Nəbi Xəzrinin oğlu iki şairin dostluğundan yazdı
Söz adamı 13 Mart 2026, 10:04
205
Məşhur şair, xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev sosial media hesabında atasının və xalq şairi Cabir Novruzun ömürlük dostluğundan danışıb.
Citypost.az xəbər verir ki, Arzu Babayevin paylaşımına görə, dostluq 1952-ci ildə Bakı-Moskva qatarında eyni kupedə başlanan səyahətdən başlayıb. O zaman Cabir Novruz Moskvada M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunun poeziya fakültəsinə qəbul olunmuşdu, Nəbi Babayev isə həmin fakültədən məzun olub diplomunu almağa gedirdi.
Statusda qeyd olunur ki, uzun səyahət zamanı başlayan bu dostluq zamanla ailə dostluğuna çevrilib. Arzu Babayev xatırladıb ki, 1990-cı illərdə Nəbi Babayev Moskvada Cabir Novruzun atasına öz paltosunu verərək “Buralar çox soyuq olur, sən geyin” deyib.
Həmçinin oxuyun
Arzu Babayev paylaşımını dostluğun dəyərinə və iki şairin xatirəsinin yaşamasına həsr edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TANINMIŞ YAZIÇI, ƏSL ZİYALI - Yazıçı Vaqif Rüstəmovun 75 illik yubileyinə
Bu günlərdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı Vaqif Rüstəmovun 75 illik yubileyi qeyd olunur. Onu cəmi üç ildir tanıyıram, lakin bəzən mənə elə gəlir ki, onu özümü dərk edəndən, dünyanı anlamağa başlayandan tanıyıram. Aramızda bir ruh yaxınlığı var. Onun əsərləri mənim üçün təkcə bədii mətn deyil, həm də həyat dərsi, daxili təcrübə və ilham mənbəyidir.Vaqif müəllim əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindəndir. Lakin özü 14 mart 1951-ci ildə İmişli rayonunda doğulub, bu rayonda boya-başa çatıb. Hər iki bölgə onun üçün doğma və əzizdir. Cəbrayılda ata-babalarının ruhu dolaşır, İmişlidə isə uşaqlıq...
11 Mart 2026, 10:19
Maskalar Düşəndə: Təbrizdə Yazıçı Maskası Altında Kimlər Gəzirdi?
Araşdırmacı, Yazar: Mesut HARAYİllər öncədən Həmid Herisçinin İran rejimi ilə münasibətləri barədə şübhələr və suallar ortaya çıxmışdı. Onun Təbriz mərkəzli ittilaat çevrələri ilə görüşləri, həmin şəxslərlə müsahibələr aparması və müxtəlif platformalarda səsləndirdiyi fikirlər bu sualları daha da gücləndirmişdi.Herisçi açıq şəkildə fars dilini “dünya dili” kimi təqdim edir, gələcək əsərlərini yalnız farsca yazmağı düşündüyünü bildirirdi. Daha da ağır olan isə türkcə – onun ifadəsi ilə “Azərbaycan dili” – haqqında söylədiyi sözlər idi. O, bu dili “kənd dili” kimi təqdim etmişdi.Eyni zamanda İranı “çox demokratik bir ölkə” kimi təsvir edir, müxtəlif etnik və məzhəb qruplarının guya rahat şəkildə yaşadığını iddia edirdi. Halbuki...
10 Mart 2026, 14:12
Etibar Əliyev: XXI əsr müharibələri və humanitar çağırışlar
Keçmiş deputat və təhsil eksperti Etibar Əliyev XXI əsrdə gedən müharibələr barədə fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki, E. Əliyev bildirib ki, Birinci və İkinci Dünya müharibələrində milyonlarla insan həyatını itirmişdi. Hazırda isə İsrail-ABŞ-İran müharibəsində insan təlafatı nisbətən azdır, əsas silah isə raketlərdir. Ekspert vurğulayıb ki, paradiqma artıq raketlərin sayına və dəqiqliyinə əsaslanır, şəhərlər dağıdılır, insanlar vahimə içərisindədir.Etibar Əliyev xatırladıb ki, İkinci Dünya müharibəsinin sonunda ABŞ Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atdı. Bu dəhşətli silah Bəşəriyyət üçün qorxu yaratdı və nəticədə 1957-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) yaradıldı. Eyni zamanda, Albert Eynşteyn və Bertran Rasselin təşəbbüsü ilə...
