SƏN GÖZLƏRİ DƏNİZLƏRDƏN ALMISAN! - Əmir Pəhləvan yazır
Söz adamı 17 Avqust 2026, 13:13
538
Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).
İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002).
Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür. "Araz" ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva "Paşa Qəlbinur" (1996), A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur – 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır.
Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazmışdır.
Bu fani dünyanın qərib şairi,
Sozlərin, gözlərin təbib şairi
İlahi nə gözəl seçib şairi? -
Sən gözləri dənizlərdən almısan!
Həyatın sirrini gözlərdə tapdın,
İlham pərisini göylərdə tapdın,
Allahın rəsmini üzlərdə tapdın,
Sən gözləri dənizlərdən almısan!
Bulağın gözü tək eynin açıqdı,
Düşüncən, ağılın, beynin açıqdı,
Təbib tək, şair tək zehnin açıqdı,
Sən gözləri dənizlərdən almısan!
Dənizin harayı, gözün səsidi,
Nəğməli ləpələr nəmi, qəmidi,
Həmçinin oxuyun
Haqqın, həqiqətin - zili, bəmidi,
Sən gözləri dənizlərdən almısan!
Gözlərin ağılı, şüuru vardı,
Çıxan Günəş kimi zühuru vardı,
Ömürə açılan səhəri vardı,
Sən gözləri dənizlərdən almısan!
Sənin ürəyinin gözləri yanır,
Ən dərin qatının közləri yanır,
Dilində Tanrının sözləri yanır -
Sən gözləri dənizlərdən almısan!
Sən yeni gözlər qoy bu insanlara,
Haramı halal tək qazananlara,
Görünsün həqiqət gözdə onlara,
Sən gözləri dənizlərdən almısan!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tez də olsa... Elman Eldaroğlu YAZIR
Deyir ki:- "Təəssüf edirəm, bu gün televiziyada danışığı ilə insanları yoran, nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var. Aparıcı etikasını qoruyaraq ad çəkmək istəmirəm, amma eləsi var ki, kanalı nə vaxt açırsan, ancaq onun səsini eşidirsən. İnsan özü başa düşməlidir ki, tamaşaçını yorur. Təsəvvür edin, verilişə 3-4 qonaq çağırır, amma efir vaxtının 80 faizində özü danışır, qonaqlara isə cəmi 20 faiz vaxt qalır..."Onun televiziyadakı “Yaddaş” verilişinə sevə-sevə tamaşa edir, radiodakı “Azəri caz” verilişini də eyni şövqlə dinləyirəm. Verilişləri çox maraqlı olur. Yəqin ki, daxili dünyasının zəngin olduğundan irəli gəlir. Bəli, o, yüksək hazırlıqlı, səlist və təmiz nitqi,...
17 Avqust 2026, 13:06
A DÜNYA - Adil Şirinin şeiri
A DÜNYA Cavanlıqda məclislərdə tost dedim, İnsanlara qardaş dedim, dost dedim. Şeir yazdım, dərd üyütdüm, qəm yedim, Gənclik bitdi, dostlar getdi, a dünya. Dünya dondu mən çeşmə tək çağladım, Cihad dedim misri qılınc bağladım. Ölən öldü, qalan qaldı ağladım, Kim deyir ki cihad bitdi, a dünya. Mənim qəlbim uca dağ şəlaləsi, Mənim ruhum göydə Ayın haləsi. Qeybdən gəlir mələklərin xoş səsi, Fələk mənə zülm etdi, a dünya. Dağ başında o gördüyüm daş qala, Mən hördüyüm, sən hördüyün daş qala... Biz atları çapıb getdik dördnala, ...
15 Avqust 2026, 16:05
Haqq deyən dildən olub !
Çoxu öldürüb özün,Haqq deyən dildən olub !Bülbül də qəfəsində,Dibçəkdə gülə ölüb !Çəkilib göy üzünə,Sığalı gündüzlərin !Canında-dağ ağrısıDüzənli gündüzlərin !Söndürdüm öz ömrümü,Olmağa tövbə kimi !Yerin qara gözünə,Göydən kəsdim əlimi !Ağaevli Hacı Əli
15 Avqust 2026, 14:13
ADI LEYLADIR ONUN... -Tofiq Hüseynin yazısı
ADI LEYLADIR ONUN...Onun adına indiyə kimi "görkəmlilər"siyahısında rast gəlməmişəm.Bu siyahı eyni adlar çərçivəsində o qədər fırlanır, elə bilirsən ədəbiyyat yalnız bu "görkəmlilərdən"ibarətdir.Bu günlərdə təsadüfən istedadlı yazıçı dostumuz Meyxoş Abdullanın təqdimatında gördüm onun əsərlərinin ruscaya rərcüməçisi Leyla Qədirzadədir.Soyad şirin gəldi,davam etdim-atası Salam.Leyla bizim gəncliyimin yazıçısı Salam Qədirzadənin qızıdır.Mən gənclik illərində oxuduğum əsərlərin əksəriyyətinin adını unutmuşam.Bir anda Salam Qədirzadənin kitabları adbaad yadıma düşdü;"Qış gecəsi","Burda insan yaşamışdır","Sarmaşıqlı aynabənd",Qırxaltı bənövşə",Kəndimizdə bir gözəl var"...Son dərəcə poetik dilə,maraqlı obrazlara,bədii təhkiyə üslubuna malik bu əsərlər o vaxt əldən-ələ gəzir,biz cavanların stolüstü kitablarına çevrilirdi.İstedadlı tərcüməçi Leyla onun qızıdır.Görünür son dərəcə kübar,sadə,təvazökar xanımdır.Ən azından onu indiyə qədər öz yazıçı...
15 Avqust 2026, 13:01
Savadsız olub deyə mentalitet İsfəndiyar kişini dəstəkləyib - Aqşin Yenisey yazır
Şərurlu İsfəndiyar müsahibəsində deyir ki, mənim ağlımı dəstəkləyən savadım olsaydı daha çox pul qazanardım. Cəmiyyəti yaxşı tanımır İsfəndiyar kişi! Tanısaydı bütün var-dövlətini məhz savadsızlığına borclu olduğunu dərk edərdi.Çünki bizim milyonçuluq ənənəmiz savadsızlıq üzərində qurulub. Hacı Zeynalabidin heç qol çəkə bilmirdi. Amma öz pulu ilə savadlı cümhuriyyət nəsli yetişdirdi. Bu, başqa bir mövzudur. Ağıl xəlqi, folklorik bir şüur formasıdır. Görürsən götürürsən, eşidirsən yadda saxlayırsan. Oxumağa, yazmağa ehtiyacın yoxdur. Ələ baxıb öyrənirsən və tətbiq edirsən.Savad isə mütləq şəkildə oxumaq və yazmağın nəticəsidir. Savad ağılı nəzarətdə saxlayır. Ağılın “olar” dediyinə bəzən savad “olmaz” deyir. Əgər savadı olsaydı, ağlının “olar” dediyinə savadı “olmaz” deyib İsfəndiyar kişini...
15 Avqust 2026, 12:47
ŞEİRİN QOCASISAN, DƏRDİN TƏZƏSİ! -Əmir Pəhləvan yazır
Əmir PəhləvanAzərbaycanın görkəmli şairi, böyük ziyalı və fikir adamı Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər...
15 Avqust 2026, 12:42