Bizə yazın

Baku

-°C

USD

-

Mədə xorası tam sağalırmı? — Həkimlər əsas riskləri  açıqlayır  

Tibb 12 May 2026, 10:38

685

Mədə xorası uzun illər boyunca ən təhlükəli həzm sistemi xəstəliklərindən biri hesab olunub. Xüsusilə 20-30 il əvvəl bu xəstəlik səbəbindən dünyada minlərlə insan əməliyyat olunurdu. Lakin müasir tibbin inkişafı nəticəsində bu gün mədə xorası əvvəlki qədər qorxulu diaqnoz hesab edilmir və əksər hallarda tam müalicə oluna bilir.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, mədə xorasının yaranmasının əsas səbəblərindən biri Helicobacter pylori infeksiyası adlı bakteriyadır. Vaxtilə səbəbi tam məlum olmayan bir çox mədə problemlərinin məhz bu mikrobla əlaqəli olduğu sonradan müəyyən edilib. Hazırda düzgün diaqnoz və müalicə vasitəsilə bu bakteriyanın aradan qaldırılması mümkün olduğu üçün dünyada mədə xorası ilə bağlı ağırlaşmaların və cərrahi əməliyyatların sayı xeyli azalıb.

Həkimlər bildirirlər ki, mədə xorası əksər hallarda tam sağalan xəstəlik sayılsa da, müalicə gecikdirildikdə ciddi fəsadlara səbəb ola bilər. Ən təhlükəli ağırlaşmalar sırasında mədə qanaxması, mədənin deşilməsi və xoranın zamanla bədxassəli şişə çevrilməsi ehtimalı göstərilir. Tibb dilində bu proses “malignizasiya” adlanır və xoşxassəli yaranın bədxassəli xəstəliyə keçməsi kimi qiymətləndirilir.

Mütəxəssislər qeyd edirlər ki, bu risklərin qarşısını almaq üçün ən vacib addımlardan biri vaxtında müayinə olunmaqdır. Xüsusilə uzunmüddətli mədə ağrıları, qıcqırma, ürəkbulanma, iştahsızlıq və ya qanaxma əlamətləri müşahidə edilərsə, pasiyentin mütləq qastroenteroloqa müraciət etməsi tövsiyə olunur. Həkimlərə görə, qastroskopiya müayinəsi xəstəliyin erkən mərhələdə aşkarlanması üçün ən effektiv üsullardan biridir.

Bundan əlavə, Helicobacter pylori infeksiyası aşkarlanarsa, müalicənin tam və düzgün aparılması vacib hesab olunur. Yarımçıq və ya nəzarətsiz müalicə sonradan xəstəliyin yenidən qayıtmasına səbəb ola bilər.

Həkimlər stres faktorunun da mədə problemlərində mühüm rol oynadığını bildirirlər. Davamlı gərginlik və psixoloji yüklənmə mədə turşusunun artmasına və xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Buna görə də mütəxəssislər sağlam qidalanma, düzgün həyat tərzi və stressin idarə olunmasını profilaktikanın vacib hissəsi hesab edirlər.

Eyni zamanda xəbərdarlıq edilir ki, ağrıkəsici dərmanlardan nəzarətsiz istifadə də mədə xorası riskini artırır. Xüsusilə güclü ağrıkəsici preparatların uzun müddət və həkim məsləhəti olmadan qəbulu mədə selikli qişasına ciddi zərər verə bilər.

Mütəxəssislərin fikrincə, müasir tibbdə düzgün diaqnoz, vaxtında müalicə və profilaktik tədbirlər sayəsində mədə xorası artıq idarə oluna və əksər hallarda tam sağaldıla bilən xəstəliklərdən biri hesab olunur.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Stomatoloq: “Pasiyentlər yalnız ağrı zamanı müraciət edir”

Stomatoloji sağlamlığa münasibət cəmiyyətdə hələ də bir sıra hallarda yanlış vərdiş və yanaşmalar üzərində formalaşır. Müşahidələr göstərir ki, bir çox insanlar diş və ağız boşluğu problemlərinə yalnız ağrı hiss etdikdən sonra diqqət yetirir, profilaktik müayinələri isə ya tamamilə nəzərə almır, ya da uzun müddət təxirə salır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu cür yanaşma sonradan daha ciddi fəsadlara, hətta diş itkisinə qədər gedib çıxa bilər.Stomatoloq İsgəndər İsgəndərli Oxu24.com-a açıqlamasında bildirib ki, problemin əsas kökündə insanların stomatoloji xidmətə münasibətində formalaşmış yanlış stereotiplər dayanır. Onun sözlərinə görə, pasiyentlərin böyük əksəriyyəti stomatoloqa yalnız kəskin ağrı başladıqda və ya vəziyyət artıq dözülməz həddə çatdıqda...

12 May 2026, 13:11

Həkimlərdən valideynlərə xəbərdarlıq: boğaz ağrısına...