10 Mart 2026, 09:25
Cəfər Fətullayev: “Xalqın mənəviyyatı və qəhrəman övladlarımız unudulmamalıdır”
Niyə bu xalqın tanınmış ziyalıları, adlı-sanlı hər cür fəxri adlara layiq olan sənətkarları, mənəviyyatımız, mədəniyyətimiz, milli- mənəvi dəyərlərimiz, dini, əxlaqi ənənələr haqqında heç nə danışmır, bütün münasibətlər, ənənələr itir, batır, amma onlar susur. Sonra gec olar...Çox gec... Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi qoruyaraq, dövləti və xalqı parçalmaqdan qorudu. Ulu Öndər Heydər Əliyevin siyasətini siyasətini layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyev illərlə həsrətlə gözlədiyimiz hicrana son qoydu.Bizi butün dünyada Müzəffər Xalq, Qalib Xalq! kimi tanıtdırdı.Fikirləşirdim ki, müharibədən sonra ölkə rəhbərinə dəstək olaraq , hər vətəndaş öz vətəndaşlıq borcunu yerinə yetirəcək. Bu xalq üçün, bu millət üçün canından keçən övladların xatirəsini...
04 Mart 2026, 11:59
Yüzə doğru gedən ŞAİR
95-ə çatdın, Nəriman Baba… 100-ə nə qaldı?Bəzən bir insanın yaşı sadəcə rəqəm olmur. O rəqəm bir epoxanın yaddaşı, bir xalqın duyğusu, bir nəslin ruhu olur. Bu gün 95 yaşını qeyd edən ustad şair Nəriman Həsənzadə də məhz belə talelərdəndir.95 il…Bir əsrə yaxın ömür.Bu, təkcə yaşanan zaman deyil – yazılan tarixdir.Onun misralarında bir xalqın nisgili var, sevinc var, vətən ağrısı var, insanın iç dünyası var. O şeirlər ki, məktəb partasından başlamış səhnə tribunasına qədər səslənib. O sözlər ki, illər keçsə də köhnəlməyib. Çünki həqiqi söz zamanın tozunu qəbul etmir.Nəriman Həsənzadə poeziyası həmişə insanın içindən danışıb. O, pafosdan uzaq, amma ləyaqətdən uzaq...
18 Fevral 2026, 10:54
Siyasi mədəniyyət problemi – Debat niyə şəxsi hücuma çevrilir?
Siyasi debat cəmiyyətin inkişaf göstəricilərindən biridir. Fikir müxtəlifliyi, alternativ baxışların toqquşması və arqumentlərin açıq şəkildə müzakirəsi sağlam siyasi mühitin əsas şərtidir. Lakin reallıqda tez-tez şahid oluruq ki, debat məzmundan uzaqlaşaraq şəxsi hücumlara, ittihamlara və emosional qarşıdurmaya çevrilir. Bu tendensiya siyasi mədəniyyət problemini açıq şəkildə ortaya qoyur.Debatın şəxsi müstəviyə keçməsinin əsas səbəblərindən biri arqument mədəniyyətinin yetərincə formalaşmamasıdır. Fikir mübadiləsi fakt, analiz və məntiq üzərində qurulmadıqda, ən asan yol qarşı tərəfin şəxsiyyətini hədəfə almaq olur. Mövzu ətrafında əsaslandırılmış mövqe ortaya qoymaq əvəzinə, opponentin keçmişi, xarakteri və ya şəxsi həyatı müzakirə obyektinə çevrilir. Nəticədə ideya yox, insan mühakimə olunur və debat keyfiyyətini itirir.Bu...
16 Fevral 2026, 10:53