Haqq deyən dildən olub !
Söz adamı 15 Avqust 2026, 14:13
458
Çoxu öldürüb özün,
Haqq deyən dildən olub !
Bülbül də qəfəsində,
Dibçəkdə gülə ölüb !
Çəkilib göy üzünə,
Sığalı gündüzlərin !
Canında-dağ ağrısı
Düzənli gündüzlərin !
Söndürdüm öz ömrümü,
Olmağa tövbə kimi !
Yerin qara gözünə,
Göydən kəsdim əlimi !
Həmçinin oxuyun
Ağaevli Hacı Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADI LEYLADIR ONUN... -Tofiq Hüseynin yazısı
ADI LEYLADIR ONUN...Onun adına indiyə kimi "görkəmlilər"siyahısında rast gəlməmişəm.Bu siyahı eyni adlar çərçivəsində o qədər fırlanır, elə bilirsən ədəbiyyat yalnız bu "görkəmlilərdən"ibarətdir.Bu günlərdə təsadüfən istedadlı yazıçı dostumuz Meyxoş Abdullanın təqdimatında gördüm onun əsərlərinin ruscaya rərcüməçisi Leyla Qədirzadədir.Soyad şirin gəldi,davam etdim-atası Salam.Leyla bizim gəncliyimin yazıçısı Salam Qədirzadənin qızıdır.Mən gənclik illərində oxuduğum əsərlərin əksəriyyətinin adını unutmuşam.Bir anda Salam Qədirzadənin kitabları adbaad yadıma düşdü;"Qış gecəsi","Burda insan yaşamışdır","Sarmaşıqlı aynabənd",Qırxaltı bənövşə",Kəndimizdə bir gözəl var"...Son dərəcə poetik dilə,maraqlı obrazlara,bədii təhkiyə üslubuna malik bu əsərlər o vaxt əldən-ələ gəzir,biz cavanların stolüstü kitablarına çevrilirdi.İstedadlı tərcüməçi Leyla onun qızıdır.Görünür son dərəcə kübar,sadə,təvazökar xanımdır.Ən azından onu indiyə qədər öz yazıçı...
15 Avqust 2026, 13:01
Savadsız olub deyə mentalitet İsfəndiyar kişini dəstəkləyib - Aqşin Yenisey yazır
Şərurlu İsfəndiyar müsahibəsində deyir ki, mənim ağlımı dəstəkləyən savadım olsaydı daha çox pul qazanardım. Cəmiyyəti yaxşı tanımır İsfəndiyar kişi! Tanısaydı bütün var-dövlətini məhz savadsızlığına borclu olduğunu dərk edərdi.Çünki bizim milyonçuluq ənənəmiz savadsızlıq üzərində qurulub. Hacı Zeynalabidin heç qol çəkə bilmirdi. Amma öz pulu ilə savadlı cümhuriyyət nəsli yetişdirdi. Bu, başqa bir mövzudur. Ağıl xəlqi, folklorik bir şüur formasıdır. Görürsən götürürsən, eşidirsən yadda saxlayırsan. Oxumağa, yazmağa ehtiyacın yoxdur. Ələ baxıb öyrənirsən və tətbiq edirsən.Savad isə mütləq şəkildə oxumaq və yazmağın nəticəsidir. Savad ağılı nəzarətdə saxlayır. Ağılın “olar” dediyinə bəzən savad “olmaz” deyir. Əgər savadı olsaydı, ağlının “olar” dediyinə savadı “olmaz” deyib İsfəndiyar kişini...
15 Avqust 2026, 12:47
ŞEİRİN QOCASISAN, DƏRDİN TƏZƏSİ! -Əmir Pəhləvan yazır
Əmir PəhləvanAzərbaycanın görkəmli şairi, böyük ziyalı və fikir adamı Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər...
15 Avqust 2026, 12:42
Tanınmış jurnalist Qafar Çaxmaqlının 70 yaşı tamam olur
Tanınmış jurnalist və alim Qafar Çaxmaqlının 70 yaşı tamam olur.Citypost.az xəbər verir ki, 1956-cı il avqustun 16-sı Qərbi Azərbaycanın Çaxmaq kəndində doğulan Qafar Qələndər oğlu Mehdiyev 1980-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1980-1989-cu illərdə “Kommunist” (ermənicə) qəzetinin müxbiri olub.“Vətən səsi” (1990-1991), “Xalq qəzeti” (1991-1992), “Millət” (1992-1993), “Yeni Azərbaycan” (1993), “Vətəndaş” (1993-1995), “Avrasiya” (1995-1996), “Respublika” (1996-1999) qəzetlərində məsul vəzifələr tutub.1999-2000-ci illərdə Türkiyə Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin mətbuat xidmətinə rəhbərlik edib.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində pedaqoji fəaliyyət göstərib, siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb.Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) professoru, ermənişünaslıq bölümünün başqanı,...
14 Avqust 2026, 23:51
Mentalitetin isə kitabxanası yoxdur
Mədəniyyət və mentalitetin bir-birini dəstəkləməyən zidd anlayışlar olduğunu yazdığım cümlələrə iradlar gəldi ki, guya, mədəniyyət mentalitetin sütunları üzərində dayanmasa çox tez uçub-dağılar.CityPost.az xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey bildirib.Mədəniyyətin sütunları bunlardır: elm, fəlsəfə, sənət və hüquq. Mentalitetdə elmi din, fəlsəfəni inanc, sənəti folklor, hüququ şəxsi vicdan əvəz edir. Mədəniyyətin bütün sütunları aşağıda kitabaxanada birləşir. Mentalitetin isə kitabxanası yoxdur. Ölkəni ələk-vələk etsək, neçə evdə kitabxana olduğuna şahid ola bilərik? Niyə bizim evlərdə kitabxana yoxdur? Çünki mentalitet əsaslı cəmiyyətik, kitabxanaya ehtiyacımız yoxdur. Universitetə şalvar qayışına soxduğu iki dəftərlə gedən toplumuq. Biz mədəniyyəti mentalitetin üzərinə, yəni elmi dinin, fəlsəfəni inancın, sənəti folklorun, hüququ şəxsi vicdanın üzərinə...
14 Avqust 2026, 13:11
Yer yoxdu el arasında
Yer yoxdu el arasındaEl üzünə ağ olana.Tülkülük etmək yaraşmazİnsan kimi doğulana.Boğdular çox istəyimi, Bu sitəmlər bəs deyilmi?Dünya bir məhbəs deyilmiÜrəyi dustaq olana?Bulanıq sular durular,Nə vaxtsa məhşər qurular,Nə qədər balta vurular,Aman Allah, yıxılana?Köksümdə dərd adası var,Hər işin bir qaydası var,Sarayın nə faydası varKönül mülkü dağılana?Son kəlməni göy deyəcək,Yaram çoxmu göynəyəcək?Axı məlhəm neyləyəcək Sinəsində dağ olana?Bir çiçək varmı solmayan?Halal bir eşqə ol maya!Qəlbində iman olmayanAdam çətin ağıllana…31.07.2023.Rafiq Yusifoglu...
14 Avqust 2026, 11:59