələr barədə fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, E. Əliyev bildirib ki, Birinci və İkinci Dünya müharibələrində milyonlarla insan həyatını itirmişdi. Hazırda isə İsrail-ABŞ-İran müharibəsində insan təlafatı nisbətən azdır, əsas silah isə raketlərdir. Ekspert vurğulayıb ki, paradiqma artıq raketlərin sayına və dəqiqliyinə əsaslanır, şəhərlər dağıdılır, insanlar vahimə içərisindədir.

Etibar Əliyev xatırladıb ki, İkinci Dünya müharibəsinin sonunda ABŞ Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atdı. Bu dəhşətli silah Bəşəriyyət üçün qorxu yaratdı və nəticədə 1957-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) yaradıldı. Eyni zamanda, Albert Eynşteyn və Bertran Rasselin təşəbbüsü ilə “Paqouş Alimlər Hərəkatı” təsis edildi. Manifestdə silahlı münaqişələrin fəlakətli nəticələrinin qarşısını almaq üçün yeni düşüncə tərzi çağırışı edilmişdi.

Etibar Əliyev bildirib ki, hazırda böyük dövlətlər nüvə başlıqları ilə yarışa girir, İran isə nüvə proqramını davam etdirmək istəyirdi. Müharibələr nəticəsində şəhərlər dağıdılıb, xeyli insan həyatını itirib, amma hazırkı konflikt Üçüncü Dünya Müharibəsi adlandırılmır. Ekspert qeyd edib ki, Eynşteyn və Rassel kimi alimlərin çağırışları artıq yoxdur, yazıçılar və alimlər susur, ölənlər isə günahsız insanlardır.

Etibar Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Humanitar Forumlar mühüm rol oynayıb. Forumlarda sabiq və indiki dövlət başçıları, Nobel mükafatı laureatları iştirak edərək bəşəriyyət üçün vacib çağırışlar irəli sürüblər. O hesab edir ki, Azərbaycan bu vacib missiyanı davam etdirməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maskalar Düşəndə: Təbrizdə Yazıçı Maskası Altında Kimlər Gəzirdi?

Araşdırmacı, Yazar: Mesut HARAYİllər öncədən Həmid Herisçinin İran rejimi ilə münasibətləri barədə şübhələr və suallar ortaya çıxmışdı. Onun Təbriz mərkəzli ittilaat çevrələri ilə görüşləri, həmin şəxslərlə müsahibələr aparması və müxtəlif platformalarda səsləndirdiyi fikirlər bu sualları daha da gücləndirmişdi.Herisçi açıq şəkildə fars dilini “dünya dili” kimi təqdim edir, gələcək əsərlərini yalnız farsca yazmağı düşündüyünü bildirirdi. Daha da ağır olan isə türkcə – onun ifadəsi ilə “Azərbaycan dili” – haqqında söylədiyi sözlər idi. O, bu dili “kənd dili” kimi təqdim etmişdi.Eyni zamanda İranı “çox demokratik bir ölkə” kimi təsvir edir, müxtəlif etnik və məzhəb qruplarının guya rahat şəkildə yaşadığını iddia edirdi. Halbuki...

10 Mart 2026, 14:12

Cəfər Fətullayev: “Xalqın mənəviyyatı və qəhrəman övladlarımız unudulmamalıdır”

Niyə bu xalqın tanınmış  ziyalıları, adlı-sanlı  hər cür fəxri adlara layiq olan sənətkarları, mənəviyyatımız, mədəniyyətimiz, milli- mənəvi dəyərlərimiz, dini, əxlaqi ənənələr  haqqında   heç  nə danışmır, bütün münasibətlər, ənənələr  itir, batır, amma  onlar  susur. Sonra gec olar...Çox gec... Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi qoruyaraq, dövləti  və xalqı parçalmaqdan qorudu. Ulu Öndər  Heydər  Əliyevin siyasətini  siyasətini layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyev illərlə həsrətlə gözlədiyimiz   hicrana son  qoydu.Bizi  butün  dünyada Müzəffər Xalq, Qalib Xalq! kimi tanıtdırdı.Fikirləşirdim ki, müharibədən sonra ölkə rəhbərinə dəstək olaraq , hər vətəndaş öz vətəndaşlıq borcunu yerinə yetirəcək. Bu xalq  üçün, bu millət üçün  canından  keçən  övladların  xatirəsini...

