Qorxu və stress xərçəng yaradırmı?
Tibb 26 May 2026, 10:49
1036
“Qorxu insanı xərçəng edə bilərmi?” sualı son illərdə ən çox müzakirə olunan mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, qorxu və stress birbaşa onkoloji xəstəlik yaratmasa da, uzunmüddətli psixoloji gərginlik orqanizmin müdafiə sistemini zəiflədərək bəzi riskləri artıra bilər.
Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, onkoloji xəstəliklərin yaranmasının əsas səbəbi hüceyrələrdə baş verən mutasiyalardır. Normal halda insan orqanizmində sağlam hüceyrələr müəyyən nizamla bölünür və fəaliyyət göstərir. Lakin müxtəlif xarici və daxili faktorların təsiri nəticəsində hüceyrələrin genetik quruluşunda dəyişiklik baş verə bilər. Bu zaman normal hüceyrələr patoloji hüceyrələrə çevrilməyə başlayır və nəzarətsiz çoxalma prosesi yaranır.
Mütəxəssislər qeyd edirlər ki, radiasiya, siqaret tüstüsü, zərərli kimyəvi maddələr, qeyri-sağlam qidalanma, xroniki iltihabi proseslər və ətraf mühit faktorları hüceyrələrdə mutasiya riskini artıran əsas səbəblər sırasındadır.
Xüsusilə siqaretin ağciyər xərçəngi ilə əlaqəsi elmi şəkildə təsdiqlənib. Həkimlərin sözlərinə görə, siqaret tüstüsündə olan toksik maddələr uzun müddət ağciyər hüceyrələrinə təsir edərək onların strukturunu dəyişdirə bilir.
“Dünyada milyardlarla insan siqaret çəkir, amma onların hamısında xərçəng yaranmır. Bunun səbəbi odur ki, xəstəliyin yaranmasında təkcə bir faktor rol oynamır. Burada immun sisteminin vəziyyəti, genetik meyllilik və orqanizmin ümumi müqaviməti də mühüm əhəmiyyət daşıyır”, – deyə mütəxəssislər bildirirlər.
Həkimlər vurğulayırlar ki, xroniki stress və qorxu immun sistemini zəiflədə bilər. Uzun müddət davam edən psixoloji gərginlik zamanı orqanizmdə stress hormonları – xüsusilə kortizol və adrenalin yüksəlir. Bu isə müdafiə mexanizmlərinin fəaliyyətinə mənfi təsir göstərərək orqanizmin xəstəliklərlə mübarizə imkanlarını zəiflədə bilir.
Həmçinin oxuyun
Mütəxəssislərin sözlərinə görə, insanın psixoloji vəziyyəti hormonal balansla birbaşa əlaqəlidir. Xoş əhval-ruhiyyə zamanı orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan serotonin ifraz olunur. Serotonin insanın emosional vəziyyətinə müsbət təsir göstərməklə yanaşı, immun sisteminin fəaliyyətində də müəyyən rol oynayır.
Həkimlər qeyd edirlər ki, daimi qorxu, panika, stress və neqativ emosiyalar insanın həyat keyfiyyətini aşağı salır, yuxu pozuntularına, hormonal balanssızlığa və müxtəlif psixosomatik problemlərə səbəb ola bilir.
Bununla belə, mütəxəssislər bir məqamı xüsusi vurğulayırlar: “Qorxu birbaşa xərçəng yaradır” fikri elmi baxımdan tam doğru deyil. Onkoloji xəstəliklər çoxfaktorlu xəstəliklərdir və onların yaranmasında genetik meyl, həyat tərzi, qidalanma, zərərli vərdişlər, ekologiya və immun sisteminin vəziyyəti birlikdə rol oynayır.
Həkimlər insanlara sağlam həyat tərzi sürməyi, siqaret və alkoqoldan uzaq durmağı, düzgün qidalanmağı, stressi idarə etməyi və profilaktik müayinələri gecikdirməməyi tövsiyə edirlər. Çünki bir çox onkoloji xəstəlik erkən mərhələdə aşkarlanarsa, uğurlu müalicə şansı xeyli yüksək olur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?
Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...
12 İyun 2026, 10:48
Hallux Valqus deformasiyası nədir və niyə yaranır?
Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...
12 İyun 2026, 09:49
Burun və boğaz ətlərinin əməliyyatla götürülməsi hansı hallarda vacibdir?
Valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri uşaqlarda burun və boğaz ətlərinin (adenoid və badamcıqların) əməliyyat olunub-olunmaması ilə bağlıdır. Citypost.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu toxumaların böyüməsi hər zaman əməliyyat tələb etmir. Lakin bəzi hallarda onların yaratdığı fəsadlar uşağın sağlamlığına ciddi təsir göstərdiyindən cərrahi müdaxilə zəruri hesab olunur.Burun arxasında yerləşən adenoid toxumasının həddindən artıq böyüməsi uşaqlarda burun tənəffüsünün pozulmasına səbəb olur. Belə uşaqlar gündüz və gecə ağızdan nəfəs alır, yuxu zamanı xoruldayır və bəzən nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan gecə apnoesi halları müşahidə edilir. Uzun müddət davam edən bu vəziyyət uşağın normal inkişafına mənfi təsir göstərə...
12 İyun 2026, 08:50
Alkoqol qanda yağların miqdarını azaldırmı?
Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri də odur ki, müəyyən növ alkoqollu içkilər, xüsusilə qırmızı şərab ürək-damar sağlamlığı üçün faydalıdır və qandakı yağların səviyyəsini azaldır. Lakin mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.Citypost.az xəbər verir ki,həkimlərin sözlərinə görə, bəzi üzüm növlərindən hazırlanan qırmızı şərabın tərkibində olan maddələr yüksək sıxlıqlı lipoproteinlərin (HDL) – yəni xalq arasında “yaxşı xolesterol” adlandırılan xolesterolun səviyyəsini müəyyən qədər artıra bilər. HDL xolesterol damar divarlarında toplanan artıq yağların daşınaraq orqanizmdən uzaqlaşdırılmasına kömək etdiyi üçün ürək-damar sistemi baxımından faydalı hesab olunur.Lakin mütəxəssislər vurğulayırlar ki, bu təsir alkoqolun özü ilə deyil, əsasən üzümün tərkibində olan antioksidant maddələrlə əlaqədardır....
11 İyun 2026, 11:02
Kişilərdə sidik problemləri nədən xəbər verir?
Kişilərdə yaş artdıqca sidik ifrazı ilə bağlı müxtəlif şikayətlərə daha tez-tez rast gəlinir. Bir çox hallarda bu dəyişikliklər adi yaşlanma prosesi kimi qəbul edilsə də, əslində prostat vəzinin böyüməsi ilə əlaqəli ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, prostat böyüməsinin əsas əlamətləri sidiyə çıxmaqda çətinlik, gecə saatlarında dəfələrlə sidiyə qalxma və sidik ifrazından sonra sidik kisəsinin tam boşalmadığı hissidir. Bu şikayətlər tədricən inkişaf edir və zamanla daha da artaraq xəstənin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.Prostat vəzi sidik kisəsinin altında yerləşən və sidik kanalını əhatə edən orqandır. Yaşla birlikdə onun ölçüsündə müəyyən artım müşahidə oluna bilər....
11 İyun 2026, 10:03
Dəridə yaranan ləkə və səpkilər zöhrəvi xəstəliklərin əlaməti ola bilər?
Dəridə qəfil yaranan ləkə, səpki və ya yaralar bir çox hallarda sadə allergik və ya dermatoloji problem kimi qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bu əlamətlərin cinsi yolla ötürülən infeksiyaların göstəricisi ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, dəridə meydana çıxan səpkilər və ləkələr müxtəlif formalarda özünü göstərə bilər. Onların görünüşü, rəngi, ölçüsü və müşayiət olunan əlamətlər problemin səbəbi barədə ilkin məlumat verə bilir.Xüsusilə infeksion mənşəli səpkilər əksər hallarda iltihablı, axıntılı, içərisində maye və ya irin olan formada müşahidə edilir.Bəzi hallarda yaranan yaralar və ləkələr ağrısız olduğu üçün insanlar onları ciddi qəbul etmir və həkimə müraciəti gecikdirirlər. Halbuki bir...
11 İyun 2026, 08:04