Bizə yazın

Baku

-°C

USD

-

Söyüşü ucaldan aforizm - İbrahim Nəbioğlu yazır... 

Cəmiyyət 14 Avqust 2026, 11:32

2689

Tələbə vaxtı hansısa bir kitabda oxumuşdum:

Daş atmaq yerinə söyüş söyən ilk insan Bəşəriyyətin yaradıcısıdır…

Müəllifinin Ziqmund Freyd olduğu yazırdı.

Ancaq illər sonra müəllif məsələsində kiçik bir nüans çıxdı ortaya.

Hallüsinasiya və epilepsiya ilə bağlı bir məsələni araşdırarkən müəllifin Freyd deyil, məşhur ingilis nevroloqu Con Hülinqs Cekson (John Hughlings Jackson, 1835-1911) olduğunu öyrənmiş oldum.

Müasir nevrologiyanın qurucularından olan Ceksonu “İngilis nevrologiyasının atası” sayırlar. Onun nəzəriyyələri sonradan Freydə təsir göstərib.

Aforizmi daha dəqiq olsun deyə elə Con Ceksonun öz sözləri ilə yazmaq yaxşıdır. O, belə yazırdı:

Düşməninə nizə atmaq əvəzinə söyüş yağdıran ilk insan sivilizasiyanın banisidir.

Müəllifin kim olduğunu müəyyən etdik, amma daha ciddi məsələ, zənnimcə, başqa şeydir.

Mənə belə gəlir ki, “Bəşəriyyətin yaradıcısı” sözü çox da korrekt deyil; bu ifadə insanlığın xaliqi mənasına gəlir. Daha uğurlu variant “sivilizasiyanın banisi”dir.

Ceksonun fikri ilk baxışda söyüşü ucaldan zarafat kimi görünür. Əslində isə burada insanlığın keçdiyi nəhəng bir mənəvi mərhələ ifadə olunmaqdadır: qəzəblənən insanın əli ilə silahı arasına sözün girməsi.

İbtidai insan düşməninə nifrətini daş, nizə və ya yumruqla bildirirdi. Hiss və hərəkət arasında heç bir maneə yox idi. Qəzəb birbaşa zorakılığa çevrilirdi. Lakin bir gün insan zərbə vurmaq yerinə qəzəbini sözlə ifadə etdi. Qarşısındakını yaralamadı, öldürmədi; ona söydü. Söyüş burada ədəbsizlikdən daha böyük bir hadisənin əlamətidir: insanın daxilində baş verən zorakı impuls ilk dəfə fiziki hərəkətə deyil, dilə çevrilmişdi.

Deməli, sivilizasiya insanın aqressiyadan tamamilə xilas olduğu gün başlamadı. İnsanlıq aqressiyasını başqa vasitəyə keçirə bildiyi gün başladı. Daşın yerini söz, qarşıdurmanın yerini mübahisə, intiqamın yerini hökm, şəxsi gücün yerini qanun tutdu. Məhkəmə, parlament, diplomatiya, hətta ədəbiyyat da müəyyən mənada həmin ilkin dönüşün davamıdır: insan öldürmək əvəzinə danışır, vurmaq əvəzinə ittiham edir, hücum etmək əvəzinə dəlil gətirir.

Bu fikrin paradoksu ondadır ki, söyüş özü mədəni davranış sayılmır. Lakin daşla müqayisədə söyüş artıq sivilizasiyaya doğru addımdır. O, insanın yaxşılaşdığını deyil, özünü saxlamağı öyrənməyə başladığını göstərir. Sivilizasiya insan təbiətindəki zorakılığı yox etmir; onu cilovlayır, qaydaya salır və sözə çevirir.

Freydin bu fikri sitat gətirməsinin səbəbi də məhz budur. Onun üçün söz sadəcə düşüncəni ifadə edən vasitə deyildi; söz hərəkətin əvəzedicisi, insanın daxilində yığılan enerjinin zorakılığa çevrilmədən boşaldılması yolu idi. Psixoanalizin “danışaraq müalicə” prinsipi də buradan doğurdu: dilə gətirilən ağrı insanın daxilində kor qüvvə kimi fəaliyyət göstərməkdən qismən çıxır.

Ancaq Ceksonun fikrinin başqa, daha narahatedici tərəfi də var. Daş sözə çevrilə bildiyi kimi, söz də yenidən daşa çevrilə bilər. Təhqir nifrətə, nifrət təbliğata, təbliğat isə zorakılığa yol aça bilər. Buna görə sivilizasiyanın həqiqi ölçüsü insanın sadəcə silahı yerə qoyması deyil; sözü də silah kimi işlətməməyi öyrənməsidir.

Ceksonun dahiyanə aforizmini bir cümlə ilə belə açmaq olar:

Sivilizasiya insanın içindəki vəhşiliyin yox olması ilə deyil, aqressiyanı fiziki hərəkətdən sözə keçməsi ilə başlayır; zorakılıq yox olmur, lakin dilin içinə köçür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan Rəşad Aslanovun etimadnaməsini təqdim edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.

08 Sentyabr 2026, 21:33

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva yazır

İllər əvvəl belə bir statistik məlumat oxumuşdum. Dünyada şaxtaçılardan sonra, ən qısa ömür yaşayan peşə sahiblərindən biri də jurnalistlərdir. Yəqin ki, bu qənaət ondan irəli gəlib ki, biz qələm adamları özümüzlə bərabər, neçə-neçə taleyləri, problem və çətinlikləri çiynimizdə daşıyıb, əlac axtarırıq. Bəzən nail oluruq, bəzən yox. Və bütün bunları da daşımağa, həzm edib, yoluna qoymağa cəsarətlə yanaşı, möhkəm ürək də gərəkdir. Ürək isə ovcumuz boyda ət parçasından ibarətdir. Nə daşıdır, nə dəmir. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür. Beynəlxalqı lazım deyil. Elə öz içimizdə, aramızda və sıramızda həmrəy, həmfikir olaq. Birləşək, eyni yerə, nöqtəyə külüng vuraq. Məqsədimiz, amalımız bir olsun. Daha bir-birimizi top...

08 Sentyabr 2026, 20:42

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi...

08 Sentyabr 2026, 19:39

Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib 

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmə hakim Rəsul Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.Gəncə Apellyasiya Məhkəməsi Ramil Paşşanovun cəzasını azaldaraq 5 ilə endirib. Digərlərinin barəsində olan hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, F....

08 Sentyabr 2026, 19:02

Rusiya vətəndaşı Azərbaycanda 8 il 6 ay müddətinə həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Rusiya vətəndaşı Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az “Haqqın.az”a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin hökmü ilə Cahid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, o, 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana ekstradisiya olunub.C.İsayevə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən edilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və rəmzlərin bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi...

08 Sentyabr 2026, 18:30

DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.Bu barədə Citypost.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, müvafiq status Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir....

08 Sentyabr 2026, 18:00