04 Mart 2026, 11:59

Yüzə doğru gedən ŞAİR

95-ə çatdın, Nəriman Baba… 100-ə nə qaldı?Bəzən bir insanın yaşı sadəcə rəqəm olmur. O rəqəm bir epoxanın yaddaşı, bir xalqın duyğusu, bir nəslin ruhu olur. Bu gün 95 yaşını qeyd edən ustad şair Nəriman Həsənzadə də məhz belə talelərdəndir.95 il…Bir əsrə yaxın ömür.Bu, təkcə yaşanan zaman deyil – yazılan tarixdir.Onun misralarında bir xalqın nisgili var, sevinc var, vətən ağrısı var, insanın iç dünyası var. O şeirlər ki, məktəb partasından başlamış səhnə tribunasına qədər səslənib. O sözlər ki, illər keçsə də köhnəlməyib. Çünki həqiqi söz zamanın tozunu qəbul etmir.Nəriman Həsənzadə poeziyası həmişə insanın içindən danışıb. O, pafosdan uzaq, amma ləyaqətdən uzaq...

18 Fevral 2026, 10:54

Siyasi mədəniyyət problemi – Debat niyə şəxsi hücuma çevrilir?

Siyasi debat cəmiyyətin inkişaf göstəricilərindən biridir. Fikir müxtəlifliyi, alternativ baxışların toqquşması və arqumentlərin açıq şəkildə müzakirəsi sağlam siyasi mühitin əsas şərtidir. Lakin reallıqda tez-tez şahid oluruq ki, debat məzmundan uzaqlaşaraq şəxsi hücumlara, ittihamlara və emosional qarşıdurmaya çevrilir. Bu tendensiya siyasi mədəniyyət problemini açıq şəkildə ortaya qoyur.Debatın şəxsi müstəviyə keçməsinin əsas səbəblərindən biri arqument mədəniyyətinin yetərincə formalaşmamasıdır. Fikir mübadiləsi fakt, analiz və məntiq üzərində qurulmadıqda, ən asan yol qarşı tərəfin şəxsiyyətini hədəfə almaq olur. Mövzu ətrafında əsaslandırılmış mövqe ortaya qoymaq əvəzinə, opponentin keçmişi, xarakteri və ya şəxsi həyatı müzakirə obyektinə çevrilir. Nəticədə ideya yox, insan mühakimə olunur və debat keyfiyyətini itirir.Bu...

16 Fevral 2026, 10:53

Gənclər, sosial media və yeni həyat tərzi

Son illərdə gənclərin həyat tərzi və karyera seçimləri ciddi şəkildə dəyişib. Sosial media, texnologiyanın sürətli inkişafı və qlobal trendlər gənclərin gündəlik həyatına, dəyərlərinə və gələcək planlarına əhəmiyyətli təsir göstərir.Müasir gənclər üçün sosial media artıq yalnız əlaqə vasitəsi deyil. Platformalar gənclərə həm məlumat əldə etmək, həm də özünü ifadə etmək, bacarıqlarını göstərmək imkanı yaradır. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu təsir həm müsbət, həm də mənfi ola bilər. Sosial medianın həddindən artıq istifadəsi psixoloji gərginlik, özünəinamın azalması və müqayisə hisslərinin güclənməsinə gətirib çıxara bilər.Eyni zamanda, sosial media gənclərə yeni peşə sahələrini tanımaq və karyera istiqamətləri seçməkdə də dəstək olur. Freelancer iş...

11 Fevral 2026, 12:40

ABŞ vitse-prezidentinin səfəri: Region üçün yeni siyasi mərhələ

ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regiona münasibətdə daha sistemli və uzunmüddətli strategiyaya keçdiyini göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Bu səfər fonunda verilən mesajlar onu deməyə əsas verir ki, ABŞ artıq Cənubi Qafqazı yalnız böhranların idarə olunduğu məkan kimi deyil, sabitlik və inkişaf üzərində qurulacaq yeni regional modelin bir hissəsi kimi görür.Vaşinqtonun əsas diqqət mərkəzində Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması dayanır. ABŞ üçün bu sülh prosesi təkcə iki ölkə arasında münasibətlərin tənzimlənməsi deyil, bütövlükdə regionda geosiyasi risklərin azalması, iqtisadi əməkdaşlığın genişlənməsi və enerji təhlükəsizliyinin möhkəmlənməsi deməkdir. Bu baxımdan, sülh sazişinin imzalanması və kommunikasiyaların açılması ABŞ-ın regional maraqları ilə üst-üstə düşür.Xüsusilə...

10 Fevral 2026, 10:50