Mütəxəssislər valideynləri uşaqlarda boğaz ağrısı zamanı ev şəraitində edilən yanlış müdaxilələrdən çəkinməyə çağırırlar. Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə “boğaz silmək” kimi tanınan üsullar valideynlərin ən çox etdiyi səhvlərdən biri hesab olunur və bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.Pediatrlar bildirirlər ki, tibbi bilik və bacarığı olmayan şəxslərin udlaq və badamcıq nahiyəsinə müdaxilə etməsi qəti şəkildə tövsiyə olunmur. Kobud və nəzarətsiz şəkildə aparılan bu müdaxilələr həmin nahiyənin zədələnməsinə, selikli qişanın qıcıqlanmasına və infeksiyanın daha da ağırlaşmasına səbəb ola bilər.Həkimlərin fikrincə, uşaqlarda boğaz ağrısı müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblər arasında virus infeksiyaları, bakterial xəstəliklər, allergik reaksiyalar və digər sağlamlıq...

12 May 2026, 12:50

Həkimlərdən valideynlərə CİDDİ xəbərdarlıq: Ketotifen...  

Son dövrlər bəzi valideynlərin uşaqları yatızdırmaq məqsədilə Ketotifen preparatından istifadə etməsi mütəxəssislərin narahatlığına səbəb olub. Citypost.az xəbər verir ki,  Həkimlər bildirirlər ki, bu dərman yuxu preparatı deyil və uşaqlarda sakitləşdirici və ya yatızdırıcı vasitə kimi istifadəsi düzgün hesab olunmur.Pediatrların sözlərinə görə, Ketotifen əsasən allergik xəstəliklərin müalicəsində istifadə olunan antihistamin dərmandır. Preparatın bəzi hallarda yuxugətirici təsir göstərməsi isə onun əsas funksiyası deyil, əlavə və arzuolunmaz təsirlərindən biri hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, bəzi valideynlər uşaqlarda yaranan yuxu problemlərini aradan qaldırmaq üçün bu preparatdan istifadə etməyə çalışırlar. Lakin həkim nəzarəti olmadan belə dərmanların verilməsi uşağın sağlamlığı üçün risk yarada bilər. Çünki preparatın təsiri...

12 May 2026, 09:00

Süni bud oynağı nə qədər xidmət edir? – Mütəxəssisdən vacib açıqlama  

Bud oynağında yaranan ciddi zədələnmələr, xüsusilə də artrit və osteoartrit kimi xəstəliklər insanın gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilir. Ağrı, hərəkət məhdudiyyəti və yerimədə çətinlik bir çox hallarda xəstələri süni bud oynağı əməliyyatına məcbur edir. Bəs bu protezlər nə qədər müddət xidmət edir və əməliyyatdan sonra hansı hallara diqqət edilməlidir?Citypost.az-ın məlumatına görə,ortoped-travmatoloqlar bildirirlər ki, bud oynağı insan bədənində ən çox yüklənən oynaqlardan biridir.Zaman keçdikcə oynaq qığırdağı aşınır və sümüklər bir-birinə sürtünməyə başlayır. Bu zaman xəstələrdə davamlı ağrı, axsama, hərəkətdə sərtlik və oturub-durmaqda çətinlik yaranır.Mütəxəssislərin sözlərinə görə, dərman və fizioterapiya artıq effekt vermədikdə ən effektiv üsullardan biri bud oynağının...

11 May 2026, 12:35

Ayaqaltı yanmalar hansı xəstəliklərin xəbərçisi ola bilər? 

Ayaqların altında yaranan yanma hissi bir çox insan tərəfindən yorğunluq və ya müvəqqəti narahatlıq kimi qəbul edilsə də, mütəxəssislər bildirirlər ki, bu simptom bəzən sinir sistemi və daxili orqanlarla bağlı ciddi problemlərin ilk əlaməti ola bilər. Xüsusilə gecələr artan ayaqaltı yanmalar, göynəmə, iynəbatma və “qarışqa gəzmə” hissi insanın gündəlik həyat keyfiyyətini ciddi şəkildə poza bilir.Citypost.az-ın məlumatına görə, Nevroloqların sözlərinə görə, ayaqaltı yanmalar əsasən sinirlərin qıcıqlanması və ya zəifləməsi nəticəsində yaranır. Bu zaman pasiyentlər ayaqlarında istilik hissi, sanki alov içindəymiş kimi yanma, keyimə və sancma şikayətləri ilə həkimə müraciət edirlər. Bəzi hallarda bu narahatlıq gecə saatlarında daha da güclənir və yuxu...

11 May 2026, 10:37

Qulaqlıqdan uzun müddət istifadə eşitmə qabiliyyətini zəiflədə bilər 

Son illər qulaqlıq istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar musiqi dinləmək, film izləmək, oyun oynamaq və telefon danışığı üçün saatlarla qulaqlıqdan istifadə edirlər. Lakin həkimlər xəbərdarlıq edir ki, qulaqlıqdan yüksək səslə və uzun müddət istifadə eşitmə qabiliyyətinə ciddi zərər vura bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insan qulağının daxilində çox incə və həssas işitmə hüceyrələri yerləşir. Bu hüceyrələr gələn səs dalğalarını qəbul edərək beyinə ötürür və eşitmə prosesini təmin edir. Normal səs səviyyəsində bu hüceyrələr problemsiz fəaliyyət göstərir. Ancaq yüksək səsə uzun müddət məruz qaldıqda işitmə hüceyrələri normadan artıq işləməyə məcbur olur.Həkimlər bildirirlər ki, davamlı yüksək səs yükü...

11 May 2026, 08:39