Maarifçilik hər zaman aktualdır - Fazil Mustafa
Cəmiyyət 15 Avqust 2026, 15:10
2353
Maarifçilik hər zaman aktualdır.
Gerçək qəhrəmanlarımızı tanıyaq!
“Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!”
MURAD GƏRAY TLEXAS
Həmçinin oxuyun
Murad Gəray Tlexas 1874-cü ildə doğulmuşdu. Çərkəz (Adıgey) xalqının övladı olsa da, millətimizin ən böyük haqq sahibi olan qəhrəmanlarından biridir. Onun haqqında ilk bilgini azərbaycanlı mühacir, bolşevik istilasının ilk dönəmlərinin şahidi olmuş Əziz Alpoudun qələmə aldığı “Həyatımın hekayətləri” kitabından almışdım. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdən olmuş, topçu kimi şöhrət qazanmış. Müdafiə naziri Səməd bəy Mehmandarov onu topçu briqadasının komandiri təyin etmiş, sonradan isə Bakıda asayişin qorunması və şəhərin müdafiəsi bu etibarlı və peşəkar zabitə həvalə olunmuşdu.
O, Qafqaz İslam Ordusu sıralarında Bakının və Azərbaycanın digər bölgələrinin erməni-rus bolşeviklərindən təmizlənməsində xüsusi rol oynayıb. 1919-cu ildə Denikin ordusunun hücumuna qarşı Bakı şəhərinin müdafiəsinə rəhbərlik edib. Hər dəfə də hökumət qarşısında qətiyyətlə çıxış edib deyirmiş ki, mənə səlahiyyət verin, bu bolşevik tör-töküntülərinin qarşısını ən sərt formada alım.
1920-ci ilin aprelində bolşeviklər hakimiyyəti qəsb edib milli hökuməti devirəndən sonra Murad Gəray Tlexas bolşevik Əli Bayramovun qətlində ittiham olunaraq ölümə məhkum edilib. Edam olunmazdan öncə, başqalarına görk olsun deyə, erməni-bolşevik əsgərlər bu məğrur generalı qəfəsə salınmış vəziyyətdə araba ilə Bakının küçələrində gəzdirib ələ salırlarmış. İnsanların çoxu bu şərəfli hərbçinin kimliyini tanımırdı; ancaq anlayırdılar ki, bolşeviklərə qarşı dirəniş göstərən milli hakimiyyətin ən önəmli şəxsiyyətlərindən biridir.
Rus hakimlər ona qarşı “Sən fəhlə-kəndli düşmənisən, burjuasan!” deyəndə general qamətini dikəldərək “Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!” sözlərini qürurla hay-qırmışdı. O, hər bir azərbaycanlı qədər, bəlkə də daha artıq millətimizə və dövlətimizə sadiq bir şəxsiyyət idi.
Onun məhkəmə prosesi indiki Opera və Balet Teatrında keçirilib. İki qızı da zalda atalarını gözləyən cəza barədə qərarı dinləməyə gəlibmiş.
Əziz Alpoud yazır ki, “öncədən hazırlanmış edam qərarı oxunanda bu mərd hərbçinin heç tükü də tərpənmədi. Bu alçaqlara qartal kimi yuxarıdan aşağı baxırdı. O anda bizimlə bərabər iki qız uşağının da göz yaşı axdı. Onlar general Tlexasın qızları idi… Atalarının məmləkəsinə gəlmişdilər”…
Gedib, tarixin bilmədiyiniz qaranlığından özünüzə saxta qəhrəmanlar düzəltməyin, bu kişilərdir sizin qəhrəmanlarınız!
Taleyin ironiyasına baxın ki, bu dövlətə qarşı çıxmış Əli Bayramovun məzarı Fəxri Xiyabanda qorunur, onun qatili olmaqda ittiham edilərək, bolşeviklərin edam maşınının ilk qurbanlarından olan Azərbaycan generalı Murad Gəray Tlexasın məzarının isə harada olduğu bilinmir...
(Fazil Mustafa. "Anladım. Tanıdım. Yaşadım" kitabından)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərdoğan Rəşad Aslanovun etimadnaməsini təqdim edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.
08 Sentyabr 2026, 21:33
Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva yazır
İllər əvvəl belə bir statistik məlumat oxumuşdum. Dünyada şaxtaçılardan sonra, ən qısa ömür yaşayan peşə sahiblərindən biri də jurnalistlərdir. Yəqin ki, bu qənaət ondan irəli gəlib ki, biz qələm adamları özümüzlə bərabər, neçə-neçə taleyləri, problem və çətinlikləri çiynimizdə daşıyıb, əlac axtarırıq. Bəzən nail oluruq, bəzən yox. Və bütün bunları da daşımağa, həzm edib, yoluna qoymağa cəsarətlə yanaşı, möhkəm ürək də gərəkdir. Ürək isə ovcumuz boyda ət parçasından ibarətdir. Nə daşıdır, nə dəmir. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür. Beynəlxalqı lazım deyil. Elə öz içimizdə, aramızda və sıramızda həmrəy, həmfikir olaq. Birləşək, eyni yerə, nöqtəyə külüng vuraq. Məqsədimiz, amalımız bir olsun. Daha bir-birimizi top...
08 Sentyabr 2026, 20:42
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi...
08 Sentyabr 2026, 19:39
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmə hakim Rəsul Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.Gəncə Apellyasiya Məhkəməsi Ramil Paşşanovun cəzasını azaldaraq 5 ilə endirib. Digərlərinin barəsində olan hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, F....
08 Sentyabr 2026, 19:02
Rusiya vətəndaşı Azərbaycanda 8 il 6 ay müddətinə həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Rusiya vətəndaşı Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az “Haqqın.az”a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin hökmü ilə Cahid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, o, 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana ekstradisiya olunub.C.İsayevə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən edilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və rəmzlərin bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi...
08 Sentyabr 2026, 18:30
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.Bu barədə Citypost.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, müvafiq status Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir....
08 Sentyabr 2026, 18:00